Browsing category

Cəmiyyət

“Bircə ayağı qalmışdı…” – HƏRBİ HƏKİM MÜHARİBƏDƏN DANIŞIR

Ürəyi vətən sevgisi və insana mərhəmət hissi ilə döyünən Həkim-cərrah! Bəli, mingəçevirli həkim-cərrah Kərim Laçın oğlu Kərimovu yaşadığı şəhərin insanları da, çiyin-çiyinə vuruşduğu döyüş yoldaşları da belə tanıyır. O, 44 günlük Vətən savaşının ilk günlərindən etibarən əlinə silah alıb, könüllü olaraq vətənin müdafiəsinə yola düşüb. Əslində bu Kərim Kərimovun ilk vətənpərvər addımı deyildi. O həm […]

Mingəçevirli rəssamlar Zəfər Gününədək 63 şəhidin portretini çəkdilər

Noyabrın 5-də Mingəçevir şəhər Rəsm Qalereyasında rəssam Rəfael Haşımovun qeyri-adi yaradıcılıq sərgisi açılıb. Burada Qarabağ Müharibəsində şəhidlik zirvəsinə ucalan 63 igidin portreti sərgilənib. Onların 56-sı Azərbaycanın Əməkdar rəssamı, MDDT-nın işçisi Rafael Haşımova, 7-si isə Mingəçevir Uşaq Gənclər İnkişaf Mərkəzinin əməkdaşı Abdulla Məmmədova məxsusdur. Rəssam Rafael Haşımov dedi ki, Zəfər Gününə kimi daha çox şəhid qəhrəmanın […]

Məktəblilər Şəhidlər Xiyabanında

Mingəçevirdəki 19 saylı tam orta məktəbin 5c sinif şagirdləri Zəfər Günü ərəfəsində Şəhidlər Xiyabanını ziyarət ediblər. Onlar məzarların üzərinə gül dəstəsi qoyub, şəhidlərin xatirəsinə şeirlər söyləyiblər. Şagirdlərdən Fidan Əhmədli, Elmir Məmmədli, Xədicə Musayeva, Tunar Alıcanlı, Aynur Feyzullayeva və Aysu bacıları, Yusif Cavarlı, İntiqam Musazadə, Nigar İsrafilova, Fərid Rəcəbli, Ayşən Əşrəfova, Turan Mustafayev öz çıxışlarını Böyük Zəfərə, […]

“Məqsədimiz Ağdaş gənclərinə karyera inkişafında kömək olmaqdır”

Ağdaş nümayəndəliyi gənclərə xidmət göstərən qurumdur. Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağdaş nümayəndəliyi 2021-ci il may ayından etibarən fəaliyyət göstərir. Bu müddət ərzində onlarla layihələr həyata keçirilib, təlimlər aparılıb, silsilə klub fəaliyyətləri icra olunub. Rayon ərazisindən və kəndlərdən gələn gənclərin vaxtlarını səmərəli keçirmələri üçün bu məkanda imkanlar genişdir. Belə ki, gənclər yeni dostlar qazanaraq sosial […]

STP-nin Zəfər Ağacı abidəsi Zəfər yarmarkasında nümayiş olunur

STP Şirkətlər qrupu Böyük qələbəmizdən sonra ilk dəfə qeyd etdiyimiz  8 noyabr, Zəfər Günü münasibətilə Zəfər ağacı abidəsi hazırlayıb. Abidə 44 günlük Vətən müharibəsində canından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsini əbədiləşdirmək məqsədi daşıyır. Zəfər ağacı paslanmaya davamlı metaldan hazırlanmış gövdə və budaqlardan, həmçinin budaqlardan asılmış şəhidlərimizin adları yazılmış  3000 metal hərbi adlıqlardan ibarətdir.  Ağacın hündürlüyü  […]

Atiq İbrahimovun məzarı yenə çiçək yağışına büründü

Oktyabrın 17-də Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının baş  həkimi Eldar Kərimov başda olmaqla bir qrup səhiyyə işçisi, o cümlədən şəhidin anası Gülüş İbrahimovanın çalışdığı Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları xiyabanda uyuyan şəhid Atiq Ariz oğlu İbrahimovun şəhadətə qovuşmasının bir illiyi münasibətilə məzarını ziyarətə gəliblər. Ziyarətçilər məzar önünə əklil qoyub, onu çiçək yağışına bürüyüblər. Azərbaycan Ordusunun Zəfər […]

Almaniyalı jurnalistlər Mingəçevirin tarixi ilə maraqlanıb, alman qəbiristanlığına səfər ediblər

Tarix muzeyinin direktoru Nofər Məmmədəliyev qonaqlara Mingəçevirin qədim yaşayış məskəni olduğunu, son illərədək aparılan qazıntılar zamanı aşkarlanan insan və məişət avadanlıqlarının qalıqları, qədim Qarabağ xalçası və digər məlumatları verib. O, qonaqlara Villi Deşşin əl yazması olan xatirələr kitabını göstərib: “1943-ci ildə Stalinqrad cəbhəsində mühasirəyə düşən 100 minlik alman ordusunun 10 min əsgəri Mingəçevir su anbarının […]

“Unibank”a borcu olan kişi özünü körpüdən çaya atdı – FOTO

“Unibank”a borcu olan  58 yaşlı Mingəçevir sakini özünü körpüdən çaya atıb. Unikal.org-un əldə etdiyi məlumata görə, hadisə şəhərin əsas nəqliyyat körpüsü üzərində baş verib. Belə ki,  58 yaşlı şəhər sakini Əlövsət Əhmədov  insanların gözü önündə özünü körpüdən Kür çayına atıb. Batmaq üzrə olan kişi son anda qayıqçılar Azər Müseyibov və Toğrul Rəhimli tərəfindən xilas edilərək sahilə […]

Elman Abuşov Vətən müharibəsinin cəsur iştirakçılarından biridir

44 günlük Vətən Müharibəsi həm də Azərbaycan xalqına özünə və gücünə daha yaxından bələd olmaq şansı yaratdı. Müharibə dövründə hətta elə oldu ki, ailənin bir neçə övladı könüllü döyüşlərə qatıldı, qəhrəmanlığı ilə hər kəsi heyran etdi. Örnək qəhrəmanlıq nümunəsindən biri də Mingəçevirli Abuşovlar ailəsidir. Zəfər döyüşlərinin cəsur iştirakçılarından biri olan Elman Abuşov ailəsinin vətənpərvər ənənələrini […]

Vətən üçün oğul böyüdənlər Mingəçevir Turizm Kollecində

Mingəçevir Turizm Kollecinin kollektivi şəhid valideynləri və İkinci Qarabağ müharibəsi qaziləri ilə birgə ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarını fəda edən, erməni işğalçıları ilə döyüşlərdə şəhid olan qəhrəman Vətən övladlarının xatirəsini yad etmək üçün Şəhidlər Xiyabanına gəlib, onların məzarları üzərinə tər qərənfillər düzüblər. Bundan sonra mərasim kollecin akt zalında davam edib. Dövlət Himnimizin ifasından […]