Browsing yearly archive

2023

Mingəçevirdə “Sabahın alimləri” XIII Respublika müsabiqəsinə hazırlıqla bağlı görüş keçirilib

2023-cü il noyabrın 23-də Mingəçevir Dövlət Universitetində (MDU) Mərkəzi Aran Regional Təhsil İdarəsinin Mingəçevir şəhəri üzrə təhsil sektoru ilə birlikdə “Sabahın alimləri” XIII Respublika müsabiqəsinə hazırlıqla bağlı görüş keçirilib. Görüşdə müsabiqədə iştirak etmək arzusunda olan Mingəçevir şəhər ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri, onların müəllimləri və MDU-nun müvafiq alimləri iştirak ediblər. Elmi təfəkkürün inkişafı baxımından müsabiqənin […]

MDU-da ustad dərs: Əməliyyat sistemləri və onların tədrisi metodikası

2023-cü ilin noyabrın 23-də Mingəçevir Dövlət Universitetində (MDU) Magistratura və Doktorantura Təhsil Mərkəzinin təşkilatçılığı ilə “Əməliyyat sistemləri və onların tədrisi metodikası” mövzusunda növbəti ustad dərs keçirilib. Ustad dərsdə universitetin bir qrup akademik heyət üzvü, “İnformatika müəllimliyi” və “İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi” ixtisası üzrə təhsil alan magistrantları iştirak ediblər. İnteraktiv şəkildə təşkil olunan ustad dərsdə […]

MDU-nun rektoru Şahin Bayramov Gəncədə məktəblilərlə görüşüb

Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramovun iştirakı ilə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin (RTİ) inzibati binasında “Müasir dövrün peşələri” mövzusunda görüş keçirilib. Görüşdə Gəncə-Daşkəsən RTİ-nin əməkdaşları, ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri, müəllimlər və valideynlər iştirak edib. Görüşün keçirilməsində əsas məqsədin yuxarı sinif şagirdlərinin müasir peşələr, peşə seçimləri barədə ətraflı məlumatlandırmaqdan ibarət olduğunu diqqətə çatdıran RTİ-nin […]

“Müasir şagirdə müasir yanaşma” layihəsinin müsahibə mərhələsi keçirilib

Elm və Təhsil Nazirliyinin “Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 7-ci qrant müsabiqəsi”nin qalibi olan “Müasir şagirdə müasir yanaşma” layihəsinin test üsulu ilə müsahibə mərhələsi həyata keçirilib. Oğuz şəhər E. Abdullayev adına 2 nömrəli Təbiət-Texniki Liseyində şagirdlərin sosial inkişafına yönəlmiş layihə çərçivəsində keçirilən sosia-psixoloji test mərhələsinin nəticələri məktəbin psixoloqu Pərvanə Əhmədova tərəfindən  yoxlanılıb. Layihə rəhbəri Təranə […]

MDU-da narkomaniya əleyhinə maarifləndirici seminar keçirilib

2023-cü il noyabrın 21-də Mingəçevir Dövlət Universitetində (MDU) “Ağ ölüm – insan əhvalı˝ adlı maarifləndirici seminar keçirilib. Mingəçevir Dövlət Dram Teatrının direktoru, Əməkdar artist İntiqam Soltan tərəfindən keçirilən seminarda MDU-nun bir qrup tələbə və magistrantı iştirak edib. Seminarda narkomaniyaya gətirib çıxaran hallardan, onun insan əhvalına mənfi təsirindən bəhs edilib, mövzu ətrafında fikir mübadiləsi aparılıb və […]

MDU-da “Heydər Əliyev İli” çərçivəsində tələbələrin növbəti elmi konfransı keçirilib

2023-cü il noyabrın 20-də Mingəçevir Dövlət Universitetinin (MDU) Mühəndislik fakültəsində “Heydər Əliyev İli” çərçivəsində Tələbə Elmi Cəmiyyətinin (TEC) XVI elmi konrfransı keçirilib. Konfransda MDU-nun Mühəndislik fakültəsinin professor-müəllim heyəti üzvləri, tələbə və magistrantlar iştirak edib. Əvvəlcə, Ümummilli lider Heydər Əliyevin və qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Konfransın açılışında MDU-nun Mühəndislik fakültəsinin dekanı […]

UNEC müəllimləri MDU-da seminar keçiriblər

Mingəçevir Dövlət Universitetinin (MDU) Karyera və İnkişaf Mərkəzi, Sənayenin təşkili və idarəetmə kafedrası və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq iqtisadiyyat və biznes kafedrasının birgə təşkilatçılığı ilə seminar keçirilib. MDU-nun ev sahibliyində bu ali təhsil müəssisəsinin əməkdaşları üçün təşkil edilən seminarda UNEC Beynəlxalq iqtisadiyyat və biznes kafedrasının müdiri Xətai Alıyev və müəllimi Fədai Əfəndiyev təqdimatla […]

MDU-da seminar: Sosial media

Mingəçevir Dövlət Universitetinin (MDU) Karyera və İnkişaf Mərkəzinin (KİM) təşkilatçılığı ilə “Sosial media” mövzusunda seminar keçirilib. Ankara Hacı Bayram Vəli Universitetinin MDU-da fəlaiyyət göstərən qonaq professoru Evren Güçerin təqimatında keçirilən seminarda universitetin bir qrup əməkdaşı, tələbə və magistrantları iştirak edib. Seminar zamanı prof. E.Güçer sosial medianın həyatımıza inteqrasiyası, onun yaratdığı imkanlar, müsbət və mənfi tərəfləri, […]

MDU-da tədqiqat metodları ilə bağlı ustad dərs keçirilib

2023-cü ilin noyabrın 17-da Mingəçevir Dövlət Universitetində (MDU) Türkiyənin Qazi Universitetinin Texnoloji fakültəsinin dəstəyi ilə növbəti ustad dərs keçirilib. MDU-nun Magistratura və Doktorantura Təhsil Mərkəzinin təşkilatçılığı ilə hibrid formatda keçirilən ustad dərsdə universitetin bir qrup akademik heyət üzvü və magistrantları iştirak ediblər. Qazi Universitetinin Texnoloji fakültəsinin “Kompüter mühəndisliyi” bölümünün professoru Yusuf Sönmez tərəfindən “Elmi  tədqiqatların […]

MDU-da növbəti ustad dərs: “Matlab-dan istifadə etməklə tətbiqi məsələlərin həlli”

2023-cü ilin noyabrın 16-da Mingəçevir Dövlət Universitetində (MDU) Türkiyənin Qazi Universitetinin Texnoloji fakültəsinin dəstəyi ilə növbəti ustad dərs keçirilib. MDU-nun Magistratura və Doktorantura Təhsil Mərkəzinin təşkilatçılığı ilə hibrid formatda keçirilən ustad dərsdə universitetin bir qrup akademik heyət üzvü və “İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi” ixtisası üzrə təhsil alan magistrantları iştirak ediblər. Qazi Universitetinin Texnoloji fakültəsinin […]