Browsing yearly archive

2024

Abral Academy Təhsil mərkəzinin məzunlarına diplomlar təqdim edildi

Tədris ilinin yekunlaşması ilə bağlı Abral Academy Təhsil mərkəzi də məzunları ilə görüş keçirdi. Akademyanın “Kompüter Operatorluğu İxtisası” üzrə təhsilini uğurla yekunlaşdıran tələbələr göstərdiyi yekun imtahan nəticələrinə uyğun diplomlarla təltif edildilər. İki dildə təqdim olunan diplomların xarici ölkələrdə də keçərli olduğunu vurğulayan Akademyanın rəhbəri Tural Abdurəhimov məzunları təbrik edib, fəaliyyətlərində uğurlar arzuladı. “Kompüter Operatorluğu İxtisası” […]

“Məktəbli biotexnoloqlar” layihəsinin icrası yekunlaşıb

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VII Qrant müsabiqəsinin qalibi olan “Məktəbli biotexnoloqlar” layihəsinin bağlanış mərasimi keçirilib. Bağlanış mərasimində Goranboy rayonu Məşədiqaralar kənd tam orta məktəbinin müəllimi, layihə rəhbəri Elmira Qurbanova tədbir iştirakçılarını salamlayaraq, layihənin gedişatı haqqında məlumat verib. Elmira Qurbanova bildirib ki, məqsədimiz biologiya ilə texnologiyanın bir çox sahələrini […]

Qarabağ Universitetinin rəhbərliyi Mingəçevirin ümumtəhsil məktəblərinin məzunları, müəllimləri və valideynləri ilə görüş keçirib

13 iyun 2024-cü il tarixində Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində Qarabağ Universitetinə tələbə qəbuluna dair növbəti təbliğat görüşü keçirilib. Keçirilən tədbirdə Mərkəzi Aran Regional Təhsil İdarəsinin (RTİ) Mingəçevir şəhəri üzrə ümumtəhsil məktəblərinin buraxılış imtahanlarında yüksək bal toplayan məzunları, onların valideynləri və müəllimləri ilə görüş baş tutub. Mingəçevir şəhərində keçirilən görüşdə Qarabağ Universitetinin rektoru Şahin Bayramov […]

MDU-da insan alveri ilə mübarizə istiqamətində elmi-praktik seminar keçirilib

2024-cü ilin 14 iyununda Mingəçevir Dövlət Universitetində (MDU) “İnsan alveri və məcburi əmək cinayətlərinin törədilməsinə şərait yaradan hallarla bağlı cəmiyyətdə ictimai dözümsüzlük mühitinin yaradılması” mövzusunda elmi-praktik seminar keçirilib. Tədbirdə MDU-nun akademik heyət üzvləri və tələbələr iştirak edib. MDU-nun Elmi katibi Kəmalə Eyyubova açılış nitqi ilə çıxış edərək, ümumbəşəri problem olan insan alverinə qarşı mübarizə məqsədilə […]

“Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş video və fotomüsabiqənin yekunları açıqlanıb

2024-cü ilin 13 iyun tarixində Mingəçevir Dövlət Universitetində (MDU) “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən foto və video müsabiqənin yekunu ilə bağlı görüş keçirilib. Müsabiqə barəsində məlumat verən MDU-nun Keyfiyyət təminatı və davamlı inkişaf şöbəsinin əməkdaşı Aytən Musayeva  bildirib ki, universitet tələbələri üçün cari ilin mart ayında elan edilmiş “Yaşıl Dünya: Dayanıqlı inkişaf, Davamlılıq […]

MDU-da “Milli Qurtuluş Günü”nə həsr edilmiş elmi konfrans keçirilib

2024-cü il iyunun 13-də Mingəçevir Dövlət Universitetində (MDU) 15 İyun- Azərbaycan xalqının “Milli Qurtuluş Günü”nə həsr edilmiş “Xalqı Qurtuluşa aparan tarixi məqam” mövzusunda elmi konfrans keçirilib. Universitetin akt zalında keçirilən tədbirdə MDU-nun akademik-inzibati heyət üzvləri, tələbələr və magistrantlar iştirak ediblər. Öncə Ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb, onun əziz xatirəsi dərin hörmət […]

MDU-da “Technest” Təqaüd Proqramının iştirakçıları ilə görüş keçirilib

2024-cü ilin 12 iyununda Mingəçevir Dövlət Universitetində (MDU) İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) “Technest” Təqaüd Proqramı çərçivəsində Gənclərin “Tech buddy” ilə görüşü keçirilib. Fəal üzvlərin (Active memberlər) axtarışı və icmanın gücləndirilməsi məqsədilə “Karyeranda yenilik et!” şüarı altında keçirilən görüş MDU-nun Rəqəmsal inkişaf və layihələrin idarəolunması şöbəsinin təşkilatçılığı ilə baş tutub. Tədbirdə MDU-nun akademik inzibati […]

Şəhid Ülvi Həsənova həsr edilən tanıtım filmi təqdim edildi – MİNGƏÇEVİRDƏN FOTOLAR

Azərbaycan-Slavyan Gəncləri Assosiyasiyası (ASGA) və 7NEWS.az xəbər saytının ərsəyə gətirdiyi “Şuşaya qədər gedən 19 yaşlı Şəhid: ÜLVİ HƏSƏNOV HAQQINDA” sənədli film şəhər ictimaiyyətinə təqdim edilib. Mingəçevir Gənclər Evində reallaşan tədbiri giriş sözü ilə açan ASGA sədri Səbuhi Abbasov Şəhid Ülvi Həsənov haqqında geniş məlumat verdi. Daha sonra film şəhər ictimaiyyətinə təqdim edildi. Təqdimatdan sonra Mingəçevir […]

Mərkəzi Aran Regional Təhsil İdarəsi tərəfindən Təhsil tarixində ilk dəfə olaraq ümumi təhsil müəssisələrinin VII sinif şagirdləri arasında mərkəzləşdirilmiş qaydada monitorinq keçirilib

İyunun 12-də Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin VII siniflərində təhsil alan şagirdlər üçün monitorinq keçirilib. Mərkəzi Aran Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə keçirilən monitorinq tarix, coğrafiya, fizika, kimya və biologiya fənləri üzrə aparılıb. 9412 nəfər təhsilalanın iştirak etdiyi monitorinqdə hər bir fənn üzrə 15 sual olmaqla, ümumilikdə 75 qapalı […]

Mingəçevir Dövlət Dram Teatrının Quruluşçu Rejissoru Xalq Artisti Valeh Kərimova həsr olunmuş tədbir keçirilib

12.06.2024 tarixində Göyçay şəhərində baş tutan tətbirdə Mingəçevir Dövlət Dram Teatrının direktoru İnqitam Soltan, Teatrın əməkdaşları Xalq Artisti Valeh Kərimov aktirisalar Abuşova Lalə, İsmayılova Aytən iştirak ediblər. Azərbaycan mədəniyyətində öz əvəssiz xidmətləri olan Valeh Kərimovun 80- illiyinə həsr edilmiş yubiley tədbirində Göyçay şəhər Həmkarlar İttifaqının sədri Nəriman Məlikov, metodist Bəykişiyev Əlisafa, Göyçay şəhər Mədəniyyət evinin […]