Browsing yearly archive

2022

MDU-da seminar: “Yaşıl enerji”

2022-ci ilin 15 noyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Karyera və İnkişaf Mərkəzinin (KİM) təşkilatçılığı ilə “Yaşıl enerji” mövzusunda seminar keçirilib. Seminarda Mingəçevir Bələdiyyəsinin nümayəndələri, MDU-nun bir qrup əməkdaşı, tələbə və magistrantlar iştirak ediblər. KİM-in mütəxəssisi İlhamə Məmmədova qlobal Dayanıqlı İnkişaf Məqsədlərində və Milli Prioritetlərdə “yaşıl enerji” konsepsiyasının diqqət mərkəzində saxlanıldığını qeyd edib, gənclərin bu […]

Mingəçevir şəhər Texniki və Humanitar Liseyin 5 komadası “Beynəlxalq STEAM Azərbaycan Festivalı 2022” finalına vəsiqə qazanıb

Beynəlxalq STEAM Azərbaycan Festivalında Mingəçevir Texniki Humanitar  Liseyinin (THL) 5 komandası finala vəsiqə qazanıb! Bildiyimiz kimi Elm və Təhsil Nazirliyinin dəstəyi ilə STEAM Azərbaycan layihəsi çərçivəsində 5-9 dekabr 2022-ci il tarixlərində Bakı Ekspo Mərkəzində “Beynəlxalq STEAM Azərbaycan Festivalı 2022” keçiriləcək! Mingəçevir şəhər Texniki Humanitar Liseyin komandaları seçim turunda ən yüksək nəticələrlə finala vəsiqə qazanıb. Bu […]

Onlayn İctimai Nəzarət Platforması problemlərin həllinə dəstək olur

Onlayn İctimai Nəzarət Platforması 2021-ci ildə yaradılıb və iyun ayından onlayn fəaliyyət göstərir. Onlayn İctimai Nəzarət Platformasının əsas məqsədi ictimaiyyəti narahat edən bir sıra məsələlərə dair vətəndaşlardan foto və ya videosübutu olan müraciətləri qəbul etmək və dövlət orqanları vasitəsilə həmin müraciətlərin həllinə nail olmaqdır. Bu günə kimi platformaya Azərbaycan Respublikasının bölgələrindən 4500-dən çox müraciət daxil […]

Qızlar xəyalpərəst olurlar

Əgər bir insan dünyaya qız olaraq gəlibsə, o artıq xəyalpərəstdir və bu belədir. Bəxti gətirib onu çox sevən, qoruyan, qayğısına qalan bir atası varsa xəyalları həmişə pərvaz edəcəkdir. Dünyada hər şey onun gözündə gözəlliyə dönəcək, mahnı qoşacaq, şeir yazacaq, şən və mehriban qız olacaqdır. Yaxşı atası olduğu üçün həmişə qürurlanacaq, fərəhlənəcəkdir. Həyətdə oynadığı, ya bağça […]

Mingəçevir Dövlət Dram Teatrına yeni direktor təyin olundu

Mədəniyyət Naziri Anar Kərimov Mingəçevir Dövlət Dram Teatrına yeni direktor təyin edib. Əslən Naxçıvanlı olan İntiqam Soltan oğlu Həsənli  Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetinin  teatr və kino aktyoru fakultəsini bitirib. Qeyd edək ki, Azərbaycanın əməkdar artisti İntiqam Həsənli Bakı Uşaq və Gənclər Teatrının direktoru -bədii rəhbər vəzifəsində çalışıb.  

Yevlaxda ər arvadını boğaraq öldürdü

Yevlax rayonunda 2000-ci il təvəllüdlü Nuridə Salmanovanın noyabrın 18-də səhər saatlarında qətli ilə bağlı rayon polis şöbəsinə məlumat daxil olub. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, araşdırmalara əsasən 1993-ci il təvəllüdlü Anar Salmanov həyat yoldaşını qısqanclıq zəminində aralarında yaranan mübahisə zamanı iplə boğaraq onu qəsdən öldürməsində şübhəli bilinib. Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə əməli törətməkdə […]

Meşədə vəhşi heyvanlar tərəfindən parçalanmış kişi meyiti tapıldı

Azərbaycanın Oğuz rayonunda meşədə kişi meyiti aşkarlanıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov, rayonun Tayıflı kənd sakini Əbülfət Ağayevin  meyitinin vəhşi heyvanlar tərəfindən parçalanmış vəziyyətdə tapıldığını təsdiqləyib. Polis və prokurorluq əməkdaşları tərəfindən meyitə baxış keçirilib, ilkin araşdırma zamanı onun üzərində zorakılıq əlaməti aşkarlanmasa da, vəhşi heyvanlar tərəfindən […]

Oğlum intihar etmədi onu öldürdülər

“Oğlum Səmədov Şəhriyar İqtisad Universitetinin 4-cu kursunda oxuyurdu, Prezident təqaüdçüsü idi. 685 balla bu ali məktəbə daxil olmuşdu. 2019 -cu ildə buraxılış imtahanından maksimum 300 bal toplamışdı. Yaşının az olmasına baxmayaraq, öz istedadı, savadı ilə tanınmışdı. Oktyabrın 6-da gecə saatlarında kirayə yaşadığı mənzildə asılı vəziyyətdə cəsədi tapılmışdı. Asıldığı turnik o qədər də hündürdə deyildi. Əllərini […]

Ali Məclisin Deputatı vəfat etdi

Naxçıvan MR Ali Məclisinin deputatı Nazim Bababəyli vəfat edib. 69 yaşında xəstəlik səbəbindən vəfat edən N. Balabəyli görkəmli coğrafiyaçı alim Səfərəli Babayevin oğludur. Nazim Balabəyli 2003-cü ildən Naxçıvan Dövlət Universitetində Coğrafiya kafedrasının müdiri olaraq fəaliyyət göstərib. Həm də universitetdə müəllim kimi çalışırdı. Qeyd edək ki, BDU-nun hazırkı rektoru Elçin Babayevin isə qardaşıdır.

MDU-da Elmi Şuranın növbəti iclası keçirilib

2022-ci ilin 17 noyabr tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Elmi Şuranın növbəti iclası keçirilib. İclası açan universitetin rektoru Şahin Bayramov “Mingəçevir Dövlət Universitetində professor-müəllim vəzifələrinin seçki yolu ilə tutulması meyarları haqqında” məsələni Elmi Şura üzvlərinin müzakirəsinə təqdim edib. Qeyd edilib ki, aparıcı universitetlərin müvafiq təcrübəsindən faydalanaraq mövcud qanunvericiliyin tələbləri çərçivəsində hazırlanan sənəd layihəsi seçkili vəzifələrin […]