Tehranda tələbələr yanvar hadisələrinə görə etiraz aksiyası keçirib
Tehranda Şərif Texnologiya Universitetinin tələbələri yanvar hadisələrində həyatını itirənləri yad etmək üçün təşkil etdikləri mitinqi etiraz aksiyasına çeviriblər. Fars xəbər agentliyinin verdiyi məlumata görə, sosial şəbəkələrdə həm Tehranda, həm də Məşhəddə bir neçə universitetdə oxşar nümayişlərin keçirildiyi barədə məlumatlar yayılıb. Şərif Texnologiya Universitetindəki etiraz zamanı Bəsic könüllü qüvvələri ilə toqquşmalar baş verdiyi bildirilir.