Sentyabrın 30-na hava proqnozu
Milli Hidrometeorologiya Xidməti sentyabrın 30-u üçün hava şəraitini açıqlayıb. Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, gün ərzində əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə yağış yağacağı, mülayim şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 15-17, gündüz 18-22 dərəcə olacaq. Atmosfer təzyiqi 758–762 mm civə sütunu arasında dəyişəcək, nisbi rütubət 70-80% təşkil edəcək. […]