Browsing yearly archive

2025

İranda ekoloji böhran

İranda aylardır davam edən şiddətli quraqlıq nəticəsində bataqlıqların 80 faizi quruyub. İranın Beheşti Universitetinin müəllimi Homan Liaqati bildirib ki, bataqlıqlar böyük ekoloji əhəmiyyət daşıyır və müxtəlif ekosistem xidmətlərini təmin edir. Əgər bu quruma müalicə olunmasa, nəticələri son dərəcə ciddi olacaq.

Kiberpolis əməliyyatı

Sosial şəbəkələrdə qanunsuz onlayn qumar və mərc oyunlarından əldə olunan pul vəsaitlərinin köçürülməsində istifadə edilən bank kartlarının alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı kiberpolis əməliyyatları davam etdirir. Daxili İşlər Nazirliyinin məlumatına görə, Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin keçirdiyi növbəti əməliyyat zamanı bu fəaliyyətlə məşğul olan daha 8 nəfər – Dilqəm Umudov, Nurhəsən Balayev, Sərvər Məmmədov, Zaur […]

Mingəçevirdə söz və sənət bir araya gəldi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Mingəçevir şəhər şəhid Azər Niftəliyev adına Mədəniyyət Mərkəzində yaradıcı şəxslərin və kollektivlərin peşəkar inkişafını dəstəkləmək məqsədilə “Söz, sənət işığında” adlı görüş keçirilib. Tədbiri Mədəniyyət Mərkəzinin direktoru vəzifəsini müvəqqəti icra edən Kəmalə Qurbanova açaraq yazarları salamlayıb və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra o, sözü Mingəçevir […]

Vəkil olmaq istəyənlər üçün yeni mərhələ: Test imtahanı başlayır

Azərbaycan Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil edilən test imtahanında iştirak edəcəklər. DİM-in məlumatına görə, namizədlərin sənəd qəbulu Vəkillər Kollegiyası tərəfindən aparılıb və imtahanda iştirak üçün ümumilikdə 423 nəfər qeydiyyatdan keçib. İmtahan kompüter vasitəsilə elektron formada keçirilir və Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, […]

Azərbaycanda çoxmərtəbəli binalarda qaz mərhələli şəkildə qadağan olunur.

Azərbaycanda 2035-ci ilə qədər çoxmərtəbəli binalarda təbii qazla çalışan avadanlıqların mərhələli şəkildə istifadədən çıxarılması planlaşdırılır. Bu avadanlıqların bərpa olunan elektrik enerjisi ilə işləyən sistemlərlə əvəz olunması “BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası” çərçivəsində hazırlanan “Milli Səviyyədə Müəyyənləşdirilmiş Töhfələr” (NDC 3.0) hesabatında öz əksini tapıb. Sənədə əsasən, binalarda elektriklə işləyən hava-su tipli istilik nasosları və elektrik […]

Uşaqlarda Göz Altı Qızarıqları

Pediatr Aytən İsmayılzadə uşaqların göz altı nahiyəsindəki qızarıqların onların “allergik uşaq” olmasından xəbər verə biləcəyini bildirib. O vurğulayıb ki, bu qızarıqlar böyrəklə bağlı deyil:“Bu uşaqların orqanizmi bədənə yad olan qidalara reaksiya verir. Daha çox şirniyyat, şokolad və paket məhsulları yeyən uşaqlarda müşahidə olunur. Həmçinin qida intoleransında da bu əlamət görünə bilər. Belə ki, bəzi qida […]

Təhsil Haqlarında Yeni Qayda

Elm və Təhsil Nazirliyi tərəfindən elan olunan qrant müsabiqəsinin qalibi olan özəl məktəbəqədər təhsil müəssisələrində Azərbaycan bölməsində təhsil alan uşaqların aylıq təhsil haqqı valideyn tərəfindən ödənəcək. Nazirlikdən bildirilib ki, qrant müqavilələrinin icrası başladıqdan sonra ödənişlər elektron portal vasitəsilə həyata keçiriləcək və valideynlərdən əlavə və ya gizli ödəniş tələb olunmayacaq. Valideynlər müvafiq cədvəldə göstərilən təhsil haqlarından […]

İranda edamlar davam edir – Noyabrda 15 məhbus həyatına son qoyuldu

İranda noyabrın 26-da biri qadın olmaqla 15 məhbus edam edilib. İranda İnsan Hüquq Müdafiə Təşkilatı “Hengaw”un məlumatına görə, məhbuslar qətl və narkotik maddələrin qaçaqmalçılığı ittihamı ilə cəzalandırılıblar. Edamlar ölkənin İsfarayen, Şiraz, İsfahan, Məşhəd, Bocnurd, Kərəc, Xürrəmabad, Zəncan, Qorqan, Rəşt, Qəzvin və Bircənd həbsxanalarında həyata keçirilib. Hengaw təşkilatının məlumatına əsasən, bu ilin noyabr ayında İranda azı […]

Harvard mütəxəssisi xəbərdarlıq edir

Harvard qastroenteroloqu Dr. Sorab Sethi çay sevənlərə vacib tövsiyələr verib. Xarici KİV-ə istinadən xəbər verilir ki, Dr. Sethi milyonlarla insanın gündəlik çay vərdişinin sağlamlıq üçün risklər daşıya biləcəyini bildirib. Mütəxəssis qeyd edib ki, həddindən artıq isti çay içmək, şəkər və ətirli şərbətlər əlavə etmək, acqarına çay içmək və gün ərzində çox miqdarda çay istehlak etmək […]

Azərbaycanda inzibati islahatlar gündəmdə

Azərbaycanda 2026-cı ilin dövlət büdcəsi ilə bağlı müzakirələr davam edir. Ekspertlər “qənaət büdcəsi” adlandırdıqları layihəni artıq birinci oxunuşda təsdiqləyiblər. Sənəd neft gəlirlərində azalmanı nəzərə alaraq dövlət xərclərinə daha sərt nəzarət ehtiyacını vurğulayır. Son aylarda mətbuatda və ekspert çevrələrində paralel strukturların ləğvi, oxşar funksiyalı qurumların birləşdirilməsi barədə müzakirələr genişlənib. Nazirliklər, agentliklər və komitələrin sayının azaldılması, bəzi […]