Browsing category

Azərbaycan

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti “YAŞAT” Fonduna 200 min manat ianə edib

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin nümayəndəsi Dilqəm Şərifovun verdiyi məlumata görə, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-i Vətən müharibəsində iştirak edən şəhidlərimizin ailələrinə və yaralananlara dəstəyini bildirərək “YAŞAT” Fonduna 200 min manat məbləğində vəsait köçürüb. Xatırladaq ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il […]

Amerikalı mütəxəssis Mingəçevir Dövlət Universitetində tədris prosesinə cəlb olunub

ABŞ Dövlət Departamentinin maliyyələşdirdiyi “English Language Fellow” təqaüd proqramı çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetində fəaliyyət göstərən ingilis dili mütəxəssisi Richard Schlight 2020/2021-ci tədris ilinin payız semestri ərzində Mingəçevir Dövlət Universitetində (MDU) tədris prosesində fəal iştirak edir. Belə ki, amerikalı mütəxəssis MDU-nun bakalavriat səviyyəsində “Xarici dil müəllimliyi (ingilis dili üzrə)” ixtisası üzrə təhsil alan dördüncü kurs […]

Mingəçevir Dövlət Universitetinin rektoru tələbələrlə görüşlər keçirib

2020-ci ilin 14 dekabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov “İqtisadiyyat və idaretmə”, “Pedaqoji” və “Mühəndlislik” fakültələrinin tələbələri ilə silsilə görüşlər keçirib. “Microsoft Teams” platforması üzərindən online formatda keçirilən görüşlərdə rektor, ilk növbədə, müzəffər Ali Baş Komandanımızın rəhbərliyi və yenilməz Azərbaycan Ordusunun rəşadəti sayəsində əldə olunan şanlı qələbə və dörd gün əvvəl keçirilmiş […]

Mingəçevir Dövlət Universiteti Almaniyada təşkil olunan beynəlxalq yarışmada uğurla təmsil olunub

Mingəçevir Dövlət Universiteti (MDU) və Almaniyanın Siegen Universiteti (University of Siegen) arasında “Sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsi” mövzusunda birgə layihə çərçivəsində keçirilən təlimlərdə uğur qazanmış tələbələr, magistrantlar və akademik heyət üzvləri 2020-ci ilin 11-12 dekabr tarixlərində Prime Academy (Almaniya) tərəfindən təşkil edilən beynəlxalq müsabiqədə iştirak ediblər. “ZOOM” platforması üzərindən onlayn formatda keçirilən beynəlxalq müsabiqədə Azərbaycanı Mingəçevir […]

Mingəçevir Dövlət Universitetinin əməkdaşları Şəhid Oruc Nəcəflinin ailəsini ziyarət ediblər

2020-ci ilin 13 dekabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) bir qrup əməkdaşı Vətən müharibəsində Şəhid olan universitetin məzunu Nəcəfli Oruc Rövşən oğlunun ailəsini ziyarət ediblər. Görüşdə Şəhid Oruc Nəcəflinin Vətən müharibəsi zamanı göstərdiyi şücaət, onun şərəfli həyat yolu, MDU-da keçirdiyi ali təhsil illəri və “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-dəki əmək fəaliyyəti barədə söz açılıb. Ali […]

Mingəçevir Dövlət Universitetində respublika elmi konfransının bölmə iclasları keçirilib

2020-ci ilin 11-12 dekabr tarixində Mingəçevir Dövlət Universitetində (MDU) “Regional inkişafın təmin olunmasında innovativ tendensiyalar: reallıqlar və müasir çağırışlar” mövzusunda respublika elmi konfransının “Təhsil və humanitar”, “Təbiət və texnika” və “İqtisadiyyat və idarəetmə” bölmələri üzrə iclasları keçirilib. “Microsoft Teams” platforması üzərindən online formatda keçirilən bölmə iclaslarında həm MDU-nu, həm də respublikanın digər ali təhsil müəssisələrini […]

Mingəçevir Dövlət Universitetində “Qarabağ Azərbaycandır!” mövzusunda tələbə elmi konfransı keçirilib

Mingəçevir Dövlət Universitetinin (MDU) İqtisadiyyat və idarəetmə fakültəsində Tələbə Elmi Cəmiyyətinin (TEC) “Qarabağ Azərbaycandır!” mövzusunda elmi konfransı keçirilib. “Microsoft Teams” platforması üzərindən online formatda keçirilən konfransı açan fakültənin dekanı, dosent Nüşabə Qədimli, ilk növbədə, konfrans iştirakçılarına MDU-nun rektoru Şahin Bayramovun salamlarını, müzəffər Ali Baş Komandanımızın rəhbərliyi və yenilməz Azərbaycan Ordusunun rəşadəti sayəsində 44 günlük Vətən […]

Mingəçevir Dövlət Universitetində Ulu Öndərin anım gününə həsr olunmuş elmi konfrans keçirilib

2020-ci ilin 12 dekabr tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım gününə həsr olunmuş “Heydər Əliyev müasir Azərbaycan dövlətinin banisi, müstəqilliyimizin rəmzidir” mövzusunda elmi konfrans keçirilib. “Microsoft Teams” platforması üzərindən online formatda keçirilən konfransı giriş sözü ilə açan MDU-nun rektoru Şahin Bayramov, ilk növbədə, müzəffər Ali Baş Komandanımızın rəhbərliyi və […]

Mingəçevir Dövlət Universitetində respublika elmi konfransı keçirilib

2020-ci ilin 11 dekabr tarixində Mingəçevir Dövlət Universitetində (MDU) “Regional inkişafın təmin olunmasında innovativ tendensiyalar: reallıqlar və müasir çağırışlar” mövzusunda respublika elmi konfransı keçirilib. Konfrans Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq edilmiş Azərbaycan Respublikası Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən ali təhsil müəssisələrində 2020-ci ildə keçirilməli olan beynəlxalq və respublika səviyyəli elmi konfrans və […]

Ölkədə hərbi vəziyyət ləğv olundu

Milli Məclisin dekabrın 11-də keçirilən iclasında “Hərbi vəziyyətin ləğv edilməsi haqqında” Azərbaycan Prezidentinin Fərmanının təsdiq edilməsi barədə məsələ müzakirə edilib. data.org.az xəbər verir ki, müzakirələrdən sonra “Hərbi vəziyyətin ləğv edilməsi haqqında” Azərbaycan Prezidentinin Fərmanının təsdiq edilməsi barədə qərar qəbul edilib. Məlumat üçün bildirək ki, 27 sentyabr 2020-ci ildən bütün ölkə ərazisində qüvvədə olan hərbi vəziyyətin  […]