Browsing yearly archive

2025

Ukraynadakı müharibə və beynəlxalq təhlükələr

Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev bildirir ki, tammiqyaslı işğaldan sonra Rusiya sistematik şəkildə kimyəvi silahların inkişafı, istehsalı və istifadəsini qadağan edən Konvensiyanı pozaraq döyüş meydanlarında qadağan olunmuş maddələrdən istifadə edir. Diplomat qeyd edir ki, beynəlxalq hüquq normalarına riayət olunmasına əsaslanan dünya sistemi Ukraynada baş verən hadisələr fonunda ciddi sınaqla üzləşib. Ukrayna Müdafiə Nazirliyinin məlumatına görə, […]

Milli Məclisdə növbəti büdcə iclası

Milli Məclisdə 2026-cı ilin dövlət büdcəsinə dair müzakirələr müxtəlif komitələr üzrə davam edir. Bu gün parlamentin Gənclər və idman, həmçinin İctimai birliklər və dini qurumlar komitələrinin birgə iclası keçirilib. İclasda “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda müzakirə olunub. Deputatlar gələn ilin büdcə prioritetləri, sosial xərclər və gənclərlə bağlı proqramların maliyyələşməsi […]

Müdafiə Nazirliyində maaş artımı

Müdafiə Nazirliyində çalışan hərbi qulluqçuların və dövlət qulluqçusu olmayan mülki işçilərin maaşlarında artım edilib. Bu barədə qərarı Baş nazir Əli Əsədov imzalayıb. Sənədə əsasən, “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının və hərbi rütbəyə görə maaşlarının məbləğlərinin təsdiq edilməsi haqqında” 2025-ci il 25 aprel tarixli 138 […]

Kağız pulların sonu – yeni dövr başlayır

Bütün dünyada pul qıtlığı hökm sürür. Kasıb da, varlı da eyni şeydən şikayətlənir — pul yoxdur. Amma bu, sadəcə iqtisadi böhran deyil, tarixi dönüş nöqtəsidir. Bir əsr əvvəl sənaye inqilabı dünyanı dəyişmişdisə, bu gün eyni rolu rəqəmsal pul sistemi oynayır. Qarşıdakı iki ildə kağız pullar tarixə qarışacaq. Artıq cibimizdə pul daşımayacağıq. Hər şey – maaş, […]

Günəşdə baş verən partlayış Yerə təsir göstərir

Bu gün gecə saatlarından etibarən Günəşdə baş verən partlayış nəticəsində Yerin maqnit sahəsində güclü geomaqnit qasırğası müşahidə olunur. Elm və Təhsil Nazirliyinin Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından bildirilib ki, hazırda qasırğa aktiv fazadadır və yaxın saatlarda təsirini saxlamaqda davam edəcək. Mütəxəssislərin proqnozuna görə, geomaqnit qasırğası 14 noyabrda tədricən zəifləyəcək və sabah axşama doğru tam […]

Mingəçevirin 77 yaşı qeyd olundu – “Nur şəhəri” bayram ab-havasında

Mingəçevir şəhərinin 77 illik yubileyi geniş şəkildə qeyd olunub. “Nur şəhəri”nin sakinləri doğma Mingəçevirin ad gününü bayram əhval-ruhiyyəsi ilə qarşılayıblar. Tədbirlər Mingəçevir Su Elektrik Stansiyasının tikintisi ilə bağlı sərgi ilə başlayıb. Ziyarətçilərə müasir Mingəçevirin formalaşma tarixini əks etdirən nadir fotolar və arxiv materialları təqdim edilib. Daha sonra Mingəçevir Dövlət Dram Teatrında rəsmi mərasim keçirilib. Şəhər […]

Qarabağın tarixi irsi yenidən canlanır

274 il əvvəl Qarabağ hökmdarı Pənahəli xan tərəfindən inşa edilmiş Əsgəran qalası, aparılan bərpa işlərindən sonra ziyarət üçün yenidən istifadəyə verilib. Bu barədə Türkiyənin Anadolu Agentliyi Azərbaycanın işğaldan azad olunmuş əraziləri ilə bağlı hazırladığı reportajda məlumat yayıb. Agentlik, xüsusilə erməni işğalı dövründə qalanın baxımsız vəziyyətə düşdüyünü diqqətə çatdırıb. Reportajda qeyd olunur: “Qarabağ müharibəsində əldə olunan […]

Ukraynada döyüşən azərbaycanlı hərbçi həlak olub

1997-ci il təvəllüdlü Qurbanlı Ümid Əli oğlu Rusiya tərəfindən Ukraynaya qarşı aparılan döyüşlərdə həlak olub. Onun meyiti Rusiya Federasiyasının Rostov şəhərində morqda saxlanılır. Hazırda Rusiyada yaşayan azərbaycanlılar Qurbanlının ailəsini və yaxınlarını tapmağa çalışır.

Türkiyə hərbi təyyarəsinin qəzaya uğraması ilə bağlı yeni açıqlama verildi

Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycan–Gürcüstan sərhədinə yaxın bölgədə baş verən C-130 “Hercules” tipli hərbi-nəqliyyat təyyarəsinin qəzası ilə bağlı yeni açıqlama yayıb. Nazirliyin məlumatına görə, hadisə zamanı təyyarədə uçuş heyəti ilə birlikdə 20 hərbi qulluqçu olub. Hazırda qəza yerində Türkiyə, Azərbaycan və Gürcüstanın axtarış-xilasetmə qrupları birgə fəaliyyət göstərir. Məlumata əsasən, Gəncədən havaya qalxan Türkiyə Hərbi Hava […]

Bəzi bölgələrdə ətin qiymətində azalma müşahidə olunur

Azərbaycanda bir sıra bölgələrdə mal və quzu ətinin qiymətində enmə qeydə alınıb. Satıcılar bildirirlər ki, son günlərdə ətin qiyməti orta hesabla 1–2 manat ucuzlaşıb. Məlumata görə, heyvanlar arasında dabaq xəstəliyinin yayılması barədə xəbərlər bazarda ətə olan tələbatı azaldıb. Bu isə qiymətlərin aşağı düşməsinə səbəb olub. Məsələn, Tovuz rayonunda iri və xırdabuynuzlu heyvan ətinin qiymətində nəzərəçarpacaq […]