Browsing category

Cəmiyyət

QHT-lərə Dövlət Dəstəyi Agentliyi hansı zərurətdən yarandı və ondan gözləntilərimiz nədir?

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin hansı zərurətdən yarandı? ELTV-nin “İndiki zaman” verilişində bu və digər suallar ətrafında müzakirə aparıldı. İnqilab Şirinbəylinin aparıcı olduğu verilişdə yeni Agentliyin Müşahidə Şurasının üzvü, Humanitar Tədqiqatlar İctimai Birliyinin sədri Əvəz Həsənov, Mingəçevir Valideynlər Assosiasiyasının prezidenti Fərman Nəbiyev və “EkoTES” İB-nin sədri Çingiz Nəzərov fikirlərini bölüşdülər.

Türkiyənin Qazi Universitetinin rektoru Mingəçevirdə

Ankara şəhərində yerləşən Qazi Universitetinin rektoru Musa Yıldızın başçılıq etdiyi nümayəndə heyəti bu gün mayın 22-də Mingəçevirə səfər edib. Heydər Əliyevin abidəsinin ziyarətindən sonra qonaqlar yerli İcra Hakimiyyətində qəbul olunub. İcra Hakimiyyətinin başçısı İlham İsmayılov şəhərin dünəni və bu günü, xüsusən turizm potensialı, Türkiyənin Gölbaşı və Qars bölgələri ilə qardaşlaşması barədə danışıb. Başçı Türkiyənin həmişə, […]

Dr. Jelisaveta Blagojevic: “Dünyanı dəyişmək istəyiriksə, ilk olaraq özümüzdən başlamalıyıq”

Mayın 20 və 21-də Avropa Şurası və AŞ-ın Bakı Ofisinin dəstəyilə Azərbaycan mediasında gender bərabərliyi və digər etik standartların təşviqi layihəsi şərçivəsində iki günlük onlayn təlim baş tutub. “Gender-əsaslı zorakılıq hallarının işıqlandırılması zamanı jurnalistlər üçün etik standartlar” mövzusunda təlimə müxtəlif media orqanlarından nümayəndələr qatılıb. Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, AŞ-ın Bakı Ofisinin nümayəndəsi Vüsal […]

Atiq bulağından su içənlər onu 30 yaşındakı kimi sevəcək və sevdirəcəklər

Atiq İbrahimov İkinci Qarabağ Müharibəsində şəhid olmuş qəhrəmanlarımızdan biridir. 1990-cı ildə anadan olub. 2008-ci ildə Mingəçevir Türk Liseyini bitirib. Türkiyənin Akdeniz və Ukraynanın Xarkov Beynəlxalq Universitetində təhsil alıb. Hərbi borcunu yerinə yetirdikdən sonra “Azərişıq” ASC-nin “Mərkəzi Aran” Regional Enerji Təchizatı və Satışı İdarəsinin Ağdaş şəbəkəsində satış şöbəsinin nəzarətçi mühəndisi işləyib. Dəfələrlə enerji borcunu ödəyə bilməyən […]

Əslən Şuşadan olan Əzəmi Hüseynov mayın 8-də bulaq kimi çağladı

Əzəmi Əli oğlu Hüseynov 29 avqust 1992-ci ildə  Mingəçevir şəhərində doğulub. Əsli Şuşadandır. 1999-2010-cu illərdə şəhərdəki 14 nömrəli tam orta məktəbdə  və 2010-2014-cü illərdə Mingəçevir Dövlət Universitetində təhsil alıb. 2014-2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarıda müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun çavuşu olan Əzəmi […]

Avropa İttifaqının “KƏNDİMİZ”ə “səyahəti”

Mayın 7-də Aİ-nin Azərbaycandakı Nümayəndəliyi Azərbaycanda kənd yerləri və regionların inkişafına göstərilən dəstək barədə media nümayəndələri üçün onlayn formatda təqdimat keçirib. Təqdimat “Kəndimiz” kampaniyası çərçivəsində baş tutub.  Kampaniyanın məqsədi Azərbaycanın regionlarının sosial-iqtisadi inkişafına töhfə verən, regionlarda yaşayanlar üçün yeni iş imkanlarının yaradılmasını, mikrosahibkarlığı, kiçik ailə biznesini dəstəkləyən, yerli biomüxtəlifliyi qorunmasına yönələn və s. istiqamətlərdə görülən […]

“Qələbə Şəhidləri” Mingəçevirə gəldi

Xəbər verdiyimiz kimi, bir qrup ziyalı ölməzliyə qovuşan şəhidlərimizin xatirəsini əbədiləşdirmək üçün  “Qələbə şəhidləri” adlı silsilə kitabların  nəşrinə başlayıb. “Radius” mətbəəsində işıq üzü görən kitabın 1 və 2-ci cildləri artıq geniş oxucu kütləsinə təqdim edilib. Mayın 6-da kitabın müəllifləri Mingəçevirdə olublar. Onlar Şəhidlər Xiyabanına gələrək, 2-ci Qarabağ Müharibəsi şəhidlərinin ailə üzvlərinə baş çəkib, torpaqlarımızın azadlığı […]

Şəhid Pərviz Tağıyev Mingəçevirdə torpağa tapşırıldı

İkinci Qarabağ Müharibəsində şəhid olan hərbi qulluqçu, kiçik çavuş Tağıyev Pərviz Hafiz oğlunun nəşi mayın 5-də Mingəçevir şəhərinə, yaşadığı evə gətirilib və onunla vida mərasimi keçirilib. Vida mərasimində dövlət qurumlarının və  ictimaiyyətin  nümayəndələri, eyni zamanda hərbçilər iştirak ediblər. 1990-cı il təvəllüdlü şəhər sakini Tağıyev Pərviz Hafiz oğlu 7 ay əvvəl Tərtərin Ağuçuq yüksəkliyi uğrunda gedən […]

Vətən müharibəsində itkin düşmüş daha bir hərbçinin nəşi tapılıb

Vətən müharibəsində itkin düşmüş daha bir hərbçinin nəşi tapılıb. APA-nın Mingəçevir bürosunun məlumatına görə, Vətən müharibəsinin ilk günlərindən itkin düşən və axtarışları davam edən müddətdən artıq xidmət edən hərbi qulluqçu, 1990-cı il təvəllüdlü Mingəçevir sakini Tağıyev Pərviz Hafiz oğlunun nəşi Suqovuşan-Tərtər istiqamətində aşkar edilib. Mingəçevir şəhər İcra Hakimiyyətindən APA-ya bildirilib ki, şəhid bu gün saat 14.00-da Mingəçevir Şəhidlər […]

Beynim fikir emalatxanası kimi…

Beynim fikir emalatxanası kimidir, Dolur bir yığın taraz, nataraz, anlamlı, anlamsız fikirlərlə. Bəzisinin qoxusu, bəzisinin rəngi xoşuma gəlməz, Bəzisinin naməlumluğu qorxudar məni… Amma ələ gəlməz, tutmaq olmaz fikirləri, Nə taxta deyil yonasan, düzəldəsən əyri-üyrüsünü, Siləsən xoşagəlməz rəngini, itirəsən qoxusunu. Nə də dəmir deyil əridib tökəsən qəlibə, salasan lazım olan şəklə. Fikrin qəlibi sözdür, cümlədir. Yaxşı […]