Browsing yearly archive

2023

MDU kollektivi “Soyqırım” abidə kompleksini və Xocalıdan olan məcburi köçkün ailələrini ziyarət ediblər

2023-cü il fevralın 25-də Mingəçevir Dövlət Universiteitnin (MDU) bir qrup akademik və inzibati heyət üzvü 26 Fevral – Xocalı Soyqırımı Günü münasibətilə Mingəçevir şəhərində “Soyqırım” abidə kompleksini ziyarət edib. Kollektiv üzvləri abidə kompleksinin önünə gül dəstələri düzərək, faciə qurbanlarının əziz xatirəsini dərin ehtiramla yad ediblər. Həmçinin, universitetin bir qrup kollektiv üzvü Mingəçevir şəhərində yaşayan Xocalıdan […]

MDU-da Hoca Əhməd Yəsəvi adına VII Beynəlxalq Elmi Tədqiqatlar Konfransı işə başlayıb

2023-cü ilin fevralın 24-də Mingəçevir Dövlət Universiteti (MDU) və Türkiyənin İqisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutunun (İKSAD) birgə təşkilatçılığı ilə Hoca Əhməd Yəsəvi adına VII Beynəlxalq Elmi Tədqiqatlar Konfransı işə başlayıb. Hibrid formatda təşkil edilən beynəlxalq konfransa dünyanın 20 ölkəsinin ali təhsil müəssisələri və elmi tədqiqat institutlarından akademik heyət üzvləri və alimlər qatılıb. Əvvəlcə, qardaş […]

MDU aliminin məqaləsi nüfuzlu elmi jurnalda dərc olunub

Mingəçevir Dövlət Universitetinin (MDU) Fizika və ekologiya kafedrasının baş  müəllimi, fizika üzrə fəlsəfə doktoru Rayihə Ağayevanın həmmüəlliflərlə birgə yazdığı elmi məqalə Sinqapurun World Scientific Publishing akademik nəşriyyatının “Modern physics letters B” elmi jurnalının 2022-ci il, 36-cı cild 32-ci buraxılışında dərc edilib. “Ag8GeSe6 birləşməsinin ion keçiriciliyi” (ingilis dilində: “Ionic conductivity of the Ag8GeSe6 compound”) adlı məqalənin […]

MDU-da Xocalı soyqırımına həsr olunan elmi konfrans keçirilib

2023-cü il fevralın 23-də Mingəçevir Dövlət Universitetində (MDU) Xocalı faciəsinin 31-ci ildönümünə həsr olunan “Xocalı Soyqırımı: Yaddaşlara həkk olunmuş qanlı tarix” mövzusunda elmi konfrans keçirilib. Konfransda Xocalıdan olan bir qrup məcburi köçkün, MDU-nun akademik və inzibati heyət üzvləri, tələbə və magistrantlar, iştirak edib. Əvvəlcə, Xocalı soyqırımı qurbanlarının və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad […]

MDU-da Xocalı soyqırımına həsr olunan mühazirə keçirilib

2023-cü il fevralın 23-də Mingəçevir Dövlət Universitetində (MDU) Humanitar fənlər kafedrasının təşkilatçılığı ilə Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş “Azərbaycan xalqının yaddaşına yazılmış qanlı səhifə: Xocalı faciəsi” adlı mühazirə keçirilib. Mühazirədə MDU-nun bir qrup akademik və inzibati heyət üzvü, tələbə və magistrantları iştirak edib. MDU-nun Humanitar fənlər kafedrasının müdiri, dosent Esmira Cəfərova giriş sözü ilə […]

Balakən gəncləri üçün layihələrin yazılması təlimləri yekunlaşıb

Balakən rayonunda yaşayan gənclər üçün 3 gün müddətində keçirilən layihələrin yazılması təlimləri yekunlaşıb. Layihənin müddətində 30-a yaxın gəncə layihətəkliflərinin hazırlanması, onun icra planının formalaşdırılması, xərclər smetasının müəyyən edilməsi, layihənin icrasına dair yekun hesabatın hazırlanması qaydaları öyrədilib. Gəncləri layihələrin yazılması və idarə olunması istiqamətində təlimlərə cəlb etməklə onların bilik və bacarıqlarının artırılmasına töhvə vermək layihənin əsas […]

20 Yanvar küçəsindəki 166 saylı binanı təhlükə gözləyir

Mingəçevir Şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvləri 23 fevral 2023-cü ildə 20 Yanvar küçəsindəki 166  saylı binanın sakinləri ilə görüşüb. “Dəmir Yumruq” məhəllə komitəsinin sədri Röya Həmidova uzun illər boyu binanın zirzəmisinin kanalizasiya suları ilə dolu olduğunu, müxtəlif dövlət qurumlarına şikayətlərinin qulaqardına vurulduğunu bildirib: “Gəlirlər, suyu çəkib, gedirlər, yenə zirzəmi kanalizasiya suları ilə dolur. […]

“Bəlkə bir gün qayıdar”

“Ailəmizdə bir bacı və beş qardaş idik. Rövşən sonbeşiyimiz idi. Buna görə də hamımız onu lap çox istəyirdik”. Bu sözləri Ü.Hacıbəyli adına 11 illik musiqi məktəbinin tar müəllimi Əlfidar Məmmədov deyir. Və əlavə edir ki, 1987-ci ildə Rövşənlə onu eyni vaxtda həqiqi hərbi xidmətə çağırıblar: “Onda mən Şəki Musiqi Kollecinin ikinci kursunda oxuyurdum. Kollecdən iki […]

Rusiyanın Ukraynaya qarşı müharibəsinin bir ili: birlikdə hərəkət etmək beynəlxalq hüququn üstünlüyünü təmin edəcək

24 fevral 2022-ci il Rusiyanın Ukraynanın qəddar, əsassız və qanunsuz işğalına başladığı gün kimi əbədi xatırlanacaq. Bu vəziyyət əsl təcavüz və BMT Nizamnaməsinin açıq şəkildə pozulması olmuşdur və belə də qalır. Bu müharibə nə “sadəcə Avropa məsələsi”, nə də “Qərb digərlərinə qarşı” deyil. Söhbət hər birimizin yaşamaq istədiyi bir dünyadan gedir: nüvə gücü və Təhlükəsizlik […]

10-cu Youth Speak Forum gəncləri bir araya topladı

18 Fevral 2023-ci ildə Azərbaycan Gənclər Fondunun dəstəyilə AIESEC Azərbaycanın təşkilatçılığı altında 10-cu Youth Speak Forum baş tutub. Youth Speak Forum-un əsas məqsədi gəncləri bir araya toplayaraq müxtəlif mövzular üzrə diskussiyalar aparmaq və  gənclərin baxış çərçivələrini genişləndirməkdir. Dayanıqlı İnkişaf Məqsədlərinə əsaslanan çıxışların yer aldığı Youth Speak Forumda bu dəfə #SDG4- “Keyfiyyətli Təhsil, #SDG8- “Layiqli Əmək və […]