Browsing yearly archive

2025

2026-cı il MİQ imtahanları üçün hazırlıq

Gələn il MİQ imtahanları üçün YENİ QAYDALARTəhsil İnstitutu 2026-cı ildə keçiriləcək müəllimlərin işə qəbulu müsabiqəsinin qiymətləndirmə qaydalarını açıqlayıb.Məlumat Təhsil İnstitutundan verilib. Qiymətləndirmə çərçivəsi ilə tanış olmaq üçün müvafiq keçiddən istifadə edə bilərsiniz:

Robot Olimpiadasında qalmaqal böyüyür

VIII Respublika Robot Olimpiadasında qalib gələn bəzi komandaların nəticələrinin ləğvi valideynlər və təlimçilər arasında ciddi narazılıq yaradıb. Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyasının (AREA) təşkilatçılığı və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən yarışda birinci və ikinci yerləri tutan bir neçə komandanın nəticələri “plagiat” iddiası ilə etibarsız sayılıb. Valideynlər və təlimçilər isə bu qərarı ədalətsiz hesab edirlər. […]

İki ölkə arasında strateji tərəfdaşlıq genişlənir

Rusiya və Azərbaycan beynəlxalq nəqliyyat dəhlizi sahəsində əməkdaşlığı gücləndirir. Bu barədə Milli Məclisdə keçirilən “Konstitusiya müasir dünyada dövlətlərin müstəqilliyinin və suverenliyinin təməli kimi” mövzusunda beynəlxalq parlament konfransında Rusiyanın Federal Məclisinin Federasiya Şurasının üzvü Nataliya Kuvşinova çıxışı zamanı məlumat verib. O, çıxışı zamanı həmçinin Xəzər dənizinin ekoloji problemlərinə toxunub və bu istiqamətdə birgə fəaliyyətin vacibliyini qeyd […]

Mənzil İnşaatı Dövlət Agentliyi yeni satış mərhələsinə start verdi

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) yeni güzəştli mənzil satışını elan edib. Satışa Bakı, Sumqayıt, Lənkəran, Şirvan və Yevlax şəhərlərində yerləşən yaşayış komplekslərindəki ümumilikdə 627 mənzil çıxarılıb. Satış 3 dekabr 2025-ci il saat 11:00-da başlayacaq və 8 dekabr 2025-ci il saat 11:00-da başa çatacaq. Bu mərhələdə satışa çıxarılan mənzillər arasında: Hövsan Yaşayış Kompleksinin I mərhələsində – […]

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi oktyabr ayı üzrə ödəniş prosesini yekunlaşdırıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu (DSMF) oktyabr ayı üzrə bütün sosial ödənişlərin həyata keçirildiyini açıqlayıb. Məlumata görə, ayın 10-da Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu və Naxçıvan Muxtar Respublikası üzrə pensiyaların ödənişi tamamlanıb. Oktyabrın 21-də digər bölgələrdə yaşayan pensiyaçıların, eləcə də güzəştli şərtlərlə pensiya alan şəxslərin vəsaitləri köçürülüb. Bu […]

Cəbhədə vəziyyət gərginləşir

Rusiya ordusu Ukraynanın şərqində hücumlarını genişləndirərək, səylərini Donetsk vilayətinin strateji əhəmiyyətli Pokrovsk şəhərinə yönəldib. “Financial Times”ın məlumatına görə, aylarla ləng irəliləyişdən sonra Rusiya bölmələri artıq şəhər ərazisinə daxil olub. Ukrayna qüvvələri isə düşmənin hücumlarını dəf etmək üçün şiddətli döyüşlər aparır. Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov təxminən 5 500 Ukrayna hərbçisinin Pokrovsk yaxınlığında […]

Şirkət rəqəmsal inkişaf və genişzolaqlı internet sahəsində uğurlarına görə təltif olunub

“Aztelekom” MMC, AZCON Holding şirkətlər qrupuna daxil olan qurum, telekommunikasiya və rəqəmsal inkişaf sahəsində həyata keçirdiyi uğurlu fəaliyyətinə görə iki nüfuzlu beynəlxalq mükafata layiq görülüb. Paris şəhərində keçirilən Beynəlxalq Konqres çərçivəsində Ümumdünya Genişzolaqlı Əlaqə Assosiasiyası (WBBA) tərəfindən “Aztelekom”a “Broadband for Digital Inclusion Excellence” mükafatı təqdim olunub.Bu mükafat, internet xidmətlərinə bərabər çıxış imkanlarının genişləndirilməsi, regionlarda genişzolaqlı […]

Sənaye Məhəlləsində müasir texnologiyalar əsasında istehsal həyata keçirilir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Sabirabad Sənaye Məhəlləsində yerləşən “Taşobası” Məhdud Məsuliyyətli Cəmiyyətinin pambıq emalı zavodunun fəaliyyəti ilə tanış olub. 2023-cü ildə Sabirabad Sənaye Məhəlləsinin rezidenti kimi qeydiyyata alınan “Taşobası” MMC-nin zavodunda Türkiyə, Almaniya və İtaliya texnologiyalarından istifadə edilməklə mahlıc və texniki çiyid istehsal olunur. Layihənin ümumi dəyəri 3,3 milyon manatdır. Müəssisə illik […]

Nazirlər Kabinetindən mühüm qərar

Nazirlər Kabineti Prezident tərəfindən təsdiqlənən “Yaşayış minimumu haqqında” Qanuna edilmiş dəyişikliklərə uyğun olaraq, tibb, təhsil və sosial sahəyə aid müəssisələr üçün yeni qida normalarını təsdiqləyib. İqtisadçı-deputat Vüqar Bayramov sosial şəbəkə hesabında bildirib ki, dəyişikliklərə əsasən artıq sosial sahəyə aid müəssisələrdə də xidmət alan şəxslər üçün ortasutkalıq qida normaları müəyyənləşdirilib. “Əvvəlki qanunvericilikdə sosial müəssisələr üçün bu […]

Payızın son günlərində havalar yenidən isinəcək

Azərbaycanda oktyabrın 28-də payız havası davam edəcək, temperatur bəzi bölgələrdə 27 dərəcəyədək yüksələcək. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Mülayim cənub-qərb küləyi gündüz saatlarında arabir güclənəcək. Paytaxtda gecə 14-17, gündüz 21-26 dərəcə isti müşahidə ediləcək. Atmosfer təzyiqi 761-dən 758 mm civə sütununa enəcək, nisbi rütubət isə […]