Browsing yearly archive

2022

Mingəçevir Dövlət Universitetində növbəti “Açıq qapı” günü keçirilib

2022-ci ilin 13 yanvar tarixində Mingəçevir Dövlət Universitetində (MDU) cari tədris ilinin payız imtahan sessiyası çərçivəsində növbəti “Açıq qapı” günü keçirilib. “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil olunan “Açıq qapı” günündə MDU-nun rektoru Şahin Bayramov universitetin tələbə və magistrantları ilə görüşüb. Görüşdə universitetin akademik və inzibati heyət üzvləri də iştirak ediblər. Payız imtahan sessiyasının […]

Mingəçevirdə narkotik istifadə edən stomatoloqlar saxlanıldı

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitə istifadə edən şəxslər tutularaq məsuliyyətə cəlb edilib. Bizim.Media Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir ki, şəhər ərazisində yerləşən stomatoloji məntəqədə çalışan diş texniklərinin orada narkotik vasitə qəbul etmələrinə dair polisə əməliyyat məlumatı daxil olub. Həmin obyektə baxış keçirilib və orada müştərilərə xidmət göstərən Rəsul […]

Mingəçevir Dövlət Universitetində valideynlər imtahanları müşahidə ediblər

2022-ci ilin 7 yanvar tarixində Mingəçevir Dövlət Universitetində (MDU) bir qrup tələbə valideynləri cari tədris ilinin payız imtahan sessiyası çərçivəsində auditoriyalarda əyani formada təşkil edilən imtahan prosesini izləyiblər. Valideynləri müşayiət edən universitetin rəhbər və inzibati heyət üzvləri MDU-da payız imtahan sessiyasına hazırlıq işləri, imtahanların keçirilməsi və biliyin qiymətləndirilməsi qaydaları, yarana biləcək problemlərin operativ şəkildə aradan […]

Bələdiyyə bir məhəlləyə 16 söhbətgah və 50 oturacaq gətirdi

135-ci məhəllə Mingəçevirin N.Nərimanov, Ş.İ.Xətai və A.Məmmədov küçələrinin kəsişməsində yerləşir. Ərazidəki  16 hündürmərtəbəli yaşayış binasında 4 minə yaxın sakin yaşayır. Mingəçevir Bələdiyyəsi “Abad məhəllə” layihəsi çərçivəsində həmin ərazidə hər bir yaşayış binasının qarşısına bir söhbətgah və üç söykənəcəkli oturacaq qoyub (Cəmi 16 söhbətgah və 50 oturacaq). Müasir dizaynla düzəldilmiş hər söhbətgah 1400,  bir oturacaq isə […]

Sosial yardımı kəsilən Mingəçevir sakinindən intihara İNTİHARA CƏHD

Mingəçevir sakini sosial yardımının kəsilməsinə etiraz əlaməti olaraq intihara cəhd edib. Bizim.Media xəbər verir ki, hadisə axşam saatlarında Naxçıvan küçəsi 29 ünvanında yerləşən yataqxanada baş verib. İlkin məlumata görə, 1988-ci il təvəllüdlü İsmayılov Ramin Hacıağa oğlu kəsici alətlə özünə xəsarət yetirib. O, sol qol nayihəsinin dərin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Mingəçevirli gənclər nə istəyir?

Samrin Xanlayev “İşıqlı Gələcək” Gənclər İctimai Birliyinə yeni sədr və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının İdarə heyətinə üzv seçilib. -Salam, Samrin bəy, öncə sizi təbrik edir, yeni vəzifənizdə uğurlar arzulayırıq. Sədri seçildiyiniz təşkilatla bağlı məlumat almaq istərdik. -“İşıqlı Gələcək” GİB 2013-cü ildə yaradılıb. Məqsədi Mingəçevir və ölkə gəncliyinin hərtərəfli inkişafına, gənclərin sosial aktivliyinin artırılmasına […]

Mingəçevir Dövlət Universitetində “Açıq qapı” günü keçirilib

2022-ci ilin 6 yanvar tarixində Mingəçevir Dövlət Universitetində (MDU) 2021/2022-ci tədris ilinin payız imtahan sessiyası çərçivəsində ilk “Açıq qapı” günü keçirilib. “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil olunan “Açıq qapı” günündə MDU-nun rektoru Şahin Bayramov universitetin tələbə və magistrantları ilə görüşüb. Görüşdə universitetin akademik və inzibati heyət üzvləri də iştirak ediblər. Cari tədris ilinin […]

Mingəçevir Dövlət Universiteti əməkdaşların Türkiyənin müvafiq ali təhsil müəssisələrinə təlim və təcrübəyə göndərilməsi ilə bağlı müsabiqə

2022-ci təqvim ili ərzində elmi, akademik və idarəetmə potensialının gücləndirilməsi məqsədilə Mingəçevir Dövlət Universitetinin (MDU) 10 əməkdaşının Türkiyənin müvafiq ali təhsil müəssisələrinə (Qazi Universiteti, Ankara Hacı Bayram Veli Universiteti və s.) təlim və təcrübəyə göndərilməsi nəzərdə tutulub. 1-3 ay müddətində davam edəcək təlim və təcrübə çərçivəsində əməkdaşlar müxtəlif fəaliyyət istiqamətləri üzrə qardaş ölkənin sözügedən ali […]

Mingəçevir Dövlət Universitetində imtahan sessiyasına start verilib

Mingəçevir Dövlət Universitetində (MDU) 2021/2022-ci tədris ilinin payız semestrinin imtahan sessiyası başlayıb. İmtahan sessiyası Azərbaycan Respublikasının Təhsil nazirinin “2021/2022-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının təşkili və keçirilməsi barədə” 10 dekabr 2021-ci il tarixli müvafiq əmrinin tələbləri əsasında əyani formada təşkil edilib. İmtahanlara hazırlıq məqsədilə MDU-da hər bir struktur bölməyə konkret tapşırıqlar verilib, dəqiq funksional […]

Təhsil alan və təhsil verənləri kim qoruyur?

Mingəçevirdəki 13 saylı məktəbin təlim-tərbiyə üzrə direktor müavini Yeganə Kərimova təhsil müəssisələrində mühafizə sisteminin qurulmasının tərəfdarı olsa da düşünür ki, bu, həm də insanları təşvişə sala bilər: “Məktəbimizdə xüsusi mühafizə üçün heç kəs cəlb olunmayıb. Ancaq məktəbin təşkil etdiyi gözətçilər var ki, onlar 7/24 rejimində məktəbə nəzarət edirlər.” Övladı 6-cı sinifdə oxuyan Rəvanə Baxışova isə […]