Browsing category

Xəbərlər

Məktəb və universitetlərdə xarici dil tədrisi: Qrammatika bilinir, danışıq bacarığı zəifdir

Xarici dil bilikləri müasir dünyada yalnız akademik üstünlük deyil, həm də sosial, peşəkar və mədəni inteqrasiyanın əsas şərtidir. Buna baxmayaraq, məktəbi bitirən məzunlar illərlə dil öyrənsələr də, onu real ünsiyyət üçün istifadə etməkdə çətinlik çəkirlər. Ənənəvi tədris modellərində qrammatika və yazılı tapşırıqlar ön planda olsa da, danışıq və dinləmə bacarıqları çox zaman ikinci plana keçir. […]

Belçika Trampın açıqlamalarını sərt tənqid etdi

Belçikanın Baş naziri Bart De Vever ABŞ Prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı açıqlamalarını sərt şəkildə tənqid edib. O, Vaşinqtonun hədələrini şərh edərkən Trampı “ac tırtıl”a bənzədib və Avropanı daha fəal mövqe tutmağa çağırıb. Baş nazir vurğulayıb ki, indiyədək ABŞ-la münasibətlərdə tətbiq olunan diplomatik “yalvarış və dilə tutma” siyasəti nəticə vermir və vəziyyəti daha da […]

Azərbaycan dezinformasiyaya qarşı mübarizəni gücləndirir

Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid son dövrlərdə media orqanlarında yayılan dezinformasiyanın artdığını bildirib və bunun milli təhlükəsizliyə real təhdid yaratdığını vurğulayıb. Bu barədə o, “Dezinformasiya: Qlobal Təhdid və Azərbaycan Reallıqları” mövzusunda keçirilən ictimai dinləmələrdə danışıb. R. Məcid qeyd edib ki, bəzi hallarda yalan məlumatlar bilərəkdən, bəzən isə məlumatsızlıq və səriştəsizlik nəticəsində yayılır. Onun sözlərinə […]

Gürcüstanda təhsil islahatları çərçivəsində müəllimlərin dərs zamanı telefon istifadəsi məhdudlaşdırılır

Gürcüstanda dövlət məktəblərində müəllimlərin dərs zamanı mobil telefonlardan istifadə etməsi qadağan olunacaq. Yeni qaydalar 2026-2027-ci tədris ilindən qüvvəyə minəcək və ümumi təhsil islahatlarının bir hissəsi olacaq. Təhsil və Elm Nazirliyindən bildirilib ki, məqsəd müəllimlərin şagirdlərə nümunə göstərərək diqqət və intizamı artırmaqdır. Qadağa müəllimləri məcbur etmək üçün nəzərdə tutulmayıb, əsas məqsəd dərs prosesində diqqəti əsas mövzuya […]

2025-ci ildə Azərbaycan televiziyalarına xəbərdarlıqlar və yayım dayandırmaları tətbiq edilib

2025-ci ildə “Space TV”, “ARB”, “Xəzər TV”, “MTV”, “ATV”, “Baku TV” kanallarına xəbərdarlıq verilib. Hər kanal üzrə bir dəfə olmaqla ümumi 7 xəbərdarlıq qeydə alınıb. Audiovizual Şuradan bildirilib ki, “MTV” və “Dünya TV”nin yayımı hərəsi 3 saat, “Kanal S”in yayımı 24 saat, “Space TV”nin yayımı isə 6 saat dayandırılıb. Bundan əlavə, “MTV” kanalının aid olduğu […]

Mehriban Əliyeva şəhidlərin xatirəsini ehtiramla yad edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib. Nəşrdə qeyd olunub: “20 Yanvar faciəsinin günahsız qurbanlarının xatirəsini ehtiramla yad edirəm. Allah bütün şəhidlərimizin ruhlarını şad etsin!”

Özbək deputatdan Aleksandr Duginə sərt cavab

Özbəkistan parlamentinin deputatı Şahnaz Xolməhmətova rusiyalı filosof Aleksandr Duginin bir sıra ölkələrin, o cümlədən Azərbaycanın və Özbəkistanın suverenliyinə yönələn mübahisəli açıqlamalarına kəskin cavab verib. Özbəkistan mediasının yaydığı məlumata görə, deputat Duginin fikirlərini qəbuledilməz adlandıraraq bildirib ki, ölkəsinin müstəqilliyi heç bir halda kənar şəxslərin müzakirə predmeti ola bilməz. Şahnaz Xolməhmətova vurğulayıb ki, Özbəkistan suveren dövlətdir və […]

Bolqarıstan prezidenti Rumen Radev istefa verdi

Bolqarıstanın dövlət başçısı Rumen Radev istefa verdiyini açıqlayıb. Bu barədə yerli BTV televiziya kanalının yaydığı məlumatda bildirilib. Məlumata görə, Radev qarşıdan gələn növbədənkənar parlament seçkilərində iştirak etməyi planlaşdırır. Onun istefasından sonra prezident səlahiyyətlərinin müvəqqəti olaraq parlamentin sədri Raya Nazaryana keçəcəyi qeyd olunub. Qanunvericiliyə əsasən, iki ay ərzində yeni prezident seçkilərinin elan edilməsi, daha sonra isə […]

ABŞ-ın İran siyasəti

ABŞ Prezidenti Donald Tramp “Politico”ya müsahibəsində bildirib ki, İranın mövcud hakimiyyəti ölkədə genişmiqyaslı zorakılıq və dağıdıcı proseslərə görə məsuliyyət daşıyır. Trampın sözlərinə görə, ölkədəki rəhbərlik insanların həyatını riskə atmaq əvəzinə, düzgün idarəetmə yolu ilə vəziyyəti nəzarətdə saxlamalıdır. O, İranı “yaşamaq üçün dünyanın ən pis yeri” adlandıraraq, ölkədə yeni rəhbərlik seçiminin vaxtının çatdığını vurğulayıb. Trampın fikrincə, […]

Serbiya-Azərbaycan enerji əlaqələri

Serbiya bu il də Azərbaycan neftini azad bazar çərçivəsində alacağını açıqlayıb. Bu barədə məlumatı Serbiyanın Azərbaycandakı səfiri Draqan Vladislavleviç verib. O bildirib ki, keçmişdə Serbiya ildə təxminən 520 milyon avro dəyərində Azərbaycan nefti alırdı və 2026-cı ildə də bu göstəricini qorumağı planlaşdırır. “Azad bazar şəraitində Azərbaycan neftinin alınması siyasətimizi davam etdirəcəyik”, – səfir qeyd edib. […]