Browsing category

Cəmiyyət

“Ailən sənə dərs keçməsə, həyatdan böyük şapalaqlar alacaqsan”

Müsahibimiz ispan dili müəllimi Albert Espinal Valverde Kataloniyadandır. 31 yaşı var. Barselona Dövlət Universitetində tarix ixtisası üzrə bakalavr və magistr, eyni zamanda  ispan dilinin tədrisi üzrə magistr  təhsili alıb. Bir müddətdir Azərbaycandadır. Məqsədi həm Azərbaycan, həm də rus dillərini öyrənmək, eyni zamanda azərbaycanılılara ispan dilini öyrətməkdir. Biz onunla Mingəçevirə səfəri zamanı   Azərbaycan-İberoamerika Düşüncə Mərkəzinin sədri […]

Yaşasaydı,  20 yaşı olacaqdı…

Torpaqlarımızın bütövlüyü uğurunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Mingəçevir şəhər sakini Məmmədov Vasif Rafael  oğlunun cənnətindəki ilk doğum günü uyuduğu Mingəçevir Şəhidlər Xiyabanında məzarı önündə qeyd olunub. Anım mərasimində ŞİHB aparatının Vətən müharibəsi iştirakçıları və  şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşı Seymur Hidayətov çıxış edib və şəhər İcra Hakimiyyəti başçısı İlham İsmayılovun adından  şəhidin […]

Sapı özümüzdən olan baltaları da tanıyaq

İran məmləkətinin şəxsiyyəti ən çox mübahisə doğuran siyasətçilərdən biri də Mehdiqulu xan Hidayətdir. Xaraktercə həddən artıq qorxaq, ancaq, hiyləgər adam olan Hidayət tez bir zamanda siyasi nərdivanın ən yüksək pilləsinə ucala bilib. Mehdiqulu xan Əliqulu xan oğlu 1863-cü ildə Tehran şəhərində anadan olub. Tarixçi, təzkirəçi, şair, “Lələbaşı” ləqəbi ilə tanınan Rzaqulu xan Hidayətin nəvəsidir. Mehdiqulu […]

Dar ağacı da məşrutəçiləri sındıra bilmədi

Bu sənədli şəkli redaksiyamıza fəal oxucumuz və yazarımız Güləddin İsmayılov ünvanlayıb. Həmin foto rus imperiyasının nəinki öz daxilində, eləcə də qonşu ölkələrdə xalq hərakatlarının yatırılmasında fəal surətdə iştirakını, bir növ beynəlxalq jandarm rolunu oynadığını təsdiqləməkdədir. Dar ağacının da sındıra bilmədiyi bu mübariz insanların – Məşrutə hərakatı iştirakçılarının adları əbədi milli mübarizə salnaməmizə həkk olunub: Şeyx […]

Haqq-ədalət zəfər çaldı

Biz niyə 1-ci Qarabağ savaşında uduzduq? Çünki o vaxt hakimiyyətdə olan AXC və Müsavat ikiliyi torpaqların alınması üçün heç bir iş görməmişdir. Lakin bu gün Ali Baş Komandanın yürütdüyü məqsədyönlü və ağıllı siyasət nəticəsində o tarix təkrarlanmadı və əksinə, xalqın igid sərkərdəsinin başçılığı altında Azərbaycan torpaqlarının hər bir qarışı mənfur düşməndən tam azad olundu. Qızıl […]

Dostlar Təbrizi – 42 il əvvəli xatırladılar

Bu foto Bakı Dövlət Universitetinin dosenti Pərviz Firidun oğlu Kaziminin yubiley mərsimində çəkilmişdi. Onlar elə səmimiyyətlə görüşdülər ki, sanki 100 il idi ayrı düşmüşdülər. Tanışlıqları isə 1979-cu ildə Təbrizdən başlanmışdı. Firidun kişi Azərbaycan Demokrat Firqəsinin orqanı olan “Azərbaycan” qəzetinin 34 ildən sonra yenidən həmin şəhərdə çapının bərpasında iştirak edəcək əsas simalardan biri olacaqdı. Maraqlı taledir. […]

Eldar İbrahimov: “Ağsaqqallar dünənimiz, bu günümüz və sabahımızdır”

Aprelin 15-də Mingəçevir Ağsaqqallar Şurasının növbəti konfransı keçirilib. Şəhər İcra hakimiyyətinin başçısı İlham İsmayılov konfransda çıxış edərək, yaşlı nəslin cəmiyyətin həyatındakı rolundan, gənclərin hərbi-vətənpərvərlik tərbiyəsindən, xüsusən 44 günlük 2-ci Qarabağ müharibəsində Ali Baş komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun zəfər yürüşündən danışıb. Şəhidlərin və dünyasını dəyişmiş yaşlıların xatirəsi bir dəqiqəlik sükutla yad edirlikdən sonra iştirakçılara […]

Piyadaların yol hərəkəti qaydalarına əməl etmələrini yoxlamaq üçün reyd keçirilib

Mingəçevir Şəhər Polis şöbəsinin Dövlət Yol Polisi bölməsi növbəti dəfə piyadaların yol hərəkəti qaydalarına əməl etmələrini yoxlamaq üçün reyd keçirib. Reyd şəhərin piyada axınının intensiv olduğu küçə və prospektlərdə təşkil olunub. Reyd zamanı mövcud keçidlərdən istifadə etməyərək, öz həyatları ilə bərabər digər hərəkət iştirakçılarına da ciddi təhlükə yaradan piyadalar saxlanılıb. Onlarla maarifləndirici söhbətlər aparılıb,  yol […]

Əkilən ağaclara Qələbə simvoluna çevrilən Xarı bülbül emblemi bağlanıb

Mingəçevir şəhər Təhsil Şöbəsi və Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşəbbüsü ilə orta məktəblərin həyətyani sahələrində şəhidlərin adlarını əbədiləşdirmək məqsədilə keçirilən ağacəkmə aksiyası aprelin 7-də 16 saylı məktəbdə davam edib. Məktəbin direktoru Sevinc Həsənova deyib ki, əkilən ağaclara Qələbə simvoluna çevrilən Xarı bülbül emblemi bağlanıb: “Vətən savaşında, minlərlə şəhid verdik. Düşmənə boyun əyməyən şəhidlərimizin adlarını bu və […]

Köçkün məktəbi

Köçkün məktəbi deyirik adına, amma bir gecəqondu…Kimsəsiz, bəzən gözdən uzaq, ya da qanunla kiminsə sahib çıxmadığı yerlərdə tikilən gecəqondu kimi. Əvvəli çarəsizlikdən yaranıb, sonrası isə, sonrası da elə bunun davamı. Bəziləri bura otaq artırıb, döşəməsinə, tavanına yamaq vurub. Sonra o biri gəlib başqa “əlavələr” edib, əməlli-başlı yükləyib bu bəxtsiz, kimsəsiz evləri. Başqa biri gəlib kirayənişinlərin […]