Mingəçevirin ilk data-jurnalistika platforması!

Mingəçevirdə marketdə faciə

Alış-veriş zamanı halı pisləşən 71 yaşlı kişi ürək çatışmazlığından vəfat edib

440

Mingəçevər şəhərində yerləşən marketlərdən birində ölüm faktı baş verib. Hadisə 20 Yanvar küçəsində fəaliyyət göstərən “Qədiroğlu” marketlər şəbəkəsinə məxsus mağazada qeydə alınıb.

Alış-veriş məqsədilə marketə daxil olan, 1953-cü il təvəllüdlü şəhər sakini Mikayıl Məmmədovun qəfil halı pisləşib və o, yerə yıxılıb. İlkin tibbi müayinə zamanı onun ürək çatışmazlığı nəticəsində vəfat etdiyi müəyyən edilib.

Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Şərhlər bağlıdır.