Browsing yearly archive

2025

Vəsiqənin itirildiyi barədə

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindıən daxili xidmət baş çavuşu, Mingəçevir şəhər Dövlət yanğından mühafizə dəstəsinin  komendantı İmanov Elvin Zilfi oğluna  14.07.2023-cü ildə  verilən 1027446A №-li  vəsiqə itirildiyi üçün etibarsız sayılır.

2026-cı ildə pensiyalar ARTIR – Rəsmi rəqəmlər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2026-cı ildə pensiyaların artımı ilə bağlı rəsmi məlumat yayıb. Bildirilib ki, gələn il ölkədə orta aylıq pensiyanın 590 manata, yaşa görə orta aylıq pensiyanın isə 629 manata çatacağı gözlənilir. Nazirliyin açıqlamasına görə, 2018–2025-ci illər ərzində pensiya məbləğlərində ciddi artım qeydə alınıb. Bu dövrdə orta aylıq pensiya 208 manatdan 540 […]

Goranboyda hərbi hissədə faciə – Baş leytenant hündürlükdən yıxılıb həlak oldu

Goranboy rayonunda ağır bədbəxt hadisə baş verib. Hadisə Ağcakənd qəsəbəsində yerləşən Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində qeydə alınıb. Məlumata görə, bölük komandiri, baş leytenant, 1993-cü il təvəllüdlü İsmayıl Elman oğlu Əzimli hündür qayalıqdan yıxılıb. Aldığı xəsarətlər səbəbindən o, hadisə yerində həyatını itirib. Hadisənin hərbi hissənin yaxınlığında baş verdiyi bildirilir. Baş leytenant bu gün doğulduğu […]

Sosial Şəbəkələrə Sərt Qaydalar Gəlir – Təhqir, Jarqon, Nalayiq Jestlərə Cərimə və Həbs!

Milli Məclisdə İnzibati Xətalar Məcəlləsinə sosial şəbəkələrdə davranış qaydalarının sərtləşdirilməsini nəzərdə tutan dəyişikliklər müzakirə olunub. Hər iki layihənin məqsədi onlayn mühitdə mənəvi dəyərlərin qorunması və internetdə yayılan neqativ məzmunun qarşısının alınmasıdır. Birinci layihədə xırda xuliqanlıq maddəsinə yeni əlavələr təklif edilir. İnternetdə ictimai əxlaqa uyğun olmayan davranışlar – qeyri-etik ifadələrdən, jarqon sözlərdən istifadə, mənəviyyata zidd jestlər […]

Qeyri-formal məşğulluqda sığorta yeniliyi

Qeyri-formal məşğulluq çərçivəsində çalışan şəxslər icbari tibbi sığorta üzrə sığortalı qismində çıxış edəcək və bunun üçün aylıq 16 manat ödəniş etməli olacaqlar. Qanun layihəsi artıq birinci oxunuşdan keçib, lakin bir çox suallar hələ də cavabsız qalır: “qeyri-formal məşğulluğun təsir dairəsinə düşənlər” kimləri əhatə edir? İqtisadçı ekspert Natiq Cəfərli açıqlamasında bildirib ki, qeyri-formal işçilər faktiki olaraq […]

Azərbaycanda hərbi xidmət müddəti azaldıla bilərmi? – Deputatlar və ekspertlərdən AÇIQLAMA

Azərbaycanda həqiqi hərbi xidmət müddətinin azaldılması məsələsi yenidən gündəmə gəlib. Bir sıra ölkələrdə bu istiqamətdə aparılan islahatlar, o cümlədən Ermənistanın hərbi xidmət müddətini azaltması Azərbaycanda da müzakirələri aktivləşdirib. Hazırda ölkəmizdə ali təhsilli şəxslər üçün xidmət müddəti 1 il, ali təhsili olmayanlar üçün isə 1 il 6 aydır. Deputat nə deyir?Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya […]

Polis ideoloji təbliğatın qarşısını aldı

Sosial şəbəkələrdə bir qrup şəxsin SSRİ bayraqları ilə yürüş təşkil etməyə çalışdığı videogörüntülər yayılıb. Daxili İşlər Nazirliyi dərhal müdaxilə edərək, təşkilatçılar Abdulla İbrahimli, İbrahim Əsədli və digər iştirakçıları müəyyən edib saxlayıb. Onlar barəsində cinayət işi başlanıb. İlkin araşdırmalara görə, şəxslər başqa bir dövlətin dəstəyi ilə ofis icarəyə götürərək qrup halında fəaliyyət göstərib, vaxtaşırı toplantılar keçiriblər. […]

Toylarda yerli ət yerinə Monqolustan və Ukrayna ətindən istifadə edilir

Bakıdakı bir sıra restoran və şadlıq evlərində toy mərasimlərində yerli məhsul kimi təqdim olunan ətlər əslində Monqolustandan gətirilən qoyun və Ukraynadan gətirilən mal ətidir. Bu ətlər restoranlar üçün daha ucuz başa gəldiyindən tikəkabab, lüləkabab, basdırma və digər yeməklərdə istifadə olunur. Adi günlərdə də bu ətlərdən müştərilər üçün yemək hazırlanmasında istifadə edilir. Azad İstehlakçılar Birliyinin sədri […]

Xəstəxanada iynə vurulan qadın vəfat etdi

Noyabrın 25-də Sumqayıt şəhərində baş verən faciəli hadisə şəhər sakinlərini sarsıdır. 72 yaşlı Nigar Babaxanova 3 saylı ailə sağlamlıq klinikasında ona vurulan iynənin təsiri nəticəsində dünyasını dəyişib. Hadisənin başvermə səbəbləri araşdırılır və müvafiq ekspertizalar həyata keçirilir. Klinikada hazırda hadisənin bütün detalları öyrənilir.

Arvadını qətlə yetirib xaricə qaçan şəxs tutuldu

Noyabrın 24-də paytaxtın Xətai rayonunda həyat yoldaşına kəsici alətlə ağır xəsarət yetirərək ölkədən çıxan şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, aparılan araşdırmalar nəticəsində 1969-cu il təvəllüdlü Rüstəm İbrahimovun hadisəni törətdikdən sonra əvvəlcə Türkiyə vasitəsilə, sonra isə Çinə getdiyi müəyyən edilib. Azərbaycan və Çin hüquq-mühafizə orqanlarının birgə əməliyyatı ilə R. İbrahimov […]