Browsing category

Cəmiyyət

Mingəçevirdə 800 nəfərin ailəsinə qurban payı göndərilib

İyulun 9-da səhər 9 radələrində Mingəçevirin Sağ sahil qəsəbəsindəki kəski məntəqəsinin qarşısına ictimaiyyət nümayəndələri toplaşıb. Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Qurban bayram münasibətlə təbriklərini çatdırıb. Heydər Məscidinin imamı dua oxuduqdan sonra qurbanlıq üçün seçilən heyvanların kəsiminə başlanıb. Mingəçevir Bələdiyyəsinin sədri Ramiz Əliyevin dediyinə görə, İcra Hakimiyyətinin təşəbbüsü və Bələdiyyənin maliyyə vəsaiti ilə  gerçəkləşən mərasimin […]

Ağdaş gəncləri “Əsas Həyat Bacarıqları”na yiyələndilər

Ağdaş gəncləri “Əsas Həyat Bacarıqları” təlim paketini uğurla başa çatdırıblar. 2 ay ərzində 16 dərsdən ibarət təlim paketində iştirakçılar “Stresin idarə olunması”, “Dinləmə bacarıqları”, “Empatiya” kimi mövzuları öyrənib, məsuliyyətli olmaq, özünü idarə etmək, diqqətlə dinləmək kimi bacarıqlara yiyələniblər. Təlimçi Sevinc Məmmədova onlara bu istiqamətlərdə məlumatlar verib, müxtəlif enercayzerdən və innovativ metodlardan istifadə edib. Təlimin sonunda […]

Nə yaxşı ki… və yaxud axı niyə?

Bu ölkədə hər rayon üzrə mənim “qardaşım” deyə biləcəyim ən azı bir (elə rayon var, üçdü-beşdi, hətta ailəlikcə, bir neçə ailə) şərəfli, ləyaqətli, mübariz AZƏRBAYCANLI kimi tanıdıqlarım var! Onlardan birinin ad günüdür sabah – 27 iyun 2022-ci ildə əziz dostum, başından qəzavü-qədərlər əskik olmayan Zahir Əmənovun 70 yaşı tamam olur. Gözləmədim ki, onun yaşını mənə […]

40-dan çox gənclər təşkilatının üzvləri bir-bilərini daha yaxından tanıya bildilər

Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) təşkilatçılığı ilə 25-28 iyun tarixlərində Lənkəran şəhərində 40-dan çox gənclər təşkilatının layihə menecerlərinin iştirakı ilə “Gənclərlə iş üzrə menecerlərin inkişaf proqramı” layihəsi həyata keçirilib. Məlumat üçün bildirək ki, gənclər təşkilatlarının layihələr üzrə menecerlərinin iştirakçısı olduğu proqramın əsas məqsədi seminar və sessiyalar vasitəsi […]

Yay Məktəbi artıq 5-ci dəfə Azərbaycanda təşkil olunacaq

2-4 avqust 2022-ci il tarixində Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi Azərbaycan regionlarının birində Avropa Məktəbini (EuroSchool) keçirdəcək. Ümumilikdə, Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi və Aİ-nin “EU NEIGHBOURS east” kommunikasiya layihəsinin dəstəklədiyi EuroSchool-da iştirak etmək üçün ölkənin hər yerindən 18-25 yaş arası 18 gənc şəxs seçiləcək. Beynəlxalq təlimçilərin iştirakı ilə 3 gün davam edəcək tədbirdə Avropa […]

Gənclər arasında “Nə? Harada? Nə zaman?” formatında intellektual yarış

Mingəçevir şəhər Gənclər və İdman İdarəsi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Mingəçevir nümayəndəliyi və Mingəçevir Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə gülqoyma mərasimi və dəyirmi masa ətrafında görüş təşkil edilib. Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyan əməkdaş və gənclər daha sonra dəyirmi masa ətrafında milli qurtuluşdan başlanan yolda əldə edilən […]

“İntellektual klubların gənclər liqası”nın zona finalında Bərdə komandası qalib oldu

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Mingəçevir nümayəndəliyinin təşkilati dəstəyi ilə Mingəçevir, Ağcabədi, Ağdaş, Ağdam, Bərdə, Yevlax, Zərdab, Tərtər regionları arasında baş tutan seçim turunda 14 komandada 80-dən çox gənc iştirak edərək, öz intellektlərini yarışdırıb və finala vəsiqə qazanmaq uğrunda mübarizə aparıb. Bərdəni təmsil edən “Hərum” komandası daha çox suala doğru cavab verərək, zonanın qalibi olub […]

Dünya gülüşünüzlə bəzənsin

Mingəçevir Uşaq – Gənclər İnkişaf Mərkəzinin təşkil etdiyi tədbir dərnək üzvlərinin “Dostluq” parkında asfalt üzərində çəkdikləri rəsmlərə baxışla başladı. İcra Hakimiyyətinin başçısı İlham İsmayılov və hüquq-mühafizə orqanlarının rəhbərləri uşaqların ürək sözlərini dinlədilər. Bayram şənliyi parkdakı yay səhnəsində davam etdi. Burada qazi və şəhid ailələrinin uşaqları üçün konsert proqramı düzənləndi. İH-nın başçısı İ.İsmayılov qazi və şəhid […]

STP sağlamlığı məhdud uşaqları sevindirdi

STP Şirkətlər Qrupu 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar 2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün Sosial Xidmət Müəssisəsinə üz tutub. STP nümayəndələri buradakı uşaqların sosiallaşmasına dəstək əlaməti olaraq mayın 30-unda müəssisədəki 15 uşaq üçün “Uşaqlar gələcəyimizdir!” şüarı altında yarım günlük gəzinti təşkil edib. Şirkətin Kommunikasiya / İctimaiyyətlə əlaqələr üzrə meneceri Rəşad Əliyevin […]

Vətən müharibəsi şəhidinin doğum günü – qəhrəmanlıqda Babək zirvəsi

Mayın 30-u ömrümüzün unudulmaz günlərindən birinə çevrildi. “Aran” Uşaqlarının Sağlam İctimai Birliyinin təşəbbüsü ilə hazırlanmış “Qələbə Şəhidləri” kitabının üçüncü cildinin 148-ci səhifəsində özünə əbədi yer eləmiş Babək Bəxtiyar oğlu Allahverdiyevi anmaq üçün əvvəl İkinci Fəxri Xiyabana təşrif gətirdik. Sonra tədbir Heydər Əliyev adına Xırdalan Şəhər Mərkəzində davam etdirildi. Şəhidimiz adına layiq qəhrəmanlardan idi. O, həyatı […]