Browsing author

Mingəçevir İşıqları

Dekabrın 10-da Vətən müharibəsində qələbəyə həsr olunmuş hərbi parad keçiriləcək

Müdafiə Nazirliyinin yaydığı məlumata görə, dekabrın 10-da keçiriləcək Vətən müharibəsində qələbəyə həsr olunmuş hərbi parada hazırlıq məşqləri davam edir. Azadlıq Meydanında keçiriləcək hərbi paradda 3000 nəfərdən artıq şəxsi heyət iştirak edəcək, 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi […]

Zəfər Günü noyabrın 8-də – Şuşanın azad olunduğu gündə qeyd olunacaq

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası məlumat yayıb. Məlumatda deyilir: “Ermənistanın ardıcıl təxribatları və hərbi təcavüzünə cavab olaraq 2020-ci il sentyabrın 27-də Azərbaycan xalqı Ermənistanın otuz ilə yaxın davam edən işğalçılıq siyasətinə son qoymaq və torpaqlarımızı düşmən tapdağından azad etmək uğrunda Vətən müharibəsinə qalxmışdır. 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan xalqı tarixi qələbə qazanmış, ölkəmizin […]

Azərbaycanda Anım və Zəfər Günləri qeyd olunacaq

Prezident İlham Əliyev Azərbaycan Respublikasında Anım Gününün  və Zəfər Gününün təsis edilməsi haqqında Sərəncamlar imzalayıb. İndidən sonra hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü, noyabrın 10-u isə Zəfər Günü kimi təntənəli şəkildə qeyd ediləcəkdir. Anım günü –  Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər […]

Azərbaycan Ordusunun bölmələri Kəlbəcər rayonuna daxil olub

Azərbaycan Respublikası, Rusiya Federasiyası  Prezidentləri və  Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli Bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri noyabrın 25-də Kəlbəcər rayonuna daxil olub. Müdafiə Nazirliyinin yaydığı məlumata görə, bölmələrimizin bu istiqamətdə hərəkətini təmin etmək məqsədilə mühəndis işləri başa çatdırılıb, qoşunların hərəkət marşrutu üzrə çətin keçilən dağ yolları minalardan təmizlənir və istifadəyə hazır vəziyyətə gətirilir. Müdafiə […]

Mingəçevirdə COVİD-19 xəstəsinə cinayət işi açılıb

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, koronavirus testinin nəticəsi pozitiv çıxan şəhər sakini Ş.Əhmədovaya ev şəraitində müalicə təyin edilsə də o, özünütəcrid qaydalarını pozaraq, yaşadığı ünvanı tərk edib. Əraziyə həkim briqadası dəvət olunub və Ş.Əhmədova yaşadığı ünvana geri qaytarılıb. Koronavirus infeksiyasına yoluxduğuna görə ev şəraitində müalicə almalı olduğu halda küçəyə və ictimai […]

Prezident Məkkədən gətirdiyi “Qurani-Kərim”i Ağdam məscidinə bağışladı

Noyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Ağdam şəhərində olublar. Ağdama gedən yolda avtomobili özü idarə edən Prezident İlham Əliyev dedi: -Baxın, düşmənin müdafiə xətti. Ağdam şəhərinə qədər düşmənin bir neçə müdafiə xətti var idi, baxın. İndi biz işğaldan azad edilmiş torpaqlara keçirik. […]