Browsing category

Xəbərlər

Yaxın vaxtlarda bu şəxslərə mənzil veriləcək

Yaxın vaxtlarda şəhid ailələri və müharibə nəticəsində əlilliyi olan şəxslər mənzil sahibi olacaq. Bu barədə 2025-ci ilin hesabat tədbirində Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov məlumat verib. O bildirib ki, mənzil verilməsi prosesi bu il ərzində başlayacaq. Eyni zamanda, Çernobıl qəzası nəticəsində əlilliyi olan şəxslər üçün də mənzil təminatı üzrə işlərə start veriləcək.

ABŞ Qrenlandiyanı niyə strateji nöqtə kimi görür?

ABŞ Prezidenti Donald Tramp Qrenlandiyanın strateji əhəmiyyətini yenidən vurğulayaraq, bu adanın milli təhlükəsizlik baxımından kritik olduğunu açıqlayıb. Vaşinqton hesab edir ki, Arktika regionunda geosiyasi rəqabətin artması fonunda Qrenlandiya ABŞ üçün həm Rusiyanın, həm də Çinin təsirinin qarşısını almaq baxımından vacib mövqedədir. Tarixi baxımdan Qrenlandiya Danimarkanın tərkibinə daxildir. Ada minilliklərdir ki, inuitlər tərəfindən məskunlaşıb və X […]

Suriyadakı kürd birləşmələri razılaşmaya baxmayaraq ərazilərdən çıxmır

Suriya Demokratik Qüvvələri (SDQ) adlanan kürd silahlı birləşmələri buraxılmayacaq. Təşkilatın komandiri Mazlum Abdi “Əl-Ərəbiyyə”yə açıqlamasında bildirib ki, onlar təhlükəli gərginliklərin qarşısını almaq məqsədilə Suriya hökuməti ilə razılaşmanın şərtlərini qəbul ediblər. Mazlum Abdi əlavə edib ki, SDQ məğlub olmayıb, dağılmayıb və öz ərazilərini qorumağa davam edəcək. O, yanvarın 19-da razılaşmanın yekun detallarını müzakirə etmək üçün Dəməşqə […]

Vəkillər Kollegiyasından rəsmi statistika

2025-ci il ərzində 347 namizəd and içərək Azərbaycan Vəkillər Kollegiyasının üzvü olub. Bu barədə Kollegiyadan məlumat verilib. Yeni qəbul olunanlarla birlikdə ölkə üzrə vəkillərin ümumi sayı 2 836 nəfərə yüksəlib. Hazırda fəaliyyət göstərən vəkillərin 2 203 nəfəri kişilərdir ki, bu da ümumi sayın 77,68 faizini təşkil edir. Qadın vəkillərin sayı isə 633 nəfərdir (22,32 faiz). […]

Gömrük orqanlarının uğurlu əməliyyatı

Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri zamanı qanunsuz narkotik dövriyyəsinin qarşısı alınıb və xüsusilə böyük miqdarda narkotik vasitə aşkar edilib. “Culfa” gömrük postunda İrandan Polşaya tranzit daşınma həyata keçirən, plastik üzlük lövhələr daşıdığı bəyan edilən yük avtomobili gömrük nəzarətinə cəlb olunub. Aparılan baxış zamanı nəqliyyat vasitəsindəki plastik panellərin daxilində xüsusi üsullarla gizlədilmiş […]

İran iddialara cavab verdi

İran Xarici İşlər Nazirliyi ölkədə guya 800 nəfərin edam edilməsi ilə bağlı yayılan iddiaları təkzib edib. Nazirliyin sözçüsü İsmayıl Bəqayi həftəlik mətbuat konfransında bu məlumatların reallığı əks etdirmədiyini bildirib. Bəqayi vurğulayıb ki, son günlər İran əleyhinə beynəlxalq müstəvidə məqsədli şəkildə yanlış informasiya yayılır. Onun sözlərinə görə, bəzi dairələr məsuliyyətsiz davranaraq təsdiqlənməmiş məlumatları dünya ictimaiyyətinə təqdim […]

Geosiyasi gərginlik fonunda gözlənilməz qərar

Almaniya Silahlı Qüvvələrinə (Bundesver) məxsus hərbçilər Qrenlandiyaya səfər etdikdən cəmi iki gün sonra gözlənilmədən geri çağırılıb. Qərarın ABŞ Prezidenti Donald Trampın Avropa ölkələrinə qarşı mümkün gömrük rüsumları ilə bağlı açıqlamalarından sonra verildiyi bildirilir. Məlumatlara görə, hərbçilərə geri dönüşün səbəbi ilə bağlı rəsmi izahat təqdim olunmayıb. Onlara yalnız qısa və konkret şəkildə “dərhal qayıdın” əmri verildiyi […]

Balıq bazarında son vəziyyət

Balıq və digər su bioresurslarının ovlanması ilə bağlı kvota bölgüsü təsdiqlənib. Ov fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər müvafiq sənədlərlə “Balıqçılıq və Akvakultura Mərkəzi”nə, eləcə də bölgələrdə fəaliyyət göstərən “ASAN Xidmət” mərkəzlərinə müraciət edə bilərlər. Sənaye və əmtəə məqsədli ov üçün tətbiq olunan rüsumlar balığın növünə görə dəyişir. Bu qərarın bazara təsiri isə artıq hiss […]

İran etirazlarının ağır nəticələri

İranda baş verən etiraz aksiyaları zamanı ölkə ərazisində çoxsaylı ictimai iaşə obyektləri, dövlət qurumları və polis məntəqələrinin ciddi zərər gördüyü bildirilib. Bu barədə İranın Azərbaycandakı səfirliyi məlumat yayıb. Açıqlamada qeyd olunub ki, etirazlar zamanı vətəndaşlara məxsus mülklər və yaşayış evləri hədəfə alınıb, bəzi şəhərlərdə təxminən 200 ticarət obyektinin yandırıldığı qeydə alınıb. Mağazalarını bağlamaqdan imtina edən […]

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı ilə yeni müdafiə əməkdaşlığı qurur

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı ilə müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq üçün yeni bir platformanın yaradılmasına çalışır. Prezident Rəcəb Tayyib Ərdoğan bu təşəbbüsü dəstəkləyərək bildirib ki, regionda sabitliyi təmin etmək və xarici müdaxilələrin qarşısını almaq üçün dövlətlərin birgə mexanizmlər üzərində işləməsi vacibdir. Nəşrlərin yazdığına görə, Türkiyə vurğulayır ki, ölkələr öz inkişaf yolunu müstəqil seçməli, “xarici […]