Browsing category

Cəmiyyət

Bakıda Avropa Bilik Yarışması baş tutdu

27 iyul 2022-ci il tarixində Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi və Gənc Avropa Səfirlərinin birgə əməkdaşlığı ilə Avropa Bilik Yarışması keçirilib. “Avropa İttifaqını nə dərəcədə yaxşı tanıyırsınız?” adlı yarışma Avropa Gənclər İlinə həsr olunub. Azərbaycanın bütün bölgələrindən olan 14-26 yaşlı istedadlı gəncləri bir araya gətirən Bilik Yarışması Avropanın tarixi, dəyərləri, mədəniyyəti barədə iştirakçıların biliklərini interaktiv yolla […]

Kənd gəncləri Mingəçevirdə əylənərək öyrənirlər

Gənclər və İdman Nazirliyi Nazirliyinin xətti ilə  bu ilki yay mövsümündə respublikanın 14 bölgəsində gənclər üçün düşərgələrə start verilib.  3 bölgədə- Astara, Yardımlı və Mingəçevirdə düşərgələr artıq fəaliyyətə başlayıb, digərlərində isə növbəti mərələlərdə yaradılacaq. Nazirliyin əməkdaşı Elşən Hüseynovun mətbuata açıqlamasına görə, 2000 gənci əhatə edəcək düşərgələr sentyabr ayının 15-dək davam edəcək. Öyrəndik ki, Mingəçevir Kür […]

Bərdə Mədəniyyət İdarəsi bölgə jurnalistlərini bir araya gətirdi

İyulun 22-də Bərdə Mədəniyyət İdarəsi Milli Mətbuat və Jurnalistika günü münasibətilə  bölgədə çalışan jurnalistləri bir araya gətirib. Öncə tədbir iştirakçıları Vətən uğrunda canından keçmiş şəhid jurnalistlərin xatirə guşəsi önünə gül dəstələri qoyub və eyni zamanda hərbi jurnalist Şöhrət Eyvazoğlunun 44 günlük müharibədə düşməndən qənimət olaraq götürdüyü eksponatlar əsasında hazırlanan “Boş qalan papaqlar” adlı kolleksiyasına baxış […]

Milli Mətbuat və Jurnalistika Günü münasibətilə Mingəçevirdə fəaliyyət göstərən mətbuat işçiləri ilə gənclərin görüşü keçirilib

  “Mingəçevir işıqları” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Fərman Nəbiyev, data.org.az saytının redaktoru Yeganə Nəbiyeva, “Alpaninfo” və “Yeniavaz” saytlarının bölgə müxbiri Esmira Hidayətovanın iştirak etdiyi görüşdə gənclərə milli mətbuatımızın yaranması, keçdiyi çətin və keşməkeşli inkişaf yolu ilə bağlı məlumat verilib. Mətbuatın cəmiyyətin güzgüsü olduğunu deyən mətbuat işçiləri jurnalistika sahəsinin çətinlikləri önə çəkib və informasiyanı xalqa […]

Fərman Nəbiyev: “Mingəçevirdə demokratiya qalib gəldi”

İyulun 20-də Mingəçevir şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın ilk iclası keçirilib. Şuranın sədri vəzifəsinə “Mingəçevir işıqları” qəzetinin baş redaktoru Fərman Nəbiyev və “Şəhər Veteranları Şurası”nın sədr müavini Rizvan Mikayıllının namizədlikləri irəli sürülüb. Tərəflər hər iki şəxsin üstün cəhətlərini təqdim etməyə çalışıblar. Gərgin mübarizə şəraitində  keçən prosesə məsafədən qatılan “Kanal-32” Media şəbəkəsinin baş direktoru İnqilab […]

Mingəçevir Meksikanın 60 min əhalisi olan şəhəri ilə qardaşlaşır

Səfiri qəbul edən Mingəçevir İcra Hakimiyyətinin başçısı İlham İsmayılov şəhərin keçmişi və bu günü, idman, təhsil və mədəni həyatı, turizm imkanları barədə  məlumat verib. Eyni zamanda 90-cı illərdə Azərbaycan torpaqlarının erməni təcavüzkarları tərəfindən işğalı zamanı yurd-yuvalarından didərgin düşənlərin 20 mindən çoxunun Mingəçevirdə məskunlaşdığını, 2-ci Qarabağ Müharibəsi zamanı Mingəçevirin də raket hücumlarına məruz qaldığını diqqətə çatdırıb. […]

Mingəçevirdə İctimai Şuraya 9 yer uğrunda 13 nəfər mübarizə apardı

2022-ci il iyulun 16-da Mingəçevir şəhər İcra Hakimiyyəti yanında İctimai Şuraya seçkilər keçirilib. Səhər saat 10.15-də başlayan və 12.15-dək davam edən seçkilərdə 9 yer uğrunda 13 namizəd mübarizə aparıb.  Onlara 138 nəfər səs verib. Seçki komissiyasının sədri, Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının müavini Hikmət Kərimov bildirib ki, bütün proses vətəndaş cəmiyyəti nümayəndələrinin gözü qarşısında şəffaf […]

14 şəhər və rayonun gəncləri bir arada

Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə həyata keçirilən “Gənclər Təşkilatlarının Fəaliyyətlərinin Dəstəklənməsi” proqramı çərçivəsində Azərbaycan Skautlar Assosiasiyası İctimai Birliyi, Biləsuvar Yeniyetmə və Gəncləri İctimai Birliyi, Dünya Gənc Türk Yazarlar Birliyi, Gəncliyə Dəstək İctimai Birliyi, Gənc Vətənpərvərlər İctimai Birliyi, Gənclərin Töhfəsi İctimai Birliyi, Gələcəyə Körpü Gənclər İctimai Birliyi, […]

Murov qartalı Raquf Orucovun xatirəsi yad edilib

Ağdaş rayon Gənclər və İdman İdarəsinin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağdaş nümayəndəliyinin və Ağdaş İntellektual Klubunun birgə təşkilatçılığı ilə regionun intellektual gəncləri arasında “Nə? Harada? Nə zaman?” formatında yarış keçirilib. Aprel döyüşləri şəhidi, polkovnik-leytenant Raquf Orucovun anadan olmasının 50-ci ildönümünə həsr olunmuş yarışda 12 komanda mübarizə aparıb. Yarışın qalibi 14 xalla Ağdaş rayonunun “AİK” […]