Browsing yearly archive

2025

Çin süni intellektlə idarə olunan savaş robotları hazırlayır?

Son günlər sosial şəbəkələrdə Çinin “savaş robotları” hazırlaması ilə bağlı yayılan videolar zərbə qüvvəsi, sürətli hərəkət imkanları və silahla təchiz olunmuş humanoid qurğuların görüntülərini nümayiş etdirir. Bu videolar tez bir zamanda müzakirələrə səbəb olub və Çinin yeni nəsil süni intellekt əsaslı hərbi texnologiyalar yaratdığı iddiası gündəmə gəlib. Lakin araşdırmalar göstərir ki, yayılan görüntülərin böyük hissəsi […]

Xəzərdə ekoloji nəzarət gücləndirildi

Neftçala Xətt Polis Bölməsinin əməkdaşları ekoloji cinayətlərin qarşısını almaq məqsədilə keçirilən tədbirlər çərçivəsində qanunsuz balıq ovu ilə məşğul olan R.Musayevi saxlayıb. DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, şəxsin üzərindən “Yamaha” mühərrikli motorla təchiz edilmiş qayıq, sintetik tor, ov alətləri və qanunsuz olaraq tutulmuş müxtəlif növ balıqlar götürülüb. Faktla bağlı araşdırmalar davam edir.

Sabah Bakıda çiskin, bölgələrdə isə qar gözlənilir

Bakıda və Abşeron yarımadasında dekabrın 2-də hava dəyişkən buludlu olacaq, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər saatlarında bəzi yerlərdə çiskinli yağış ehtimalı var. Şimal-qərb küləyi axşam saatlarında müəyyən bölgələrdə güclənəcək. Paytaxtda havanın temperaturu gecə 9-13, gündüz isə 15-18 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi 762 mm-dən 766 mm civə sütununa yüksələcək, […]

İcazə və lisenziyalarla bağlı qaydalara dəyişiklik edildi

Baş nazir Əli Əsədov yeni qərar imzalayıb və həmin qərarla bəzi icazələrin verilməsi, dayandırılması, bərpası və ləğvi barədə vergi və gömrük orqanlarına məlumat göndərilməsi qaydaları yenilənib. Dəyişikliklərə əsasən: Sənaye və texnologiyalar parklarının rezidentləri, operatorları və idarəedici şirkətləri, İnvestisiya təşviqi sənədi olan şirkətlər və fərdi sahibkarlar texnika, avadanlıq, qurğu, xammal və material idxal edəndə bunu təsdiqləyən […]

Pandemiya sonrası yeni gündəm

Türkiyə parlamentində pandemiya dövründə tətbiq edilmiş bəzi cərimələrin əfv olunmasını nəzərdə tutan qanun layihəsinin müzakirəyə çıxarılması digər ölkələrdə də analoji məsələləri gündəmə gətirib. “COVID əfvi” adlandırılan təşəbbüsün Türkiyədə 50-55 min nəfəri əhatə edəcəyi bildirilir. Pandemiya zamanı tətbiq olunan inzibati cərimələrin ləğvi və ya ödənilmiş məbləğlərin geri qaytarılması artıq bir sıra dövlətlərdə praktikaya çevrilib. Beynəlxalq təcrübədə […]

Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov “Gələcəyin Peşələri Sammiti”ndə iştirak edib

28 noyabr 2025-ci il tarixində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə “Gələcəyin Peşələri Sammiti” keçirilib. Əmək bazarında baş verən dəyişikliklərin, yeni peşə və bacarıq tələblərinin, texnologiya və innovasiya trendlərinin iş dünyasına təsirlərinin müzakirəsi, həmçinin təhsil, məşğulluq və işəgötürən tərəfdaşlığı üzrə yeni yanaşmaların təqdim olunması məqsədi daşıyan sammitdə […]

Mingəçevir Dövlət Universitetinin tələbələri universitet-sənaye əməkdaşlığı çərçivəsində “Azərbaycan İES” MMC-də Açıq dərs

“Elm, təhsil və istehsalat – birgə çalışmalıdır”. 2025-ci ilin 3 noyabr tarixində AMEA-nın 80 illik yubileyi münasibətilə keçirilmiş konfransda çıxış edən Prezident İlham Əliyev vurğulayıb ki, “bu gün elmlə istehsal, təhsil və sənaye birləşməli, alimlərin gördüyü tədqiqatlar real iqtisadiyyatın, ölkənin gələcəyinin inkişafına xidmət etməlidir.” Dövlət başçısı dövlət qurumlarını, universitetləri və elmi ictimaiyyəti bu istiqamətdə sıx […]

Narkotikə qarşı əməliyyat

Paytaxtın Qaradağ rayonunda polis tərəfindən keçirilən əməliyyat nəticəsində əvvəllər məhkum olunmuş 42 yaşlı Elşən Kərimov saxlanılıb. Onun üzərindən və avtomobilindən ümumilikdə 10 kiloqram 821 qram heroin, tiryək, həşiş, marixuana, psixotrop metamfetamin və 100 ədəd metadon həbi aşkar olunub. Saxlanılan şəxs ifadəsində bildirib ki, narkotik vasitələri sosial şəbəkədə tanış olduğu İran vətəndaşı vasitəsilə əldə edib və […]

Ağdamda bərpa və yenidənqurma işləri davam edir

Ağdam rayonunun Xıdırlı kəndinə növbəti köç mərhələsi həyata keçirilib. Bu dəfə kəndə 13 ailə, ümumilikdə 48 nəfər köçürülüb. Köç edən ailələr ölkənin müxtəlif bölgələrində müvəqqəti məskunlaşmış şəxslərdir. Beləliklə, Xıdırlı kəndinə qayıdan ailələrin ümumi sayı 568-ə, yəni 2 min 243 nəfərə çatacaq.

Tibb işçiləri üçün yenilik

Azərbaycan Respublikasının Nazirlər Kabineti praktik tibb və əczaçılıq sahəsində fəaliyyət göstərən şəxslərin sertifikasiyası ilə bağlı yeni qaydanı təsdiqləyib. Qaydaya əsasən, sertifikasiya imtahanının iştirak haqqı ali təhsilli tibb işçiləri üçün 35 manat, orta ixtisaslılar üçün isə 25 manat müəyyən edilib. Davamlı peşəkar inkişaf üzrə minimum kredit həcmi isə 5 il ərzində 250 kredit olaraq təsbit olunub. […]