Browsing yearly archive

2023

Mingəçevir Dövlət Universitetində ustad dərslərə başlanılıb

Mingəçevir Dövlət Universitetində (MDU) tərəfdaş Türkiyə universitetlərinin dəstəyi ilə bu ali təhsil müəssisəsinin magistrantları və akademik heyət üzvləri üçün ustad dərslərə start verilib. MDU-nun Magistratura və Doktorantura Təhsil Mərkəzinin təşkilatçılığı ilə hibrid formatda ustad dərslərin keçirilməsi universitetdə magistratura səviyyəsində tədrisin məzmununun yenilənməsinə və keyfiyyətinin yüksəldilməsinə, eləcə də təhsil alanların və təhsil verənlərin bilik və bacarıqlarının […]

MDU-da Mingəçevir şəhərinin 75 illik yubileyinə həsr olunmuş seminar keçirilib

Mingəçevir Dövlət Universitetinin (MDU) Fizika və Ekologiya kafedrası və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin (RESTİ)  birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində Mingəçevir şəhərinin 75 illik yubileyinə həsr olunmuş “Mingəçevir şəhərində ətraf mühitin qorunması və ekoloji təhlükəsizliyin təmin edilməsi” mövzusunda seminar keçirilib. Seminarda 8 saylı […]

MDU-da təlim: “Akademik münasibətlərdə psixoloji dəstək və ünsiyyət texnikaları”

2023-cü il noyabrın 14-də Mingəçevir Dövlət Universitetinin (MDU) Karyera və İnkişaf Mərkəzinin (KİM) təşkilatçılığı ilə  “Akademik münasibətlərdə psixoloji dəstək və ünsiyyət texnikaları” mövzusunda təlim keçirilib. MDU-nun bir qrup əməkdaşı, tələbə və magistrantların iştirak etdiyi təlimdə Bakı Dövlət Universitetinin müəllimi və psixoloq Dəniz Umarova təqdimatla çıxış edib. Təqdimatda ünsiyyətin psixoloji xarakteristikası, ünsiyyət zamanı insanların bir-birini qavraması […]

MDU-nun Təhsil fakültəsində tələbələrin XVI elmi konfransı keçirilib

2023-cü il noyabrın 2-də Mingəçevir Dövlət Universitetinin (MDU) Təhsil fakültəsində Tələbə Elmi Cəmiyyətinin (TEC) “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na həsr edilmiş XVI elmi konfrans keçirilib. Konfransda MDU-nun bir qrup professor-müəllim heyəti üzvü, tələbə və magistrantlar iştirak edib. Konfransın açılışında MDU-nun Təhsil fakültəsinin dekanı Nizami Zeynalov və TEC-in sədri Günəş Şəfaqətov çıxış edib. Açılış […]

MDU-da “Heydər Əliyev İli” çərçivəsində tələbələrin elmi konfransı keçirilib

2023-cü il noyabrın 17-də Mingəçevir Dövlət Universitetinin (MDU) İqtisadiyyat və idarəetmə fakültəsində “Heydər Əliyev İli” çərçivəsində “İqtisadiyyatın davamlı və dayanıqlı inkişaf istiqamətləri” mövzusunda Tələbə Elmi Cəmiyyətinin (TEC) elmi konfransı keçirilib. Konfransda MDU-nun bir qrup professor-müəllim heyəti üzvü, tələbə və magistrantlar iştirak edib. Əvvəlcə, Ümummilli lider Heydər Əliyevin və qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla […]

MDU “Beynəlxalq nəqliyyat-logistika dəhlizləri: Zəngilandan inkişaf impulsları” mövzusunda beynəlxalq konfransda təmsil olunub

2023-cü ilin 16-17 noyabr tarixlərində Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Gömrük Komitəsi və Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun birgə təşkilatçılığı ilə “Beynəlxalq nəqliyyat-logistika dəhlizi: Zəngilandan inkişaf impulsları” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib. Ümummilli lider Heydər […]

İşsiz gənc anaların məşğulluğa və təhsilə əlçatanlığı təmin ediləcək

Mingəçevir Media Mərkəzində “Mingəçevirdə Valideyn Təlatümü” təşəbbüsünün təqdimatı keçirilib. 20-dək QHT, media və təhsil işçisinin qatıldığı mərasimdə təşəbbüsün rəhbəri Fərman Nəbiyev 2024-cü ilin iyul ayınadək görüləcək işlərdən danışıb. O, deyib: “Biz bir qrup işsiz gənc ananın məşğulluğa və təhsilə əlçatanlığını təmin etməyi qarşımıza məqsəd qoymuşuq. Bununla da iqtisadi imkanlara və idarəetmə bilgilərinə yiyələnəcək bu insanlar […]

MDU ilə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi arasında əməkdaşlıq məsələləri müzakirə edilib

2023-cü ilin noyabrın 15-də Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov və bu ali təhsil müəssisəsinin əməkdaşları Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində (İRİA) olub. Ziyarət çərçivəsində MDU heyəti İRİA-nın sədr əvəzi İnarə Vəliyeva ilə görüşüb və Agentliyin fəaliyyəti ilə yaxından tanış olub. Görüşdə qonaqları salamlayan İ.Vəliyeva rəhbərlik […]

Mingəçevir Dövlət Universitetində Riyaziyyat festivalı keçirilib

2023-cü ilin noyabrın 14-də Mingəçevir Dövlət Universiteti (MDU), Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutu (RMİ) və Mərkəzi Aran Regional Təhsil İdarəsinin (RTİ) birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Riyaziyyat elmlərin şahıdır” mövzusunda festival keçirilib. MDU-nun ev sahibliyi ilə keçirilən festival regionda gənclərin Riyaziyyat elminə marağının artırılması və onların bu sahədə […]

“İnternat şagirdlərinin Şəxsi İnkişaf və Karyera Planlaması” Layihəsinin müsahibə mərhələsi keçirilib

Elm və Təhsil Nazirliyinin elan etdiyi “Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 7- ci qrant  müsabiqəsinin qalibi olan “İnternat şagirdlərinin Şəxsi İnkişaf və Karyera Planlaması” adlı məktəb layihəsinə qeydiyyatdan keçmiş şagirdlər arasında müsahibə keçirilib. Layihə çərçivəsində Mingəçevir şəhər İnteqrasiya təlimli İnternat tipli Gimnaziya, Ağdaş rayonu M. Şeyxzadə adına İnternat tipli Texniki, Humanitar və Təbiət fənlər təmayüllü […]