İranda məhdudiyyətlər mərhələli şəkildə yumşaldılır
İranda müvəqqəti olaraq dayandırılmış internet xidmətinə qismən çıxış bərpa edilib. Bir neçə gündür ölkə üzrə məhdudlaşdırılan internet bağlantısı bəzi istifadəçilər üçün yenidən aktivləşdirilib. Bu barədə “Mehr” agentliyi məlumat yayıb. Məlumatda bildirilir ki, təhlükəsizlik səbəbilə və ölkədə baş verən iğtişaşlara nəzarət məqsədilə internetə giriş müvəqqəti olaraq dayandırılmışdı. Rəsmi açıqlamaya görə, görülən tədbirlər vəziyyətin sabitləşdirilməsində rol oynayıb […]