Browsing yearly archive

2025

Tanrı bilir, Tanrı eşidir, Tanrı görür!

Biz Tanrını niyə kənarda axtarırıq? Onun haqqında məlumatımız kifayət etmir? Ya da məntiqli düşünə bilmirik, bəlkə ətrafımızda olanların fərqində ola bilmirik, çox diqqətsizik? Bəlkə də Onun bizə çox yaxın olmağını istəmirik? Bütün hallarda bunların hər biri və ya hamısı ola bilər. Həyatımızda tez-tez işlətdiyimiz ifadələr vardır:”Mən çəkdiklərimi, yaşadıqlarımı bir Allah bilir, bir də mən bilirəm…”, […]

Mingəçevirdə “15 May – Beynəlxalq Ailə Günü”nə həsr olunmuş tədbir keçirilib

Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısı yanında “Uşaq hüquqlarının müdafiəsi üzrə Komissiya”nın cari il üçün illik iş planına müvafiq olaraq Uşaq-Gənclər İnkişaf Mərkəzində “15 May – Beynəlxalq Ailə Günü” münasibətilə geniş tədbir təşkil olunub. Tədbir Azərbaycan Respublikasının müstəqilliyinin memarı, Ulu öndər Heydər Əliyevin və vətənimizin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəman oğullarımızın əziz […]

Təbiəti qorumaq üçün sadə addımlar

Təbiətə zərər vuran istehlak Bəşəriyyət həddindən artıq resurs istehlak edir, təbiətə yük yaradır. Hazırda yaşamaq üçün bizə 1,75 planet lazımdır. 2050-ci ildə üç planet tələb oluna bilər. Təəssüf ki, xətti iqtisadiyyat əşyaları tez bir zamanda tullantıya çevirir. Hər il 6 milyon ton plastik okeanlara atılır. Bu, su mənbələrini ciddi şəkildə çirkləndirir, heyvanlara zərər vurur. 2050-ci […]

“STEAM kəndi” – Kənd məktəblərindən SAF Azerbaijan yarışlarına

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalibi olmuş “STEAM kəndi” layihəsi uğurla başa çatıb. Layihənin əsas məqsədi kənd məktəblərində təhsil alan şagirdləri SAF Azerbaijan yarışlarına hazırlamaq və onların texnologiya sahəsində potensialını üzə çıxarmaqdır. Üç ay müddətində həyata keçirilən layihə çərçivəsində kənd məktəblərinin şagirdlərinə texnologiya və mühəndislik istiqamətləri […]

Mingəçevir Dövlət Universitetində Magistrantların VII elmi-nəzəri konfransı keçirilib

24 aprel 2025-ci il tarixində Mingəçevir Dövlət Universitetində “Konstitusiya və Suverenlik İli” çərçivəsində magistrantların VII elmi-nəzəri konfransı keçirilib. Tədbirin məqsədi magistrantların elmi fəaliyyətini təşviq etmək, onların tədqiqat istiqamətlərini dəstəkləmək və gənc tədqiqatçılar arasında elmi müzakirə mühitini formalaşdırmaq olub. Konfransda əvvəlcə Vətən uğrunda canlarını fəda edən şəhidlərin ruhları bir dəqiqəlik sükutla yad edilib. Tədbir universitetin rektoru […]

Naxçıvan-Urumçi qardaşlığı: regional əməkdaşlığın yeni strateji müstəvisi

Müasir diplomatiya və regional inteqrasiyanın parlaq nümunəsi Naxçıvan Muxtar Respublikası ilə Çinin Sincan Uyğur muxtar rayonunun paytaxtı Urumçi şəhərinin qardaşlaşması ilk baxışda sadə bir diplomatik jest kimi görünə bilər. Lakin bu razılaşmanın arxasında Azərbaycanın xarici siyasətində müşahidə olunan dərinləşmiş regional yanaşma, strateji tərəfdaşlığa əsaslanan diplomatik fəallıq dayanır. Bu, Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşan müasir […]

Prezident İlham Əliyevin Bakı bəyanatının strateji yükü: Azərbaycan–Gürcüstan tərəfdaşlığı kontekstində Cənubi Qafqazda sabitlik və güvən arxitekturasının siyasi təməli

Naxçıvan Muxtar Respublikası Şərur rayonu üzrə Ali Məclisinin deputatı Əli Abbasov 2025-ci ilin 16 aprel tarixində Bakı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstan Prezidenti Mixeil Kavelaşvili ilə keçirdiyi birgə mətbuat konfransı yalnız iki ölkə arasında diplomatik təmasların davamı kimi qiymətləndirilə bilməz. Bu hadisə, bütövlükdə Cənubi Qafqaz regionunun siyasi gələcəyinə yön verilən strateji bəyanat kimi […]

Zəkalar qarşı-qarşıya gəldi – Qalib Mingəçevir komandası oldu

“data.org.az” saytı, “Azərbaycan müəllimi” nə istinadən xəbər verir ki,  Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Fondunun birgə təşəbbüsü nəticəsində reallaşdırılan və ölkənin ən istedadlı şagirdlərinin iştirakı ilə keçirilən “Zəkaların mübarizəsi” olimpiadasının Mərkəzi Aran regionu üzrə final mərhələsi baş tutub. Bu mərhələ intellektual hazırlığın və fənn biliklərinin qiymətləndirilməsi, təhsil sisteminin perspektivlərinin müəyyənləşdirilməsi baxımından mühüm hadisə […]

Mingəçevir Dövlət Universitetində imtahan prosesi ilə bağlı yeniliklər edilib

Mingəçevir Dövlət Universitetində (MDU) tələbələrlə aparılan görüşlər və daxil olan sorğuların nəticələrinə əsasən imtahan prosesi ilə bağlı bir sıra mühüm dəyişikliklərlə bağlı yeni qərarlar qəbul edilib. Qəbul edilən qərarlar universitetin imtahan sistemində daha obyektiv qiymətləndirmə və şəffaflığın təmin edilməsi məqsədi daşıyır. • Elektron jurnala tam şəkildə keçid: Qərar qəbul edildiyi andan etibarən 20 gün ərzində […]

Təhsildə innovativ həllərin təklifi yönündə keçirilən“EduHack 2025: Innovating the Future of Learning” hakatonuna start verilib

2025-ci il 19 aprel tarixində Bakı Avrasiya Universiteti (BAAU), Azərbaycan Respublikasının Gənclər Fondu, Niğde Ömer Halisdemir Universiteti (NOHU), Məlhəm Beynəlxalq Hospitalının,  Azərbaycan Tələbə Gənclər Təşkiatları İttifaqı (ATGTİ) və Türkiyə-Azərbaycan Universiteti (TAU) birgə təşkilatçılığı ilə “EduHack 2025: Innovating the Future of Learning” hakatonu 2025-ci ilin 19 aprel tarixində start götürüb. Bakı Konqres Mərkəzində  başlayan hakatonda Gənclər […]