Browsing yearly archive

2025

72 mindən çox müəllim maaşı artımla alacaq – Nazir açıqladı

Elm və təhsil naziri Emin Əmrullayevin sözlərinə görə, gələn ildən bütün fənlər üzrə müəllimlər sertifikatlaşdırmadan keçəcəklər. Tarix, texnologiya, təsviri incəsənət və digər ixtisaslar da imtahan prosesinə daxil ediləcək. Nazir bildirib ki, artıq ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat və xarici dil müəllimlərinin sertifikatlaşdırma mərhələsi yekunlaşıb. Onun sözlərinə görə, cari ilin müsahibə mərhələsi bitdikdən sonra […]

MİQ imtahanında kimlər ödəniş verməyəcək?

Müəllimlərin işə qəbulu (MİQ) imtahanı ödənişli olacaq. Lakin qanun layihəsinə əsasən, bəzi şəxslər bu ödənişdən azad ediləcəklər. Milli Məclisin Elm və təhsil komitəsində müzakirəyə çıxarılan “Ümumi təhsil haqqında” Qanuna dəyişiklik layihəsinə görə, ilk dəfə imtahanda iştirak edənlər, əlilliyi olan şəxslər, ünvanlı sosial yardım alan ailə üzvləri, şəhid ailəsi üzvləri, eləcə də ölkənin ərazi bütövlüyü uğrunda […]

Azərbaycanda ilk dəfə qadın hərbi həkimlər hazırlanacaq

Azərbaycanda ilk dəfə Azərbaycan Tibb Universitetində (ATU) qız hərbi həkimlərin hazırlanmasına başlanılıb. Bu barədə universitetin Mətbuat xidməti məlumat yayıb. Məlumata görə, qız tələbələr oğlanlarla bərabər forma geyinəcək, təlimlərdə iştirak edəcək, rütbə alacaq və gələcəkdə güc strukturlarının tibb müəssisələrində işlə təmin olunacaqlar. ATU-nun Hərbi Tibb Fakültəsi 25 ildir fəaliyyət göstərir və ölkədə hərbi tibbi kadrların hazırlanması […]

Türkiyədə media qalmaqalı: İki telekanalın fəaliyyətinə məhdudiyyət qoyuldu

Türkiyədə “Can” Holdinqin rəhbərləri Mehmet Şakir Can, Kamal Can və Kənan Tekdağ da daxil olmaqla 10 nəfər Küçükçekmece Prokurorluğunun göstərişi ilə saxlanılıb. Onlara qarşı “cinayətkar dəstə yaratmaq”, “qaçaqmalçılıq”, “fırıldaqçılıq” və “çirkli pulların yuyulması” ittihamları irəli sürülüb. İstintaq çərçivəsində holdinqə məxsus bir sıra şirkətlər, eləcə də “Habertürk” və “Show TV” telekanallarına həbs qoyularaq Əmanətlərin Sığortalanması Fonduna […]

İnformasiyanın xassələri

Müəyyən vaxta qədər doğruluğundan əmin olduğum məlumatlardan bir müddət sonra əmin ola bilmirəm. Bu, sadəcə, olanlara baxış bucağımın, ya da baxış məsafəmin dəyişməsi ilə bağlı deyildir, həm də həmin məlumatların tamlığına, obyektivliyinə məndə şübhə yaranması ilə bağlı olur. Əslində bu halı zaman-zaman yaşayırıq. Məsələn, 7-8 yaşında bir uşaq bildiyi bir şeyin doğruluğuna o qədər əmin […]

Mingəçevirdə qonşular arasında mübahisə qanla bitdi

Mingəçevirdə ailələr arasında yaranmış mübahisə ağır cinayətlə nəticələnib. Hadisə şəhərin Nizami küçəsində qeydə alınıb. Məlumata görə, Rusiyada çalışan 41 yaşlı Şakir Aslanov (ad şərtidir) hər ay anasına pul göndərib. Anasının yaxın tanışı isə ondan borc alaraq geri qaytarmayıb. Daha sonra qadın borcunu tələb etdikdə tərəflər arasında gərginlik yaranıb. Bir müddət sonra həmin qadın həyat yoldaşı […]

Azərbaycanda müəllimlərin işə qəbulu (MİQ) imtahanı ödənişli olacaq

Azərbaycanda müəllimlərin işə qəbulu (MİQ) üzrə imtahanın ödənişli olması nəzərdə tutulub. Məsələ ilə bağlı müzakirələr aparılıb və yaxın zamanda ictimaiyyətə ətraflı məlumat veriləcək. İmtahanın qiyməti hələlik açıqlanmayıb, lakin bəzi həssas qruplara aid şəxslərin ödənişdən azad ediləcəyi bildirilir. Rəsmi açıqlama hələ verilməyib. Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı və təhsil üzrə tədqiqatçı Elmin Nuri hesab edir ki, bu […]

Qəhrəman Azərbaycan vətəndaşı Rusiyada həyatı təhlükədə olanları xilas etdi

Rusiyanın Novosibirsk şəhərində sadə yükdaşıyan işləyən Azərbaycan vətəndaşı Rza Rzayev yerli istilik sisteminin partlaması və qaynar suyun fontan vurması zamanı həyatını riskə ataraq, köməksiz vəziyyətdə qalan uşaqları və qocaları xilas edib. Rza Rzayev sakinlərin ona minnətdarlıq əlaməti olaraq topladıqları 71 524 rubl (təxminən 1 380 manat) vəsaiti sağlamlıq imkanları məhdud uşaqların ehtiyacları üçün bağışlamaq qərarına gəlib. Tarixçi […]

Payız havası özünü göstərir

Milli Hidrometeorologiya Xidməti hava ilə bağlı son proqnozunu açıqlayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında gün ərzində hava əsasən yağmursuz keçəcək, lakin axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətli yağış ehtimal olunur. Şimal-qərb küləyi güclü əsəcək. Paytaxtda temperaturun gecə 19-23, gündüz isə 25-28 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət gecə 70-80, […]

Regionda yeni mərhələ

Ermənistan Azərbaycanla münasibətlərdə yeni səhifənin açıldığını bəyan edib. Bu barədə Almaniyada səfir vəzifəsində çalışan Viktor Yenqibaryan Bundestaqın Xarici Əlaqələr Komitəsinin üzvü Adis Ahmetoviçlə görüşündə danışıb. Diplomatın sözlərinə görə, avqustun 8-də Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderləri arasında imzalanan razılaşma region üçün dönüş nöqtəsi olub. O vurğulayıb ki, artıq münaqişə deyil, əməkdaşlıq və firavanlıq dövrü başlayır. […]