Browsing yearly archive

2025

Rektor Anar Eminov MDU-nun aktiv tələbələri ilə görüşdü: “Tələbəlik illəri liderliyə gedən yolun başlanğıcıdır”

Mingəçevir Dövlət Universitetində (MDU) tələbə fəallığının artırılması, gənclərin təşəbbüslərinin dəstəklənməsi və universitet həyatında onların daha fəal iştirakının təmin edilməsi məqsədilə maraqlı görüş keçirilib. Universitetin Tələbə Gənclər Təşkilatının (TGT) təşəbbüsü ilə təşkil olunan “TGT nədir?” adlı tədbir çərçivəsində MDU-nun rektoru Anar Eminov universitetin aktiv tələbələri ilə görüşüb. Universitetin akt zalında baş tutan tədbir Azərbaycan Respublikasının Dövlət […]

Yas mərasimlərində yeni qaydalar

Ağdam rayonunda dəbdəbəli yas məclislərinin ləğvi və sadələşdirilməsi barədə qərar qəbul edilib. Sosial şəbəkələrdə yayılan məlumatlara görə, rayon ərazisində yas mərasimlərinin müddəti cəmi üç gün ilə məhdudlaşdırılacaq və mərasim zamanı isti yeməklər təqdim edilməyəcək. Qeyd edək ki, ölkənin bir sıra bölgələrində artıq oxşar qərarlar qəbul olunub. Daha əvvəl Qusar, Sabirabad, Saatlı, Samux, Biləsuvar, Quba, Kürdəmir, […]

Qəbul imtahanlarında yeni yanaşma

Dövlət İmtahan Mərkəzi (DİM) magistraturaya qəbul imtahanlarında danışıq bacarıqlarını qiymətləndirmə mərhələsi — yəni “speaking” mərhələsi tətbiq etməyi planlaşdırır. Hazırda bu yenilik yalnız magistratura pilləsində nəzərdə tutulub, lakin bakalavr səviyyəsində də oxşar testlərin tətbiqi müzakirə olunur. Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova hesab edir ki, magistratura səviyyəsində “speaking” imtahanının tətbiqi doğru və […]

Azərbaycan universitetlərindən tarixi uğur

Azərbaycan ali təhsil müəssisələri beynəlxalq arenada mövqelərini möhkəmləndirməkdə davam edir. İlk dəfə ölkəmizin dörd universiteti “Times Higher Education” (THE) beynəlxalq reytinq agentliyi tərəfindən açıqlanan “Dünyanın ən yaxşı universitetləri” siyahısına daxil olub. Elm və Təhsil Nazirliyindən verilən məlumata görə, ötən il bu siyahıda yalnız iki Azərbaycan universiteti yer almışdı, 2020-ci ildə isə ölkəmizdən heç bir ali […]

Oktyabr pensiyaları yola düşür

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu (DSMF) oktyabr ayı üzrə növbəti pensiya ödənişlərinin vaxtını açıqlayıb. Məlumata görə, sabah — oktyabrın 10-da Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənilməsi həyata keçiriləcək. Nazirlikdən bildirilib ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin ödənişləri də əvvəlki aylarda olduğu kimi […]

Yaxın Şərqdə tarixi dönüş

İsrail və HƏMAS arasında Qəzza zolağında hərbi əməliyyatların dayandırılması və əsirlərin qarşılıqlı dəyişdirilməsi barədə razılıq əldə olunub. Razılaşma ABŞ, Misir, Qətər və Türkiyənin vasitəçiliyi ilə baş tutub və bölgədə uzun illər davam edən qarşıdurmada dönüş nöqtəsi kimi qiymətləndirilir. HƏMAS təşkilatı Telegram kanalında yaydığı açıqlamada vasitəçilik səylərinə görə adıçəkilən ölkələrə təşəkkür edib. Bildirilib ki, atəşkəsin əldə […]

Xankəndidə silah alverinə qarşı əməliyyat — avtomatla keçmək istəyən şəxs saxlanıldı

Daxili İşlər Nazirliyi əməkdaşları Xankəndi şəhərində qanunsuz odlu silah və sursat dövriyyəsinə qarşı daha bir uğurlu əməliyyat həyata keçiriblər. Xankəndi Şəhər Polis Şöbəsinin məlumatına görə, Bərdə rayon sakini, 1973-cü il təvəllüdlü Azər Qəhrəmanov şəhər ərazisində yerləşən nəzarət-buraxılış məntəqəsindən avtomat silah keçirməyə cəhd edib. Təhlükəsizlik yoxlaması zamanı onun idarə etdiyi “Mercedes” markalı avtomobildə axtarış aparılıb və […]

I sinfə gecikən uşaqlar üçün elektron qəbul prosesi yenidən açıldı

2025–2026-cı tədris ili üzrə I sinfə qeydiyyatı gecikmiş uşaqlar üçün elektron qəbul prosesi yenidən aktivləşdirilib. Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat verib. Bildirilir ki, övladları üçün qeydiyyatı gecikmiş valideynlər 8 oktyabr saat 15:00-dan 15 oktyabr saat 18:00-a qədər boş qalan yerlərə məktəb və müəllim seçimi edə biləcəklər. Valideynlər mektebeqebul.edu.az saytında sorğu […]

Oktyabrın 9-u Azərbaycanda havanın əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır

Azərbaycanda oktyabrın 9-da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən isə yağmursuz keçəcək. Səhər bəzi yerlərdə zəif duman və az çiskin ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17–19° isti, gündüz isə 21–26° isti təşkil edəcək. Atmosfer təzyiqi 758 […]

Elmi idarəetmədə yeni mərhələ — institutlar birləşdirilir, sistem yenilənir

Azərbaycanda elmi müəssisələrin fəaliyyətinin daha səmərəli təşkili məqsədilə elmi idarəetmə sistemində struktur islahatları həyata keçirilir. Nazirlər Kabineti Elm və Təhsil Nazirliyinin tabeliyində yeni institutların yaradılmasına dair qərar qəbul edib. Qərar Prezident İlham Əliyevin 2025-ci il 4 aprel tarixli sərəncamının icrasını təmin etmək məqsədilə qəbul olunub. Sənədə əsasən, bir sıra mövcud elmi institutlar birləşdirilərərək yeni publik […]