Browsing category

Cəmiyyət

Mingəçevirdə izdihamlı anım günü

Mingəçevir Şəhidlər Xiyabanı sentyabrın 27-də izdihamlı Anım gününü yaşadı. Ümumşəhər mərasimində şəhidlərin ruhuna dualar oxunduqdan sonra onların canı və qanı bahasına,  qazilərimizin şücaəti sayəsində qazanılan qələbədən danışıldı. Bildirildi ki, bu gün Mingəçevir Şəhidlər Xiyabanında uyuyan igidlərimizin 51-i ikinci Qarabağ döyüşlərində ucalığın zirvəsinə qalxan oğullarımızdır. Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, “N” saylı hərbi hissənin […]

Şəhid ailələrinin yaşadıqları məhəllələrdə sərv ağacları əklidi

2021-ci il sentyabrın 25-də Mingəçevirdə şəhidlərimizin xatirəsinə ağackmə aksiyası keçirilib. Şəhid valideynlərinin iştirakilə dörd  şəhidin yaşamış olduğu məhəllədə və Mingəçevir yüksək Texnologiyalar Parkının  arxasındakı ərazidə ağac əkmə prosesinə yerli İcra Hakimiyyətinin, Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin, digər dövlət qurumlarının nümayəndələri və YAP Gənclər  Birliyinin könüllüləri qatılıblar. İH-nin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin […]

“Gənc qazilər” qazi övladlarına məktəb ləvazimatları hədiyyə etdilər

“Qarabağ Qaziləri” İctimai Birliyi nəzdində fəaliyyət göstərən “Gənc qazilər” təşkilatının Mingəçevir filialı yeni dərs ili ərəfəsində qazi övladlarını sevindirib. Onlar iş adamı Hacı Vüsal Əlibəylinin maddi dəstəyi 45 qazi ailəsinin hər birinə 18 adda məktəbli ləvazimatını hədiyyə ediblər. Mingəçevir Gənclər Evində baş tutan tədbirdə filialın rəhbəri, 12 saylı məktəbin hərbi hazırlıq müəllimi  Namiq İbrahimli uşaqlara […]

Mingəçevirdə “Vətən fədailəri” abidəsi ucaldılıb

Vətən müharibəsində qazanılan möhtəşəm zəfərdə pay sahibi olanların xatirəsini əbədiləşdirmək üçün ölkədə ilk dəfə Mingəçevir kəndi yaşayış massivində “Vətən fədailəri” abidəsi ucaldılıb. Bu təşəbbüsün təşkilatçılarından olan kənd sakini  Ehtibar Əhmədov  açılış mərasimində deyib ki, hər bir vətəndaşın bu zəfəri yaşadan igid oğullarımıza borcu var: “ Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov bu təşəbbüsü tariximiz […]

Media əlillilyi olan qadınlara və Qarabağ müharibəsi veteranlarına diqqəti artırır

Azərbaycan hökumətinin beynəlxalq təşkilatla birlikdə icra etdiyi  “Əlilliyi olan qadınların və Qarabağ müharibəsi veteranlarının hüquqlarının və rifahının təmin edilməsi” layihəsinə yekun vurulub  Media kampaniyası çərçivəsində layihənin həyata keçirildiyi Bakı, Salyan və Masallı rayonlarında yaşayan 50 nəfər əlilliyi olan qadın, Qarabağ müharibəsi veteranı və media nümayəndələrindən ibarət birgə qruplar formalaşdırılıb və 2021-ci ilin aprel ayında həmin […]

Mingəçevir Bələdiyyəsi iki şəhid bulağının inşasını öhdəsinə götürüb

Bələdiyyənin təşəbbüsü və vəsaiti ilə şəhid Məmmədli Məhəmməd Murad oğlunun və şəhid qardaşları Musa və Tural Tapdıq oğlu Həsənovların xatirə bulaq kompleksləri inşa olunub. Mingəçevir Bələdiyyəsi növbəti sosial layihəsinin icrasını başa çatdırıb. Bələdiyyənin təşəbbüsü ilə şəhid Məmmədli Məhəmməd Murad oğlunun xatirəsinə vaxtilə yaşadığı əraziyə yaxın yerdə müasir dizayn və işıqlandırma sistemi ilə qurulan bulaq kompleksi […]

Sən nə düşünürsən…

“Nə düşünürsən? “, “Bu haqda fikrin nədir?”, “ Sizinlə məsləhət etmək istəyirəm!” və sair…Bu yaxınlarda kimə belə müraciət etmisiniz? Əgər bu suala cavabınız müsbətdirsə, o zaman yazını oxumağa davam edin. Müsbət deyilsə, yenə oxuyun, çünki ən azından bunun nə qədər vacib olduğunu birlikdə aydınlaşdıra bilərik. Birinin bizim haqqımızda, ya da yaxşı tanıdığınız başqa biri haqqında […]