Browsing yearly archive

2025

Vətəndaşlar artıq iş yerinə dair arayışı birbaşa “myGov” platformasından əldə edə biləcəklər

“myGov” rəqəmsal hökumət platforması üzərindən vətəndaşlara daha bir yeni xidmət təqdim olunub. Artıq “İş yerinə dair arayışın alınması” xidməti birbaşa “myGov” portalında da aktivdir. Bu yenilik İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə əməkdaşlığı nəticəsində reallaşdırılıb. Yeni xidmət vasitəsilə vətəndaşlar iş yerlərinə dair arayışı birbaşa “myGov” üzərindən əldə edə […]

Yeni dini icma Azərbaycanda fəaliyyətə başlayır

ABŞ mənşəli İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsi Azərbaycanda rəsmi qeydiyyata alınıb. Bu münasibətlə bu gün kilsənin Bakı ofisinin açılış mərasimi keçiriləcək. Hazırda ölkəmizdə səfərdə olan kilsə nümayəndə heyətini Prezident İlham Əliyev qəbul edib. Heyətə “On İki Həvari Kvorumu”nun üzvü Deyvid Bednar, Yetmişlər Komitəsinin üzvü və Avropa Mərkəzi Ərazi İdarəsinin birinci məsləhətçisi Cek Gerard, Stirlinq […]

Neft bazarında dəyişiklik

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,35 ABŞ dolları və ya 3,47 faiz ucuzlaşaraq 65,43 ABŞ dolları olub. Azərbaycanın 2025-ci il dövlət büdcəsində 1 barel neftin orta qiyməti 70 ABŞ dolları səviyyəsində nəzərdə tutulub. Qeyd edək ki, “Azeri Light” neftinin tarixdə ən aşağı qiyməti 2020-ci il aprelin 21-də — 15,81 ABŞ […]

Yeni qaydalar açıqlanıb

Səudiyyə Ərəbistanı Həcc və Ümrə Nazirliyi növbəti mövsümdən etibarən zəvvarlara yeni tələblər tətbiq edəcək. Yeni qaydaya əsasən, Həcc vizası verilərkən zəvvarlardan sağlamlıq sertifikatı tələb olunacaq. Bu sənəd Həcc bürosu və tibbi missiyanın məsul şəxsi tərəfindən təsdiqlənməli, həmçinin “Masar” platformasında elektron şəkildə qeydiyyata alınmalıdır. Məlumata görə, qurbanlıq heyvanın alınması və kəsilməsi “Adahi” platforması və Həcc büroları […]

Təyyarə qəzası ilə bağlı araşdırma davam edir

Gürcüstan ərazisində qəzaya düşən C-130 tipli hərbi nəqliyyat təyyarəsinin “qara qutusu” araşdırma məqsədilə Türkiyəyə göndərilib. Bu barədə məlumatı Türkiyə mətbuatı yayıb. Xatırladaq ki, bir neçə saat əvvəl Prezident Rəcəb Tayyib Ərdoğan təyyarənin “qara qutusu”nun tapıldığını açıqlamışdı. Hazırda qəzanın başvermə səbəbləri ilə bağlı araşdırmalar davam etdirilir.

Rəsmi təyinat

Elşən Nazim oğlu Həsənli Kürdəmir Rayon İcra Hakimiyyətinin yeni başçısı olub. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Təyinatadək Elşən Həsənli Bakı Şəhəri Sabunçu Rayon İcra Hakimiyyətində birinci müavin vəzifəsində çalışıb. O, 2006-cı ildə Azərbaycan Respublikası Prezident yanında Dövlət İdarəçilik Akademiyasının “İnzibati idarəetmə” ixtisası üzrə bakalavr, 2019-cu ildə isə “Davamlı inkişafın planlaşdırılması” üzrə magistratura səviyyəsini […]

20 hərbçidən 18-nin nəşi tapıldı

Gürcüstanda qəzaya uğrayan Türkiyəyə məxsus C-130 təyyarəsində həlak olan 20 hərbçidən 18-nin nəşi tapılıb. Bu barədə Gürcüstanın Daxili İşlər naziri Gela Geladze məlumat verib. Onun sözlərinə görə, digər iki hərbçinin nəşinin axtarışları davam etdirilir. Geladze həmçinin qeyd edib ki, dörd hərbçinin cəsədi təyyarənin pilot kabinəsində aşkar olunub.

Türkiyəyə aid hərbi təyyarə Gürcüstanda qəzaya uğradı: 20 hərbçi həyatını itirdi

Dünən Azərbaycandan yola düşən Türkiyəyə məxsus C130 tipli hərbi nəqliyyat təyyarəsi Gürcüstan ərazisində qəzaya uğrayıb. Hadisə nəticəsində təyyarədə olan 20 hərbçi həlak olub. Qəza sonrası müxtəlif ölkələr və beynəlxalq təşkilatlar Türkiyəyə başsağlığı verib. Azərbaycan: Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla əlaqə saxlayaraq şəhid olan hərbçilərə Allahdan rəhmət diləyib. Gürcüstan: Prezident Mixail Kavaleşvili və […]

İranlı professor: Danışıqlar sadəcə vaxt udmaqdır, əsl hədəf nüvə proqramıdır

İranlı elm adamı Sadiq Zibakəlam hesab edir ki, Tehranla Qərb arasında aparılan danışıqlar saxtadır və onların əsas məqsədi vaxt qazanaraq nüvə silahı hazırlamaqdır. O, hökumətin bəyanatlarını və rəsmi tədbirlərini tənqid edərək, bu strategiyanı “məqsədəuyğun alət” adlandırıb. Zibakəlamın sözlərinə görə, ölkədə antiamerikan hisslər üzərində qurulan siyasi retorika güclü ictimai dəstək yaradır; lakin əgər bu narazılıq siyasətdən […]

İranda aclıq böhranı

İranda əhalinin təxminən 10 faizi qida çatışmazlığı və aclıqdan əziyyət çəkir. Mövcud vəziyyət davam edərsə, yoxsulların sayı ümumi əhalinin təxminən 40 faizinə çata bilər. Bu barədə iranlı iqtisadçı Hüseyn Rağfər məlumat verib. O qeyd edib ki, ölkədə təxminən 7 milyon insan yetərli qida ala bilmir: “Bu insanlar bütün gəlirlərini ərzaq almağa xərcləsələr belə, kifayət qədər […]