Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Ölkədə hərbi vəziyyət ləğv olundu

319

Milli Məclisin dekabrın 11-də keçirilən iclasında “Hərbi vəziyyətin ləğv edilməsi haqqında” Azərbaycan Prezidentinin Fərmanının təsdiq edilməsi barədə məsələ müzakirə edilib. data.org.az xəbər verir ki, müzakirələrdən sonra “Hərbi vəziyyətin ləğv edilməsi haqqında” Azərbaycan Prezidentinin Fərmanının təsdiq edilməsi barədə qərar qəbul edilib.

Məlumat üçün bildirək ki, 27 sentyabr 2020-ci ildən bütün ölkə ərazisində qüvvədə olan hərbi vəziyyətin  2020-ci il 12 dekabr saat 00:00-dan ləğv edilməsi barədə Azərbaycan Respublikasının Prezidenti Fərman imzalamışdır.

Şərhlər bağlıdır.