Browsing yearly archive

2023

MDU-da “Beynəlxalq Ana dili Günü” qeyd olunub

2023-cü ilin fevralın 21-də Mingəçevir Dövlət Universitetində (MDU) “Heydər Əliyev İli” çərçivəsində “Beynəlxalq Ana Dili Günü”nə həsr olunmuş tədbir keçirilib. MDU-nun Karyera və İnkişaf Mərkəzinin (KİM) təşkil etdiyi tədbirdə universitetin bir qrup gənc əməkdaşı, tələbə və magistrantlar iştirak ediblər. Tədbirdə giriş sözü ilə çıxış edən KİM-in mütəxəssisi İlhamə Məmmədova “Beynəlxalq Ana Dili Günü” münasibətilə iştirakçıları […]

MDU-da elmi-praktik seminar: Biomüxtəlifliyin qorunmasının əsas perspektivləri

2023-cü il fevralın 20-də Mingəçevir Dövlət Universitetində (MDU) Mühəndislik fakültəsinin Fizika və ekologiya kafedrasının nəzdində fəaliyyət göstərən “Ekologiya” dərnəyinin təşkilatçılığı ilə “Biomüxtəlifliyin qorunmasının əsas perspektivləri” mövzusunda elmi-praktik seminar keçirilib. Seminarda fakültənin bir qrup akademik və inzibati heyət üzvü, tələbə və magistrantları iştirak ediblər. Seminarın açılışında çıxış edən Mühəndislik fakültəsinin dekanı Almaz Əliyeva və Elm və […]

Gülövşə kəndində “Şəhidlər Abidəsinin” açılış mərasimi keçirilib

Bu gün Yevlax rayon Gülövşə kəndində Şəhidlərin əziz xatirəsi üçün hazırlanmış abidənin açılış mərasimi keçirilib. Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükütla yad edildikdən sonra, Dövlət himni səsləndirilib. Tədbirdə Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, məclisin deputatı İlham Məmmədov, Yevlax şəhər İcra Hakimiyyəti başçısının müavini İlqar Hüseynov, Mərkəzi Aran Regional Təhsil İdarəsinin Müdiri Elçin Kərimov, […]

MDU-da “İslam maliyyə sistemi və alətləri” kitabının təqdimatı keçirilib

2023-cü ilin fevralın 16-da Mingəçevir Dövlət Universitetində (MDU) “İqtisadi Resursların Öyrənilməsi” İctimai Birliyinin yeni nəşri olan “İslam maliyyə sistemi və alətləri” kitabının təqdimatı keçirilib. Kitabın müəllifi, İctimai Birliyin sədri, iqtisadçı Ruslan Atakişiyevin iştirakı ilə keçirilən təqdimata universitetin bir qrup akademik və inzibati heyət üzvü, tələbə və magistrantları qatılıblar. Tədbirin açılışında çıxış edən MDU-nun elmi işlər […]

MDU tələbələri pedaqoji və istehsalat təcrübəsinə başlayırlar

2023-cü il fevralın 15-də Mingəçevir Dövlət Universitetində (MDU) Təhsil, Mühəndislik, İqtisadiyyat və idarəetmə fakültələrinin pedaqoji və istehsalat təcrübəsinə göndərilən sonuncu kurs tələbələri ilə görüşlər keçirilib. Universitetin akademik və inzibati heyət üzvlərinin, o cümlədən təcrübə rəhbərlərinin də iştirak etdikləri görüşlərdə istehsalat təcrübəsinin ali təhsildə önəmi və yaratdığı fürsətlər vurğulanıb. Təcrübənin təşkili və keçirilməsi ilə bağlı bütün […]

Mingəçevir, Goranboy, Yevlaxda yaradılacaq 6 icmada 30 məcburi köçkün ailəsinin gəliri 20%-25% artacaq

“Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) maliyyələşdirdiyi “Mingəçevir, Goranboy, Yevlax şəhər və rayonlarında Məcburi Köçkün İcmalarının səfərbərliyi və bacarıqlarının artırılması” layihəsinə start verib. 2023-cü il fevralın 1-dən başlanan layihə 11 ay ərzində  icra olunacaq. Layihənin hədəf icmalarının seçilməsi məqsədilə Mingəçevir, Goranboy, Yevlax şəhər və rayonlarında məcburi […]

“Brainiest school” layihəsi öz işini uğurla yekunlaşdırıb

Azərbaycan Gənclər Fondu-nun  elan etdiyi “İdeyanı Reallaşdır 2022” Gənclərin Fərdi Layihələri üzrə Qrant Müsabiqəsinin qaliblərindən olan “Brainiest school” layihəsi öz işini uğurla yekunlaşdırıb. Layihənin rəhbəri Mingəçevir Dövlət Universitetinin tələbəsi Hikmət Qaffarov ilk olaraq yardılan fürsət və göstərilən etimada görə Gənclər Fonduna öz dərin təşəkkürünü çatdırıb. Layihənin əsas məqsədindən bəhs edib. 3 turdan ibarət olan  “Brainiest […]

Create Yourshelf (Özünü Yarat) layihəsi uğurla yekunlaşıb

Gənclərin Fərdi Layihələr 13-cü Qrant Müsabiqəsində qalib gələn Mingəçevir Dövlət Universitetinin (MDU) Tələbə Gənclər Təşkilatının (TGT) sədri Pənah Kərimovun “Tələbə Təşəbbüsü” istiqaməti üzrə müəllifi olduğu Create Yourshelf  (Özünü Yarat) layihəsi uğurla yekunlaşıb. Mərasimdə layihə rəhbəri P. Kərimov Gənclər fondunun 13-cü qrant müsabiqəsinin nəticəsinə əsasən fondun maliyyələşdirdiyi layihənin uğurla həyata keçirildiyini qeyd edib, yaradılan şərait üçün […]

FHN-in növbəti humanitar yardımı qardaş ölkəyə yola salınıb

Fevralın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanlayıb: “Kahramanmaraşda baş vermiş və qardaş Türkiyənin bir çox yerlərində hiss edilmiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər bizi olduqca kədərləndirdi. Bu ağır məqamda hər cür yardım göstərməyə hazır olduğumuzu bildiririk”. Dövlətimizin başçısı faciə ilə əlaqədar türk […]

YAP-ın Mingəçevir təşkilatı 30 illik tarixini vərəqlədi

Fevralın 13-də Yeni Azərbaycan Partiyası Mingəçevir şəhər təşkilatının 30 yaşı olub. Bu münasibətlə 15 fevral 2023-cü ildə YAP fəalları və qonaqlar Heydər Əliyev Mərkəzində keçirilən konfransda bir araya gəliblər. Onlar YAP-ın yaradıcısı və ilk sədri Heydər Əliyevin, torpaqlarımızın qorunması və azad olunması uğrunda gedən döyüşlərdə həlak olan şəhidlərimizin, həmçinin Türkiyədə baş vermiş zəlzələ nəticəsində həyatını […]