Browsing yearly archive

2025

Mingəçevir Dövlət Universitetinin (MDU) Elmi Şurasının 2025-ci ildə ilk iclası keçirilib

28 yanvar 2025-ci il tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Elmi Şurasının növbəti iclası keçirilib. İclasda müzakirəyə çıxarılan məsələlər, tədris və elmi fəaliyyətin inkişafı məqsədilə önəmli qərarlar qəbul edilib. MDU-nun rektor vəzifəsini müvəqqəti icra edən, Tədris məsələləri üzrə prorektor Üzeyir Zeynalov iclasın gündəliyində duran məsələlər barədə Şura üzvlərinin diqqətinə çatdırıb. MDU-ya tələbələrin cəlb edilməsi ilə bağlı […]

Mingəçevir Dövlət Universitetində (MDU) 2025-ci ildə nəzərdə tutulan institusional akkreditasiya üzrə Özünütəhlil hesabatını hazırlamaq üçün yaradılan təşkilat komissiyasının növbəti iclası keçirilib

31 yanvar 2025-ci il tarixində Mingəçevir Dövlət Universitetində (MDU) 2025-ci ildə nəzərdə tutulan institusional akkreditasiya üzrə Özünütəhlil hesabatını hazırlamaq üçün yaradılan təşkilat komissiyasının növbəti iclası keçirilib. İclasda universitet rəhbərliyi, kafedra və şöbə müdirləri iştirak edib. MDU-nun rektor vəzifəsini müvəqqəti icra edən Üzeyir Zeynalov komissiyanın işinə uğurlar arzulayaraq, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 28 sentyabr 2010-cu […]

Mingəçevir Dövlət Universitetində (MDU) 2024/2025-ci tədris ilinin payız semestrinin imtahan sessiyası çərçivəsində növbəti “AÇIQ QAPI” günü keçirilib

30 yanvar 2025-ci il tarixində Mingəçevir Dövlət Universitetində (MDU) cari tədris ilinin payız semestrinin imtahan sessiyası çərçivəsində növbəti “Açıq qapı” günü keçirilib. Hibrid formada təşkil edilmiş “Açıq qapı” günündə MDU-nun rektor vəzifəsini müvəqqəti icra edən, tədris işləri üzrə prorektor Üzeyir Zeynalov tələbə və magistrantlarla görüşüb. Təşkil edilmiş görüşdə universitetin akademik heyət üzvləri də iştirak ediblər. […]

Mingəçevir Dövlət Univeristetində (MDU) İctimai Nəzarət Şurasının (İNŞ) üzvləri imtahan prosesini izləyiblər

30 yanvar 2025-ci il tarixində  Mingəçevir Dövlət Universitetinin (MDU) İctimai Nəzarət Şurasının (İNŞ) üzvləri cari ilin payız semestrinin imtahan sessiyası çərçivəsində imtahan prosesini müşahidə ediblər. MDU-nun fəaliyyətində yaxından iştirak etdiklərinə görə İNŞ üzvlərinə təşəkkürünü bildirən universitetin rektor vəzifəsini müvəqqəti icra edən, Tədris işləri üzrə prorektor Üzeyir Zeynalov cari payız semestrinin imtahan sessiyasının təşkili ilə bağlı […]

Azərbaycan gəncləri dayanıqlı gələcək üçün bir araya gəlir

31 yanvar 2025-ci il tarixində Bakıda Avropa Gənclər Müsabiqəsinin dördüncü buraxılışı keçirildi. “Yaşıl Gələcək” şüarı altında gerçəkləşdirilən bu müsabiqə, Gənc Avropa Səfirləri və Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi tərəfindən təşkilatçılıq edilərək reallaşdı. Müsabiqə Avropa İttifaqının maliyyələşdirdiyi “Planetimiz naminə” kampaniyası çərçivəsində həyata keçirildi. Bu ilki müsabiqə Azərbaycanın müxtəif yerlərindən olan orta məktəb şagirdlərini və universitet tələbələrini […]

MİNGƏÇEVİR BƏLƏDİYYƏSİNİN LİDER NAMİZƏDLƏRİ

Mərkəzi Seçki Komissiyası bələdiyyə seçkilərinin nəticəsi barədə ilkin məlumat yayıb. Mingəçevir Bələdiyyəsinə üzvlüyə 19 namizədin topladığı səs aşağıdakı cədvəldəki kimi göstərilib: NAMİZƏDİN SOYADI, ADI, ATASININ ADI TOPLADIĞI SƏS ALŞANOV VÜSAL ELŞAD OĞLU 7332 ZEYNALOV FİKRƏT QÜDRƏT OĞLU 7258 HİDAYƏTOVA GÜLNAR İLDRIM QIZI 7212 ABDULLAYEVA XƏDİCƏ ELXAN QIZI 7210 HƏSƏNOV FİKRƏT İSMİXAN OĞLU 7208 BAĞIYEV ABİD […]

Bu dəfəki seçkilərdə fəallıq hiss olunmadı

29 yanvar 2025-ci ildə Mingəçevirdə keçirilən Bələdiyyə seçkilərində səhər saatlarından başlayaraq, seçki prosesinin izlədik. 53 saylı Yevlax-Mingəçevir seçiki dairəsinin 38, 39, 40, 42, 43, 44, 45 nömrəli, 54 saylı Mingəçevir seçki dairəsinin 11,16, 25, 26, 36 saylı məntəqələrinə baş çəkdik. Bələdiyyə üzvlüyünə namizədlərdən Vahid Tanırverdiyev, Əfqan Şirinovl və Faiq Həmzəyevlə də qarşılaşdıq. Məntəqələrin əksəriyyətində həm […]

Mingəçevir Dövlət Universitetində dərsə davamiyyətə dair monitorinq nəticələri müzakirə edilib

21 yanvar 2025-ci il tarixində Mingəçevir Dövlət Universitetinin İqtisadiyyat və İdarəetmə Fakültəsində Daxili Nəzarət Şöbəsi tərəfindən 2024-cü il noyabrın 25-dən dekabrın 9-dək keçirilmiş bakalavriat təhsil səviyyəsi üzrə tələbələrin və professor-müəllim heyətinin dərsə davamiyyətinə dair monitorinqin nəticələri müzakirə olunub. İclasda Daxili Nəzarət Şöbəsinin müdiri, İqtisadiyyat və İdarəetmə Fakültəsinin rəhbərliyi və əməkdaşları iştirak ediblər. Monitorinqin əsas məqsədi, […]

Mingəçevir Dövlət Univeristetində (MDU) Məktəbəqədər təhsil ixtisasının Özünütəhlil Komissiyasının iclası keçirilib

24 yanvar 2025-ci il tarixində Mingəçevir Dövlət Univeristetində (MDU) ali təhsil müəssisələrinin akkreditasiya prosesinə hazırlıq çərçivəsində Məktəbəqədər təhsil ixtisası üzrə Özünütəhlil Komissiyasının növbəti iclası keçirilib. İclasın əsas məqsədi müvafiq təhsil proqramı üzrə mövcud vəziyyəti və təhsil proqramının keyfiyyətini təhlil etmək, komissiyanın üzvləri arasında iş bölgüsünü müəyyən etmək, güclü və zəif tərəfləri müəyyənləşdirmək və akkreditasiya üçün […]