Browsing category

Cəmiyyət

Mingəçevir 20 yaşında şəhidlik zirvəsinə ucalan övladını torpağa tapşırdı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən törədilən təxribat nəticəsində əsgər Rzayev Tərlan Pərviz oğlu şəhid olub və sentyabrın 14-də Mingəçevirdə Şəhidlər xiyabanında torpağa tapşırılıb. Onun hərbi xidmətini başa vurmasına 2 ay qalırdı.  Tərlan Rzayev Mingəçevirdəki 26 saylı köçkün məktəbinin məzunu idi. Atasıız böyümüşdü. Hərbi xidmətdən qabaq fəhləlik etməklə  anasının ailə yükünün bir hissəsini çiyninə götürməyi bacarmışdı. […]

Mingəçevirdə Tural bulağı açıldı, qazı övladlarına məktəb ləvazimatları hədiyyə edildi

Sentyabrın 10-da Mingəçevirdə Tural Əmir oğlu Orucovun anım günü keçirilib. Qazilər, şəhid ailələri və ictimaiyyət nümayəndələri mərasimə Şəhidlər Xiyabanından başlayıb. Turalın və digər şəhidlərimizin xatirələri anılıb, ruhlarına dualar oxunub. Bundan sonra xatirə bulağının açılışı olub. Yüzlərlə mingəçevirlinin qatıldığı tədbirdə Tural Orucovun ikinci Qarabağ müharibəsində Şuşaya qədər uzanan döyüş yolundan danışılıb. Atası Əmir kişi, döyüş yoldaşları, […]

Azərbaycan əhalisinin az qala yarısı pensiya yaşına çatmır

Statistik məlumata görə, Azərbaycan əhalisinin təxminən 40 faizi pensiya yaşına çatmadan vəfat edir. Kişilər arasında bu göstərici 47 faizə bərabərdir. Eyni zamanda pensiya qanununa əsasən yaşa görə pensiyanın ödənməsi 12 illik dövr üçün nəzərdə tutulub. Mütəxəssislərin fikrincə, əgər qanunlar real statistikaya uyğunlaşdırılsa, pensiyaların həcmi xeyli arta bilər. Orta ömür üç il qısalıb Son iki ildə […]

MVA məcburi köçkünlərin peşə ehtiyaclarını araşdırır

“Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyi sentyabr ayının əvvəlindən  “Məcburi köçkünlərin məşğulluq ehtiyaclarının araşdırılması” layihəsinə başlayıb və mövcud fəaliyyət Mingəçevir, Bərdə və Ağdam bölgələrini əhatə edəcək. Bu barədə MVA İB-nın prezidenti və layihə rəhbəri Fərman Nəbiyev məlumat verib. Onun açıqlamasına görə, köçkünlərin məskunlaşdığı 3 bölgədə qayıdış ərəfəsində məşğulluqla bağlı müzakirələr aparılacaq: “Yerli icmalarla görüşəcək, köçkünlərin peşə […]

Mingəçevir Bələdiyyəsi yanında İctimai Şuraya seçkilər keçirilib

Avqustun 27-də Mingəçevir Bələdiyyəsi yanında İctimai Şuraya seçkilər keçirilib.  Prosesə 13 namızəd (mediadan 2, QHT-lərdən 9 və məhəllə komitələrindən 2 nümayəndə) qatılıb. Onlar 7 yer uğrunda mübarizə aparıblar. Saat 10-da başlayan və 12-də bitən seçkidə 143 nəfər səs verib. 2 bülleten istifadə olunmamış qalıb. Səssaymadan sonra nəticələr elan olunub: Cəfərov Oktay İsa oğlu (“Qarabağ Əlillərinə […]

Cənab leytenant qızının dünyaya gələcəyini gözləyirdi…

İki ay sonra Zərifənin bir yaşı olacaq. Avqustun 13-də isə atasının şəhidliyə ucalmasından bir il keçdi. 2021-ci il avqustun 13-də Kəlbəcər rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı hərbi qulluqçular – leytenant Həsənli Eldar Müşfiq oğlu və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Cəfərov Anar Müstəqim oğlu həlak oldular. 1997-ci ildə doğulmuş Eldar […]

Fərid Cəfərov Mingəçevir gənclərinin qonağı oldu

“Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Mingəçevir nümayəndəliyi və “İşıqlı Gələcək” GİB-in təşkilatçılığı ilə “Gənclərin Şəxsi İnkişaf və Karyera Məktəbi” layihəsi çərçivəsində keçirilən görüşdə Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov gənclərə fondun fəaliyyəti, gənclər üçün yaradılan imkanlar, görülən işlər və onları gözləyən yeniliklərlə bağlı məlumat verib. Gənclərin suallarını […]

Avtoxidmətlə məşğul olan sahibkarlar KOB dostunun görüşünə gəldi

2022-ci il avqustun 9-da KOBİA-nın Mingəçevirdəki KOB dostu avtomobil servisi, diaqnostika və təmir xidmətləri üzrə fəaliyyət göstərən şəxsləri bir araya gətirib. 2 saata yaxın davam edən görüşdə  sahibkarları narahat edən məsələlər araşdırılıb, çıxış yolları müzakirə olunub. Xüsusən işçilərlə və peşə təliminə cəlb olunan 15-16 yaşlı uşaqlarla əmək münasibətlərinin tənzimlənməsi, torpaq və qeyri-yaşayış sahəsi olmayan və […]

Mingəçevir İH yanında İctimai Şura 7 komissiya yaratdı

2022-ci il avqustun 5-də Mingəçevir şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın iclası keçirilib. Şura sədri Fərman Nəbiyev qeyd edib ki, əlimizdə yalnız İctimai İştirakçılıq haqqında Qanun var,  amma Mingəçevir İH yanında indiyədək İŞ olmadığı üçün müvafiq sənədləri hazırlamaq vəzifəsi 2022-ci il iyulun 16-da seçki zamanı formalaşan qurumun öhdəsinə düşür. O, İctimai Şuranın Əsasnamə və Şura […]

Vüsal Quliyev Mingəçevir gəncləri ilə görüşüb

“Gənclərin Şəxsi İnkişaf və Karyera Məktəbi” layihəsi davam edir. Layihənin növbəti qonağı Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev olub. Görüş zamanı gənclərin suallarını səmimiyyətlə cavablandıran Vüsal müəllim uğura gedən yolda əldə etdiyi təcrübələrdən danışıb. Gənclər sektoruna gəldiyi illərlə bağlı məlumat verən qonağımız təhsilin əhəmiyyətinə diqqət çəkib. Yaxşı iş, yaxşı karyera […]