Browsing yearly archive

2024

Mingəçevirdə məskunlaşan keçmiş köçkünlərə psixologiya dərsləri

“Mingəçevir Valideynlər Assosiasiyası” (MVA) İctimai Birliyi 2024-cü ilin iyun ayından “Keçmiş köçkün valideynlərin “Böyük Qayıdış” üçün hazırlanması: peşə bacarıqlarının artırılması” layihəsinə başlayıb. İlkin mərhələdə 65 ailə arasında canlı sorğu keçirilib, bundan sonra peşəyə daha çox ehtiyacı olan 10 köçkün təlimlərə cəlb olunub. 1-2 iyul 2024-cü ildə Mingəçevir Media Mərkəzində psixoloji mövzuda ilk təlim baş tutub. […]

Naftalan-Suqovuşan-Naftalan marşrutu üzrə veloyürüş

2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili”, 29-cu “Tərəflərin Konfransı (COP)” çərçivəsində Azərbaycan Velosiped Federasiyasının, Naftalan Şəhər İcra Hakimiyyətinin, Azərbaycan Respublikasının Gənclər Fondunun birgə təşkilatçılığı, “Karvan” hotelin dəstəyi ilə Naftalan-Suqovuşan-Naftalan istiqaməti üzrə veloyürüş təşkil olunub. Tədbirdə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, Azərbaycan Gənclər Fondunun icraçı direktor vəzifəsini icra edən Qədir Xəlilov iştirak ediblər. […]

Natiq Qasımov Mingəçevirdə, rəmzi məzarı önündə anıldı

Mingəçevirdəki Şəhidlər Xiyabanında Qarabağ müharibəsində itkin düşənlərin rəmzi məzarları sırasında Natiq Qasımovun da adı var.  Onun qəhəmanlığı haqqında 1992-ci ildə  «Oqonyok» jurnalında dərc olunmuş Konstantin Smirnovun «Qorxu» sərlövhəli məqaləsindən, o məqalədə yer alan italiyalı fotomüxbir Enriko Sarzininin çəkdiyi son şəkildən, Natiqin beş gün təkbaşına döyüşdüyü alban kilsəsinə gələn və onun təslim olması ilə 23 azərbaycanlı […]

Ağdam, Bərdə və Mingəçevirdə risk qrupundan olan şəxslərlə görüşlər keçiriləcək

“Humanitar Tədqiqatlar” İctimai Birliyi yeni layihənin icrasına başlayıb. Birliyin rəhbəri Mehriban Məmmədovanın verdiyi məlumata görə, layihə çərçivəsində regionlarda məişət zorakılığından müdafiə mexanizmləri ilə bağlı hüquqi maarifləndirmə işi aparılacaq, məişət zorakılığına məruz qalan və risk qrupundan olan şəxslərə hüquqi konsultasiya xidməti göstəriləcək: “Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir. Layihənin […]

MDU kollektivi COP29 çərçivəsində Hirkan Milli Parkına ekskursiya edib

22 iyun 2024-cü il tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) bir qrup əməkdaşı, tələbə və magistrantları Lənkaran şəhəri ərazisində yerləşən Hirkan Milli Parkına ediblər. İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 çərçivəsində baş tutan ekskursiyada MDU-nun Mühəndislik fakültəsinin, Fizika və ekologiya, İqtisadiyyat kafedralarının bir qrup əməkdaşı, “Turizm işinin təşkili”, “Ekologiya mühəndisliyi” və […]

MDU-da “Azərbaycanın COP29-a sədirliyi qlobal şimal və cənub arasında körpüdür” mövzusunda dəyirmi masa keçirilib

Mingəçevir Dövlət Universitetinin (MDU) Fizika və ekologiya kafedrasının təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Azərbaycanın COP29-a sədirliyi qlobal şimal və cənub arasında körpüdür” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə universitetin akademik heyət üzvləri, tələbə və magistrantlar iştirak edib. MDU-nun Fizika və ekologiya kafedrasının müdiri Təranə Yusibova çıxış edərək Azərbaycanın COP29-a ev sahibliyi etməsinin iqtisadi […]

“Yaşıl Həyat” layihəsi çərçivəsində “Yaşıl STEAM Sərgisi” 

Mingəçevir STEAM Mərkəzinin təşkilatçılığı ilə “Yaşıl Həyat” layihəsi çərçivəsində “Yaşıl STEAM Sərgisi”  keçirilib. Sərgidə 5 fərqli məktəbdən 6 komanda, ümumilikdə 30 şagird layihələrlə iştirak edib. Onlar  aurdino, mikrobit, CAD texnologiyaları, led işıqlar, günəş panelləri, incəsənət alətlərindən  geniş istifadə ediblər. Mərkəzin əməkdaşları Müşfiq Tarıverdiyev və Aysel Şamxalova qonaqlara STEAM Mərkəzi haqqında ətraflı məlumat verib,  qurumun uğur […]

Mingəçevir şəhərinin bir qrup rəsmi nümayəndəsi Özbəkistanın Namanqan şəhərinə səfər ediblər

Özbəkistanın Namanqan şəhərinin Zəhirəddin Məhəmməd Babur adına parkında “Namangan Flowers-2024” 63-cü beynəlxalq gül festivalı keçirilir. 20.06.2024 tarixində açılış mərasimi keçirilən bayramda Özbəkistanın mədəniyyət və turizm naziri Ozodbek Nazarbekov, Azərbaycan, Niderland, Türkiyə, Rusiya, Qırğızıstan, Tacikistan, Türkmənistan, Cənubi Koreya və digər ölkələrdən gələn mədəniyyət rəhbərləri, incəsənət nümayəndələri, professional gülçülər, landşaft dizaynerləri, tanınmış şəxsiyyətlər iştirak edirlər. Hər il ənənəvi olaraq keçirilən gül […]

Gəncə-Qazax bölgəsində iqlim dəyişikliyinə qarşı tədbirlər görülür

“İnnovativ İnkişaf” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən  icra edilən “Gəncə-Qazax regionunda iqlim dəyişikliyinin fəsadları ilə bağlı geniş ictimaiyyətin məlumatlılığının artırılması və bərpa olunan enerji mənbələrindən istifadənin təşviqi” təşəbbüsü çərçivəsində həyata keçirilən fəaliyyətlər başa çatdı. BMT-nin İnkişaf Proqramı tərəfindən  həyata keçirilən “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsi çərçivəsində icra edilən bu təşəbbüs ekoloji və […]

Sorğuların yekunu: 60 ailənin 22 üzvü peşə öyrənmək istəyir

İyun ayının ikinci ongünlüyündə Mingəçevirdə keçmiş məcburi köçkünlərin məskunlaşdıqları ərazilər üzrə 60 ailə arasında sorğular aparılıb. Sorğular nəticəsində həmin şəxslərin ailə vəziyyəti, qayıdışa münasibəti və məşğulluq ehtiyacları öyrənilib. Məlum olub ki, uzun illər ağır şəraitdə yaşayan soydaşlarımız (onların təxminən yarısı son 15-20 ildə  dövlətimiz tərəfindən inşa olunan müasir mənzillərə köçüblər) birmənalı şəkildə doğma torpaqlarına qayıdacaqları […]