Browsing category

Cəmiyyət

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağdaş nümayəndəliyi müxtəlif təlimlər və klub fəaliyyətləri həyata keçirir

Təlimçilər Sevinc Məmmədova, Coşqun İsmayılov, Taleh Həsənli, Samir Abdullayev gənclərlə öz biliklərini bölüşüb, onlara karyera istiqamətində töhfələrini veriblər. Təlimlər  “UNİCEF”in Azərbaycandakı nümayəndəliyinin tərəfdaşlığı ilə həyata keçirilən “Əsas Həyat Bacarıqları”, Göyçay-Ağdaş KOB İnkişaf Mərkəzinin “Maliyyə savadlılığı”, karyera planlaması üzrə “Mənim peşəm, mənim gələcəyimdir”, gənclərin motivasiyası üçün isə “Mənim hekayəm” mövzularında olub. Həmçinin aprel ayı ərzində klub […]

Tərbiyə, yoxsa təlim…

Gəlin özümüzü və bir-birimizi aldatmayaq, tərbiyə məsələsi bizdə heç cür alınmır. Tərbiyənin nə məna ifadə etdiyini heç kim doğru-düzgün anlamır, ona görə də İllərdir ki, bu sözün yaratdığı yanlışlar ilə heç nəyə nail ola bilmirik. Deyəcəksiniz ki, onda uşaqlara tərbiyə verməyək, hər kəs bildiyini eləsin? Onsuz da belə deyilmi, hər kəs istədiyi kimi özbaşınalıqlar etmirmi? […]

Mingəçevir Gəncləri 1 yaşında

Konfransda şəhər rəsmiləri, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Mərkəzi Aparatının və nümayəndəliklərinin əməkdaşları, nümayəndəliyin Gənc Könülləri və şəhərin aktiv gəncləri iştirak edib. Konfrans istedadlı gənclərimizin sintez etdikləri musiqinin ifa olunması ilə başlayıb. Mərkəzimizin direktoru Vüsal Mahmudov konfrans iştirakçılarına 1il ərzində həyata keçirilən layihə və tədbirlər haqqında geniş məlumat verib. Konfransda şəhər rəsmiləri GİKM-in Mingəçevir nümayəndəliyinin […]

QAYIDIŞA APARAN CIĞIR

1.ÜMUMİ MƏLUMAT 1988-1992-ci illərdə Ermənistan silahlı qüvvələrinin ölkəmizə hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi – keçmiş Dağlıq Qarabağ, eləcə də ona bitişik olan 7 rayonun (Ağdam, Füzuli, Laçın, Qubadlı, Cəbrayıl, Zəngilan və Kəlbəcər) ərazisi işğal olunub, bir milyona yaxın soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Onlar respublikanın 62 şəhər və rayonunda, 1600-dən çox […]

Jurnalist Zahir Əmənov azadlığa buraxıldı

Masallıda saxlanılan jurnalist Zahir Əmənov azadlığa buraxılıb. APA xəbər verir ki, onun barəsində polis nəzarətinə verilmə tədbiri seçilib. Aprelin 13-də Masallı Rayon İcra Hakimiyyətinin Sığdaş kənd ərazisi üzrə nümayəndəsi İsrafil Əliyev rayon Polis Şöbəsinə müraciət edərək bildirmişdi ki, həmin gün “cənub.az” internet saytının rəhbəri Zahir Əmənov övladının səs yazısını sosial şəbəkələrdə yayacağı ilə hədələyərək, ondan 1500 manat […]

Sona Ağayeva: “Evdən çıxın, nəyi bacarırsınızsa edin”

Ağayeva Sona İsmayıl qızı 1993 cü il iyul ayının 14-də  Sabirabad rayonun Əliləmbəyli kəndində anadan olub. Kənd həyatı ona bir çox çətinliklər yaşatdırıb. Sağlam doğulmasına baxmayaraq, həkimlərin səhvi nəticəsində serebral iflic xəstəliyinə məhkum olub və 4-cü sinifdən ev “dustağına” çevrilib. Sona deyir ki, uşaqların toplu halda məktəbə getdiyini görəndə çox üzülürdü: “Kaş onların sırasında mən […]

“Aran”ın Bakıda yekun tədbiri oldu

“Aran” Uşaqların Sağlam Gələcəyi İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Vətən müharibəsi şəhidlərinin adlarının əbədiləşdirilməsi, Vətən müharibəsi iştirakçılarının tanıdılması, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində tədbirlərin təşkili” layihəsinə aprelin 12-də Bakının “Anatoliya” otelində keçirdiyi “dəyirmi masa”a ilə yekun vurub. Tədbirdə paytaxtı ilə yanaşı Gəncə, Cəlilabad, Lerik, Salyan, […]

Taleh Yüzbəyov Mingəçevirdə gənclərin qonağı oldu

“Bizdən sonra siz” layihəsi çərçivəsində sevilən aktyor, ssenarist və rejissor Taleh Yüzbəyov Mingəçevirdə Gənclərin İnkişaf və Karyera Mərkəzinin qonağı olub. O, Heydər Əliyevin irsini əks etdirən eksponatlarla tanış olub. Ona gənc yazar Emil Xanlarovun 44 günlük Vətən müharibəsindən bəhs edən “Xalqın xidmətçisi – Dəmir Yumruq” kitabı  hədiyyə edilib. 200-dən çox gəncin iştirakı ilə keçirilən görüş […]

Sumqayıt Şəhidlər Xiyabanında unudulmaz gün

Kimyaçılar şəhərinə qədəm qoyan “Aran” Uşaqların Sağlam Gələcəyi İctimai Birliyi əbədiyyətə qovuşan döyüşçü və zabitlərimizin şərəfinə salınmış  ünvana özləri ilə “Qələbə Şəhidləri” kitablarını da gətirmişdilər. Kitabın əl-əl gəzməsi, 70-ə yaxın şəhid valideyninin, onların ailə üzvlərinin keçirdikləri hiss-həyəcan və duyğuları onların simasından oxumaq çətin deyildi. Həmin gün havanın sərt küləkli olması Şəhidlər xiyabanına toplaşanlar üçün heç […]