Browsing yearly archive

2023

Mingəçevir şəhərinin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri

Sənaye müəssisələri tərəfindən 2022-ci ilin yanvar-dekabr aylarında 292780,8 min manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə sabit qiymətlərlə 16,0 faiz az sənaye məhsulu istehsal edilmişdir. Sənaye məhsulunun 12,6 faizi emal sektorunda, 85,8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 1,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda […]

İqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışı

2022-ci ildə şəhərdə iqtisadiyyatın əsas sahələri üzrə faktiki qiymətlərlə 508099,8 min manatlıq, qiymət indeksi tətbiq olunmaqla (2021-ci ilin qiymətlərilə) 498794,3 min manatlıq və ya 3,2 faiz az məhsul (işlər, xidmətlər) istehsal edilmişdir. Hesabat ilində Mingəçevir şəhərində iqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışı fiziki həcm indeksi tətbiq olunduqdan sonra 96,8 faiz təşkil etmişdir. Hesabat dövründə şəhərdə […]

MDU-da “Ecopeisaje” foto müsabiqəsinə yekun vurulub

Mingəçevir Dövlət Universitetində (MDU) Karyera və İnkişaf Mərkəzinin (KİM) nəzdində fəaliyyət göstərən “Ecoreview” Ekoloqlar Klubunun təşkilatçılığı ilə GEOCLIC Erasmus+ layihəsi çərçivəsində keçirilən “Ecopeisaje” foto müsabiqəsinə yekun vurulub. 2023-cü ilin fevralın 23-də müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Diqqətə çatdırılıb ki, Azərbaycan Gəncləri Gününə həsr olunmuş müsabiqə gənclərin ətraf mühitə diqqətini artırmaq, fotoqraflıq və yaradıcılıq bacarıqlarını inkişaf […]

MDU-da Elmi Şuranın növbəti iclası keçirilib

2023-cü ilin fevralın 27-də Mingəçevir Dövlət Universitetinin (MDU) Elmi Şurasının növbəti iclası keçirilib. İclası açan MDU-nun rektoru Şahin Bayramov gündəlikdə duran məsələləri diqqətə çatdırıb. İclasda 2022/2023-cü tədris ilinin payız imtahan sessiyasının yekunları və Mühəndislik fakültəsinin fəaliyyəti haqqında hesabatlar dinlənilib. Müzakirələr zamanı müvafiq tapşırıqlar və tövsiyələr verildikdən sonra hər iki hesabat Şura üzvləri tərəfindən qəbul olunub. […]

Mingəçevirdə universitet və məktəb kollektivi Xocalı Soyqırımı Gününü qeyd ediblər

2023-cü ilin fevralın 24-də Mingəçevir Dövlət Universitetinin (MDU) Təhsil fakültəsinin və Mingəçevir şəhər 10 saylı tam orta məktəbin təşkilatçılığı ilə 26 Fevral- Xocalı Soyqırımı Gününə həsr olunmuş “Tarixi qələbəmizlə Xocalı qətliamının günahsız qurbanlarının qisası alındı” mövzusunda konfrans keçirilib. Mingəçevir şəhər 10 saylı tam orta məktəbdə keçirilən konfransda MDU-nun Təhsil fakültəsinin bir qrup akademik və inzibati […]

“Yaxşı olar ki, digər vergi hesabatları üçün də vahid bəyannamə tərtib olunsun”

27 fevral 2023-cü ildə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı  Ərazi Vergilər Baş İdarəsi Mingəçevirdə vergi ödəyiciləri üçün informasiya sessiyası keçirib. İdarənin Vergi ödəyicilərinə xidmət şöbəsinin baş  dövlət vergi müfəttişi Asəf Abbasov  vergi qanunvericiliyində aparılan son dəyişikliklərlə bağlı məlumat verib.  O, diqqətə çatdırıb ki, Yüksək Texnologiyalar Parkında çalışan fiziki şəxslər 3 il ərzində […]

Yanar şam və tonqal bayram ovqatı gətirsə də təhlükə törədə bilər

Milli bayramımız Novruzun gəlişi ərəfəsində hər birimizin arzusudur ki, bütün bayramlar, o cümlədən Novruz şənlikləri də ən ülvi duyğularla yaddaşlara həkk olunsun, bayramlar yalnız və yalnız xoş hisslərlə xatırlansın. Bunun üçün isə bir sıra təhlükəsizlik qaydalarına, o cümlədən yanğın təhlükəsizliyi ilə bağlı bütün tələblərə ciddi əməl olunmalıdır. Novruz bayrami ilə əlaqədar keçirilən şənliklərdə: Əhali tərəfindən […]

Gənclər Xocalı faciəsinin ağrılarını yaşadılar

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Mingəçevir nümayəndəliyinin təşkilatçılığı ilə Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunan silsilə tədbirlər keçirilib. Mərkəzin əməkdaş və könüllüləri Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar Mingəçevir Şəhidlər Xiyabanını ziyarət edib, soyqırım qurbanlarının xatirəsini hörmət və ehtiramla anıblar. Daha sonra Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunan görüş keçirilib. Görüşdə Gənclərin İnkişaf və Karyera […]

Sevda Hacıyeva: “İcra Hakimiyyətinə də gedirəm, polis içəri buraxmır…”

25 fevral 2023-cü ildə Mingəçevir Şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Fərman Nəbiyev və şuranın üzvlərindən Rizvan Mikayıllı və Zahid Qasımlı Nizami küçəsindəki 4 A saylı ünvanda yaşayışçılarla görüşüb. Bina sakini Həqiqət Quliyeva zirzəmini kanalizasiya suları ilə dolu olduğunu dilə gətirib: “Problemlərimiz çoxdur, amma ən böyük dərdimiz zirzəminin  təmizlənməməsidir. Mən birinci mərtəbədə yaşayıram və […]

Mingəçevir Dövlət Universitetində “Oğul” sənədli filmi nümayiş olunub

2023-cü il fevralın 23-də Mingəçevir Dövlət Universitetində (MDU) Xocalı soyqırımının otuz birinci ildönümü münasibətilə “Oğul” sənədli filminə baxış keçirilib. Böyük Britaniyanın “Broken Pot Media” şirkətinin istehsalı olan filmin nümayişində universitetin bir qrup akademik və inzibati heyət üzvü, tələbə və magistrantları iştirak ediblər. Film 1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı xüsusi qəhrəmanlıq göstərmiş və itkin düşmüş […]