Browsing yearly archive

2025

Orduda maliyyə şəffaflığının artırılması istiqamətində yeni addım

Azərbaycanda əsgərlərin maaşları bundan sonra bank kartları vasitəsilə ödəniləcək. Bu məqsədlə xüsusi “əsgər kartları” hazırlanıb və onların hərbi qulluqçulara paylanmasına artıq başlanılıb. Hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant İbrahim Rüstəmli bildirib ki, yeni sistem orduda maliyyə şəffaflığının təmin edilməsinə xidmət edir:Əvvəllər əsgərlərə maaş cədvəllər üzrə, imza qarşılığında verilirdi. İndi isə “əsgər kartı” vasitəsilə elektron ödəniş sistemi […]

Türk dünyası üçün tarixi hadisə

4 noyabr 2025-ci il tarixində Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək YUNESKO-nun Baş Konfransının 43-cü sessiyası çərçivəsində Türk dünyası üçün mühüm bir hadisə baş tutacaq.Türk Mədəniyyəti və İrsi Fondu ilk dəfə olaraq türk sivilizasiyasının zənginliyini və dərin köklərini əks etdirən unikal layihələri təqdim edəcək. Təqdimat çərçivəsində iki böyük layihə diqqətə çatdırılacaq: Türk Dövlət Başçılarının qəbul etdiyi “Türk […]

İki evdən külli miqdarda oğurluq hadisəsi

Qax rayonunda yerləşən iki fərdi yaşayış evindən oğurluq edilib. Axşam saatlarında evlərə daxil olan naməlum şəxs təxminən 100 min manat nağd pul və 25 min manat dəyərində qızıl-zinət əşyalarını talayaraq ələ keçirib. Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, 32 yaşlı Elçin Rəşidov […]

Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi yeni istedadlar axtarır

Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi təlimlərinin növbəti mərhələsinə qeydiyyat başlayıb. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və İsrailin “Technion” Texnologiya İnstitutunun birgə təşəbbüsü olan proqram ölkədə kibertəhlükəsizlik üzrə yeni mütəxəssislərin hazırlanmasını hədəfləyir. Bu mərhələdə Mərkəz ilk dəfə olaraq xüsusi fürsət təqdim edir – proqramı uğurla başa vuran iştirakçılar arasında ən yüksək nəticə göstərən […]

DİN xəbərdarlığı

Texnologiya irəli gedir, fırıldaqçılar da taktikasını yeniləyir. Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edərək xatırladır ki, heç vaxt bank kartınızın tam nömrəsini, PIN, CVV, OTP/ SMS-kod və ya onlayn bank hesabınızın parolunu kənar şəxslərə verməyəsiniz. Bank əməkdaşları və ya rəsmi qurumlar belə məxfi məlumatları tələb etmir. Fırıldaqçıların istifadə etdiyi ümumi sxemlərə çağırış zəngləri, qısa mesajlar və […]

“Gəncədən gətirilən 120 çinar artıq Mingəçevirdən boylanır”

2025-ci ilin sentyabr ayından “Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyi (MVA İB) ADA Məktəbində fizika müəllimi vəzifəsində çalışan Həsən Hüseynli ilə birlikdə yeni layihəsinə başlayıb. Layihə gənclərin biznes və sahibkarlığa hazırlıq mövzusunda 6 davamlı təlimi və ayrıca ərazidə 120 çinar ağacının əkilərək, damcı üsulu ilə suvarılmasını nəzərdə tuturdu. Öncə  gənclərdən ibarət 25 nəfərlik qrup toplanıb. Onların […]

Gənc istedadlar kibertəhlükəsizlik sahəsində yarışdı

Azercell və Bakı Mühəndislik Universitetinin birgə təşkilatçılığı ilə keçirilən CyberCell Hackathon müsabiqəsinin final mərhələsi 27 oktyabr 2025-ci il tarixində baş tutub. Yarış gənc istedadlara kibertəhlükəsizlik sahəsində bilik və bacarıqlarını nümayiş etdirmək, real problemlərə innovativ texnoloji həllər təqdim etmək imkanı yaradıb. Final mərhələsində 17 komanda hazırladıqları layihələri BMU və Azercell Telekomun ekspertlərindən ibarət münsiflər heyətinə təqdim […]

Qida Təhlükəsizliyi Agentliyi istehlakçıları diqqətli olmağa çağırır

Azərbaycanda “Nitro Max” əmtəə nişanlı energetik içki məhsulunda dərman vasitələrində istifadə olunan sildenafil maddəsi aşkarlanıb. Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, məhsul “Orxan 011” MMC tərəfindən Türkiyədən idxal edilən “Paril Gida Alkoqolsuz Fonksiyonal İçecekler” müəssisəsinin istehsalıdır. Faktla bağlı qanunvericiliyə uyğun tədbirlər görülərək, məhsul partiyalarının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv edilməsi qərara alınmışdır. Sildenafil […]

ABŞ-dan nüvə sınaqları mesajı

ABŞ vitse-prezidenti Cey Di Vens Ağ Evdə jurnalistlərə verdiyi açıqlamada ABŞ-ın vaxtaşırı nüvə sınaqları keçirməsinin vacibliyini vurğulayıb. O bildirib ki, ABŞ, Rusiya və Çin kimi digər nüvə dövlətləri də böyük arsenala malikdir və bu silahların düzgün işlədiyinə əmin olmaq üçün sınaqlar vacibdir. Vens sınaqlar zamanı nüvə partlayışlarının bərpa olunub-olunmayacağını açıqlamayıb. Qeyd edək ki, daha əvvəl […]

Hüquqi islahatlar

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna və Mülki Prosessual Məcəlləyə dəyişikliklər müzakirəyə çıxarılıb. Təklif edilən dəyişikliklərə əsasən, vəkillərə kassasiya instansiyası məhkəməsində özlərini təmsil etmək hüququ verilir. Həmçinin Cinayət-Prosessual Məcəlləyə əlavə olunan müddəaya görə, bəzi hallarda şübhəli və ya təqsirləndirilən şəxs statusunda çıxış edən vəkil müdafiəçidən imtina edərək özü-özünü […]