Uşaqların hüquqları güclənir
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsində bu gün müzakirəyə çıxarılan “Uşaq hüquqları haqqında” qanun layihəsində uşağın vətəndaşlıq və ad hüquqları xüsusi olaraq nəzərdə tutulub. Layihəyə görə, hər uşaq doğulduqdan sonra Azərbaycan Respublikasının Ailə Məcəlləsi çərçivəsində qeydiyyata alınır. Ümumiyyətlə, uşaqlar “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 12-ci maddəsində göstərilən istisnalar xaricində Azərbaycan vətəndaşlığı qazanırlar. Uşağa […]