Browsing yearly archive

2025

Azərbaycanda tullantıların idarəedilməsi üçün praktik addımlar: Rumıniya təcrübəsi

Səfərin məqsədi və əhəmiyyəti 2025-ci ilin 15-19 iyul tarixlərində GİZ-in dəstəyi ilə Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri Rumıniyanın Qalasi şəhərində bərk tullantıların idarəedilməsi üzrə təcrübə səfərində iştirak edib. “Vətəndaş iştirakının gücləndirilməsi” (SPA) proqramı çərçivəsində baş tutan səfər Azərbaycanda tullantıların idarə edilməsi üçün praktik həllər tapmaq məqsədi daşıyırdı. Qalasidəki müasir infrastruktur və yerli təcrübələr əsasında öyrəndiklərimizi Azərbaycanda […]

Ağıllı ol, yoxsa…

Daha çox hədə kimi səslənir, deyilmi? Biri səni narahat edəndə, yaxud həddini aşanda, ilk ağlımıza gələn fikir bu olur:”Ağıllı ol”! Burada çox maraqlı bir məqam yarandı, “ağlıma fikir gəlməsi” və “ağıllı olmaq” və bunlar arasında hansı əlaqənin olması fikri. Ümumiyyətlə götürsək “ağıl” kəlməsi hələ uşaqlıqdan diqqətimdə olub, çünki atam həmişə deyərdi ki, ağlınla qərar ver! […]

Keçmiş köçkünlərin rəqəmsal bacarıqları artırılır: Bərdə və Mingəçevirdə ilkin qiymətləndirmə

“Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyinin nümayəndələri iyunun 28-də Bərdə şəhərində yerləşən “General Academy” MMC-nin, iyunun 30-da isə “Mingəçevir Turizm Kolleci” Publik Hüquqi Şəxsin kompüter mərkəzlərində təlimlərə qatılan keçmiş köçkünlərin rəqəmsal bacarıqlarını qiymətləndirib. Təlimçilər Pərvanə Ağayeva və Ləman Nəbiyeva, eyni zamanda layihə rəhbəri Fərman Nəbiyev benefisiarlara suallarını ünvanlayıblar. Cavablardan məlum olub ki, hər iki auditoriya proqramın […]

Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov Mingəçevir Turizm Kollecinin akademik-inzibati heyəti ilə görüşüb

2025-ci ilin 25 iyun tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Anar Eminovun rəhbərlik etdiyi nümayəndə heyəti Mingəçevir Turizm Kollecində (MTK) olub. İki təhsil müəssisəsi arasında mümkün əməkdaşlıq istiqamətləri, qarşılıqlı maraq doğuran fəaliyyətlər və gələcək perspektivlərlə bağlı fikir mübadiləsi aparmaq məqsədilə təşkil edilmiş görüşdə kollecin rəhbərliyi və akademik-inzibati heyət üzvləri iştirak edib. Tədbiri açan MTK-nın direktoru […]

Mingəçevir Dövlət Universitetində narkomaniya ilə mübarizə çərçivəsində növbəti seminar keçirilib

2025-ci ilin 23 iyun tarixində Mingəçevir Dövlət Universitetində (MDU) “Konstitusiya və Suvevrenlik İli” çərçivəsində 26 iyun – Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə bağlı Beynəlxalq Mübarizə Gününə həsr olunmuş “Gənclər narkotikə “Yox!” deyirlər” mövzusunda elmi-praktik seminar keçirilib. Seminarı giriş nitqi ilə açan MDU-nun Elm və innovasiyalar şöbəsinin müdiri Vüqar Mustafayev tədbirin əhəmiyyətini vurğulayaraq, cəmiyyətin […]

Mingəçevir Dövlət Universitetində “Konstitusiya və Suverenlik İli” çərçivəsində elmi fəaliyyəti ilə fərqlənən tələbələr təltif olunub

2025-ci ilin 20 iyun tarixində Mingəçevir Dövlət Universitetində (MDU) “Konstitusiya və Suverenlik İli” çərçivəsində Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə elmi-praktik konfranslarda məruzə ilə çıxış edən, həmçinin “Regionun Gənc Liderləri” proqramını uğurla başa vuran tələbələrin sertifikatlarının təqdim edilməsi mərasimi keçirilib. Tədbirdə universitetin akademik və inzibati heyət üzvləri, eləcə də fəal tələbə gənclər iştirak ediblər. Tələbə […]

MDU-nun Rektoru Anar Eminov Şəki şəhərində abituriyentlərlə görüş keçirib

Mingəçevir Dövlət Universiteti (MDU) regionlarda universitet-məktəb əməkdaşlığını genişləndirməkdə davam edir. 2025-ci ilin 21 iyun tarixində universitetin rektoru Anar Eminov Şəki şəhərinin məktəb və liseylərinin məzunları ilə görüşüb. Tədbiri giriş nitqi ilə açan Şəki şəhər 10 saylı tam orta məktəbin direktoru Filyar İbrahimova qonaqları salamlayaraq belə görüşlərin abituriyentlər üçün əhəmiyyətindən danışıb və universitetlə məktəblər arasında qurulan […]

Şəkidə Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illiyinə həsr olunmuş Beynəlxalq konfransın açılış tədbiri keçirilib

2025-ci ilin 21 iyun tarixində Mingəçevir Dövlət Universiteti (MDU), Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU), Naxçıvan Dövlət Universiteti (NDU), ADPU-nun Şəki filialı, AMEA Nəsimi adına Dilçilik İnstitutu, İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutu (İKSAD), Mahmud Kaşğari adına Beynəlxalq Fond, Bəxtiyar Vahabzadənin Ev Muzeyinin birgə təşkilatçılığı ilə Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illik yubileyinə həsr […]

Mingəçevir Dövlət Universitetinin “Dayanıqlı inkişaf” multidisiplinar elmi jurnalının ingilis dilində saytının təqdimatı keçirilib

2025-ci ilin 20 iyun tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) “Dayanıqlı inkişaf” multidisiplinar elmi jurnalının ingilis dilində olan saytının (sdj.mdu.edu.az) təqdimatı keçirilib. Təqdimat tədbirində universitetin akademik-inzibati heyət üzvləri iştirak edib. Tədbiri giriş nitqi ilə açan MDU-nun rektoru Anar Eminov jurnalın yaranma məqsədini və elmi ictimaiyyət üçün vacibliyindən söhbət açaraq universitetin müəllimləri, tədqiqatçılar üçün öz elmi işlərini […]