Browsing author

Mingəçevir İşıqları

Ordumuz Ağdama Azərbaycan Bayrağını sancdı

Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin imzaladığı 3 tərəfli Bəyanata əsasən noyabrın 20-də Ağdam rayonuna daxil olan Azərbaycan Ordusunun bölmələri ərazidə bir sıra tədbirləri həyata keçirib. Qoşunlarımızın bu istiqamətdə təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə ərazilər gecə saatlarında minalardan təmizlənib, mühəndis-istehkam işləri başa çatdırılıb, hərəkət marşrutu üzrə yollar istifadəyə hazır vəziyyətə […]

2020-ci ilin ötən dövrü ərzində 8 müdafiə mövqeyində yeni əsgəri-məişət kompleksi tikilib

Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Naxçıvan Qarnizonu Qoşunlarında hərbi təyinatlı obyektlərin tikintisi, şəxsi heyətin xidməti və mənzil-məişət şəraitinin yaxşılaşdırılması tədbirləri 2020-ci ilin ötən dövrü ərzində də uğurla davam etdirilib. Əlahiddə Ümumqoşun Ordunun birləşmə və hissələrində, hərbi şəhərciklərində yeni binalar inşa olunub, istirahət parkları salınıb, hərbi obyektlərdə əsaslı və cari təmir işləri aparılıb. Hər tərəfdən dağ […]

İlham Əliyev: “Mən bu gün Ağdamın azad olunması xəbərini xalqıma böyük qürur hissi ilə çatdırıram, bu müjdəni verirəm”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib. Müraciətdə deyilir: -Əziz həmvətənlər. Mən sizi Ağdam rayonunun işğaldan azad olunması münasibətilə ürəkdən təbrik edirəm. Bütün ağdamlıları ürəkdən təbrik edirəm. Əziz ağdamlılar, siz artıq köçkün deyilsiniz. Siz doğma dədə-baba torpağınıza qayıdacaqsınız. Ağdam rayonunun işğaldan azad olunması noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın nəticəsidir. Mən dəfələrlə demişdim ki, Ermənistan-Azərbaycan […]

Gəmi üçün  verilmiş gəmi bileti və texniki talonun itməsi barədə elan

Fövqəladə Hallar Nazirliyi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Yevlax rayonu Varvara kənd sakini Qəhrəmanov Zəfər Səməd oğluna AAA6118 bort nömrəli diyi üçün etibarsız sayılır. Fövqəladə Hallar Nazirliyi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Yevlax rayonu Varvara kənd sakini Qəhrəmanov Zəfər Səməd oğluna AAA6118 bort nömrəli gəmi üçün  verilmiş […]

Aİ döyüş əməliyyatlarından zərər çəkmiş mülki vətəndaşlar üçün əlavə olaraq 3 milyon avro məbləğində fövqəladə yardım ayırır

Komissiya Dağlıq Qarabağ və onun ətrafındakı münaqişənin təsirinə ən çox məruz qalmış mülki şəxslərə həlledici yardımın göstərilməsi üçün humanitar dəstək məqsədilə əlavə 3 milyon avro ayırdığını elan etdi. Bu maliyyə vəsaiti döyüş əməliyyatlarının başladığı oktyabr ayının əvvəlindən bəri ayrılan 900.000 avroya əlavə edilir. Böhran İdarəçiliyi üzrə Komissar Janez Lenarčič demişdir: “Aİ münaqişənin təsirinə məruz qalmış […]

Şuşa ətrafında gedən döyüşlərdə həlak olan bir neçə hərbi qulluqçunun cəsədlərinin mübadiləsi həyata keçirilib

Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində dislokasiya olunan Rusiya sülhməramlı qüvvələrinin vasitəçiliyi və iştirakı ilə Şuşa şəhəri ətrafındakı döyüş meydanında həlak olan hərbi qulluqçuların bir neçəsinin cəsədlərinin toplanılması həyata keçirilib. Məlumatda deyilir: “Bu humanitar aksiya çərçivəsində Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularının cəsədləri toplanaraq Ermənistan tərəfinə təhvil verilib. Həmçinin, aksiya çərçivəsində Şuşa […]

Dağlıq Qarabağ: Ali Nümayəndə / Vitse-prezident Josep Borrell Azərbaycan və Ermənistanın Xarici İşlər Nazirləri ilə danışıb

Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi / Avropa Komissiyasının Vitse-prezidenti Josep Borrell Cümə axşamı 12 noyabr tarixində Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramov və Ermənistanın Xarici İşlər Naziri Zohrab Mnatsakanyan ilə telefon danışığı apardı. Hər iki telefon danışığında Ali Nümayəndə / Vitse-prezident döyüşlərin dayandırılmasının münaqişənin sülh yolu ilə nizamlanmasına yönəlmiş səylərin göstərilməsinə […]