Məhkəmələr tam elektron sistemə keçir
Azərbaycanda məhkəmə sistemi kağız sənədlərdən mərhələli şəkildə imtina etməyə hazırlaşır. Bu barədə Azərbaycan Hakimlərinin II Forumunda çıxış edən Ali Məhkəmənin Mülki Kollegiyasının sədri Sənan Hacıyev məlumat verib. O, “Rəqəmsallaşma və süni intellektin tətbiqi” mövzusuna həsr olunan panel müzakirəsində bildirib ki, tam elektron icraata keçid əsasən kağız daşıyıcıların aradan qaldırılmasına hesablanıb. Onun sözlərinə görə, bəzi sübutlar […]