Browsing yearly archive

2025

Zelenskiyə qarşı təhlükə iddiası gündəmə gəldi

Ukrayna prezidenti Volodimir Zelenskinin həyatı ilə bağlı ciddi təhlükə iddiası ortaya atılıb. Amerikalı siyasi şərhçi Skott Hortonun sözlərinə görə, əgər Zelenski münaqişənin dayandırılması üçün Rusiya ilə saziş imzalasa, Ukrayna millətçiləri onun öldürülməsini təşkil edə bilərlər. Horton bu barədə bloger Endryu Napolitanonun YouTube kanalında danışıb:“Bəli, düşünürəm ki, Zelenskiyə real təhlükə var. Bu səbəbdən onun ruslarla danışıqlara […]

Mingəçevirdə məktəblilər arasında mübahisə qanla nəticələndi

Mingəçevirdə 16 yaşlı məktəbli bıçaqlanıb. Hadisə şəhərin Təbriz küçəsində baş verib. İlkin məlumata görə, üç yeniyetmə arasında mübahisə yaranıb, nəticədə onlardan biri bıçaq xəsarəti alıb. Yaralı dərhal Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına aparılıb. Məlum olub ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs də zərərçəkənlə eyni məktəbin şagirdidir. İddialara görə, mübahisə söyüş üstündə başlayıb. Polis tərəfindən keçirilən əməliyyat […]

Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran-prisi tarixdə ən möhtəşəmi olacaq

Bu il Bakıda keçiriləcək Formula 1 üzrə Azərbaycan Qran-prisi əvvəlkilərdən daha möhtəşəm olacaq. Bunu Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin baş direktoru Maqsud Fərzullayev bildirib. Onun sözlərinə görə, yarış yalnız idman hadisəsi deyil, həm də Azərbaycanın qonaqpərvərliyini nümayiş etdirən möhtəşəm tədbirdir. 2025-ci ildə Qran-pri tarixdə ən böyük tamaşaçı tutumuna sahib olacaq. İki yeni tribunanın istifadəyə verilməsi […]

Mingəçevirin icra başçısı sakinlərə çağırış etdi

Mingəçevirdə məişət tullantılarının daşınmasına görə ödəniş problemi qalmaqdadır. Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sözlərinə görə, sakinlərin təxminən yarısı bu xidmətə görə müəyyən edilən müqavilə haqqını ödəməkdən yayınır. Bu barədə icra başçısı Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin istifadəsinə verilmiş yeni yük maşınlarının təqdimatı zamanı danışıb. O bildirib ki, hazırda şəhərdə 50 minə yaxın istifadəçi ya […]

Nepalda siyasi böhran dərinləşdi

Nepalda hökumətin sosial mediaya qoyduğu məhdudiyyətlər kütləvi etirazlara səbəb olub və nəticədə baş nazir istefa verib. Məlumatı “Reuters” yayıb. “India Today”in xəbərinə görə, yüksək vəzifəli şəxslərin təxliyəsi üçün baş nazirin Bhaisepati iqamətgahından Tribhuvan hava limanına onlarla helikopter göndərilib. Xatırladaq ki, sentyabrın 7-də hökumət “Facebook”, “Instagram” və “YouTube” daxil olmaqla 26 sosial platformaya girişin məhdudlaşdırılması barədə […]

Problemli kreditlər Azərbaycanda artmaqdadır

Son dövrlərdə Azərbaycanda problemli kreditlərin həcmi əhəmiyyətli dərəcədə artıb, bu isə həm bankların, həm də qeyri-bank kredit təşkilatlarının portfellərinə təsir göstərir. Rəsmi məlumatlara görə, 2025-ci ilin ilk yarısında vaxtı keçmiş kreditlərin ümumi məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə yüksəlib. Artımın əsas səbəbləri bunlardır: Makroiqtisadi çətinliklər: Dünya bazarlarında qiymət dalğalanmaları, valyuta məzənnələrinin dəyişməsi və bəzi […]

Azərbaycanın yeni tarixi: Vaşinqton razılaşmaları və Zəngəzur dəhlizi

Milli Məclisin növbədənkənar sessiyasında çıxış edən Əli Əhmədov bildirib ki, Azərbaycan yeni tarixi yaradır və hər kəs bunun şahididir. Onun sözlərinə görə, Prezident İlham Əliyev yalnız Azərbaycanın deyil, bütün regionun inkişafına yönəlmiş strateji addımlar atır. Əhmədov Vaşinqton razılaşmalarını ölkənin və regionun yeni tarixinin yaradılmasının bariz nümunəsi kimi qiymətləndirib. O vurğulayıb ki, hər bir dövlətin əsas […]

Azərpoçt adından yayılan kiber fırıldaqçılığa qarşı xəbərdarlıq

Elektron təhlükəsizlik xidmətinin müşahidələrinə görə, son günlər kiber dələduzlar Azərpoçt MMC adından və loqosundan istifadə edərək vətəndaşları hədəf alır. Onlar sms, zəng və saxta elektron poçtlar vasitəsilə ödəniş tələb edən saxta məlumatlar təqdim edir və istifadəçiləri şübhəli keçidlərə yönləndirirlər. Bu keçidlərdə sifarişin ödənilməsi, nağd pulun qorunması və çatdırılma kimi uydurma statuslar göstərilir. İstifadəçi düyməyə klik […]

Bakıda genişmiqyaslı polis əməliyyatı

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi paytaxtda daha bir uğurlu əməliyyata imza atıb. Qanunsuz dövriyyəyə daxil edilən böyük miqdarda narkotikin qarşısı alınıb. Nərimanov rayonunda keçirilən tədbir zamanı 48 yaşlı Mahir Məhərrəmov saxlanılıb. Onun üzərindən 60 kiloqram marixuana aşkarlanıb. Araşdırmalar nəticəsində məlum olub ki, şübhəli şəxs cinayət məsuliyyətindən yayınmaq üçün narkotikləri taksi sürücüləri vasitəsilə daşıtdırıb. […]

Gəncədən Kəlbəcərə müntəzəm avtobus reysi açıldı

Bu gündən etibarən Gəncə şəhərindən Kəlbəcər rayonuna ilk müntəzəm avtobus xətti fəaliyyətə başlayıb. İlk reys Gəncə Beynəlxalq Avtovağzalından çıxaraq Goranboy–Naftalan–Suqovuşan–Ağdərə marşrutu ilə hərəkət edib. Avtobus hər gün saat 08:30-da Gəncədən Kəlbəcərə sərnişin daşıyacaq.