Browsing yearly archive

2026

Həbsdə olan valideynlərin uşaqları dövlət tərəfindən qorunacaq

Valideyn himayəsindən məhrum uşaqların hüquq və mənafelərinin qorunması üçün qanunvericiliyə yeni əlavələr edilməsi təklif olunur. Bu məsələ bu gün parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında müzakirəyə çıxarılıb. Təklif olunan dəyişikliklərdə, valideynlərin itkin düşmüş hesab edildiyi, ölmüş elan olunduğu və ya məlum olmadığı hallarda uşaqların hüquq və mənafelərinin dövlət tərəfindən qorunması ayrıca qeyd edilir. […]

Azərbaycan Sülh Şurasına təsisçi üzv kimi qoşuldu

Sülh Şurası (Board of Peace) Azərbaycanı rəsmi olaraq təsisçi üzv kimi qəbul etdiyini açıqlayıb. Bu barədə məlumat təşkilatın sosial media hesabında paylaşılıb. Paylaşımda Azərbaycana xüsusi həsr olunmuş qarşılama posteri yayımlanıb və ölkəmiz Sülh Şurasının təsisçi üzvlərindən biri kimi təqdim edilib. Oxşar təqdimatlar digər iştirakçı dövlətlər üçün də dərc olunub ki, bu, Şuranın qlobal şəbəkəsinin formalaşmasının […]

“PAŞA Bank” səhmlərinin bir hissəsini açıq satışa çıxarır

“PAŞA Bank” ASC nizamnamə kapitalının təxminən 5 faizinə uyğun gələn səhmlərini hərrac vasitəsilə satışa çıxaracaq. Söhbət nominal dəyəri 20 manat olan 932 min 926 ədəd səhmdən gedir. Bankın nizamnamə kapitalı ümumilikdə 354,512 milyon manat təşkil edir. Bu barədə bankın İdarə Heyətinin sədri və baş icraçı direktoru Cavid Quliyev məlumat verib. Onun sözlərinə görə, satışa çıxarılacaq […]

Yaxın Şərqdə gərginlik yenidən yüksəlir

ABŞ Prezidenti Donald Tramp Amerikanın əsas hərbi kontingentinin İran istiqamətində hərəkətə başladığını açıqlayıb. O, Tehranın yaranmış vəziyyətdə razılaşmaya getməsinin mümkünlüyünə ümid etdiyini bildirib. Ayova ştatında tərəfdarları qarşısında çıxış edən Tramp İranla bağlı mövqeyini yenidən gündəmə gətirib. ABŞ lideri 2025-ci ilin iyun ayında İranın nüvə potensialının zərərsizləşdirildiyini iddia edərək, bu mövqeyini bir daha təkrarlayıb. Onun sözlərinə […]

Ermənistanın hərbi avantüralarının ağır nəticələri

Yanvarın 27-si Ermənistanda “Anım Günü” kimi qeyd olunur. Bu tarix ölkənin iştirak etdiyi müxtəlif silahlı münaqişələr və müharibələr zamanı həlak olan hərbçilərin xatirəsinə həsr edilir. Erməni mənbələrinin yaydığı məlumatlara əsasən, Ermənistanın apardığı hərbi əməliyyatlar zamanı itkilərin sayı kifayət qədər yüksək olub. Statistikaya görə, Birinci Qarabağ müharibəsində təxminən 6 min, 2016-cı il Aprel döyüşlərində 100-ə yaxın, […]

Pensiyaçılara vacib xəbər

“Əmək pensiyaları haqqında” qanunvericiliyə görə, əmək pensiyalarının indeksasiya olunaraq artırılması hər il yanvar ayından tətbiq edilir. Yanvar ayının pensiyaları artıq ödənilsə də, artım məbləğinin bu ay pensiyalara əlavə edilməməsi vətəndaşlarda sual yaradıb. Məsələ ilə bağlı Milli Məclisin deputatı Vüqar Bayramov sosial şəbəkə hesabında açıqlama verib. O bildirib ki, qanuna əsasən, pensiya məbləğləri əvvəlki ildə ölkə […]

Rusiya Xarkovda sərnişin qatarını dronlarla bombaladı

Rusiya ordusu dronlarla Xarkov bölgəsində hərəkətdə olan sərnişin qatarına zərbə endirib. Hücum nəticəsində lokomotiv və bir vaqonda yanğın baş verib, xəsarət alanlar olub. Bu barədə Xarkov vilayəti Dövlət Administrasiyasının rəhbəri Oleq Sinegubov məlumat verib. Onun sözlərinə görə, Rusiya “Şahed” dronları Barvenkovo-Lvov-Çop marşrutu üzrə hərəkət edən qatara hücum edib. Hadisə Xarkov bölgəsinin Barvenkovo yaşayış məntəqəsində baş […]

Qlobal istiləşmə və Yerin sürətinə təsiri

Yeni araşdırmalar göstərir ki, Arktika və Antarktidadakı buzların əriməsi planetimizin fırlanma sürətinə təsir edir və günün uzunluğunu cüzi də olsa uzadır. Bu, astronomik ilin təqvim ili ilə tam üst-üstə düşməməsinə səbəb olur. Astronomik il, yəni Yer kürəsinin Günəş ətrafında fırlanma dövrü, təqvim ilindən fərqləndiyindən, sıçrayış illəri tətbiq edilir. Bu sayədə əlavə bir gün fevral ayına […]

ABŞ-İran gərginliyi artır

İsrail Müdafiə Ordusunun məlumatına görə, ABŞ İrana qarşı 31 yanvar və ya 1 fevral tarixlərində hərbi zərbə endirə bilər. Bu barədə The War Zone nəşri İsrail ordusundakı yüksək vəzifəli mənbəyə istinadla xəbər yayıb. Mənbə bildirir ki, Vaşinqtonun planları dəyişə bilər və əməliyyatın baş tutması “bir nəfərin qərarından” — ABŞ Prezidenti Donald Trampdan asılıdır. İsrail hakimiyyəti […]

Paris 44 günlük Qarabağ müharibəsinin nəticələrini tanımır

Fransanın Ermənistandakı səfirliyinin “vətən uğrunda həlak olanlar” barədə yayılan bəyanatı rəsmi Parisin 44 günlük Qarabağ müharibəsinin nəticələrini hələ də qəbul etmədiyini ortaya qoyur. Ekspertlər bildirir ki, bu mövqe Fransa diplomatiyasının Qarabağ reallıqlarına qarşı uzun illər davam edən qərəzli və təhrifedici yanaşmasının növbəti nümunəsidir. 27 sentyabr 2020-ci ildə başlayan və 44 gün davam edən Vətən müharibəsi […]