Mingəçevirin ilk data-jurnalistika platforması!

Laçın Hava Limanı və Xankəndidə sərhəd təhlükəsizliyi artırılır

2,4 milyon manatlıq avtomatlaşdırılmış nəzarət sistemi quraşdırılacaq

168

Laçın Hava Limanı və Xankəndidə sərhəd nəzarətini gücləndirmək məqsədilə “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi quraşdırılacaq. Bu sistem sərhəd keçidində sənəd fərdiləşdirmə və nəzarət funksiyalarını əhatə edəcək.

Daxili İşlər Nazirliyinin Baş İnformasiya Kommunikasiya İdarəsi tərəfindən elan olunmuş tenderə əsasən, qalib şirkətə avadanlıq, proqram-texniki təminat və lisenziyaların alınması üçün 2 milyon 453 min 347,60 manat ödəniləcək. Təkliflərin təqdim olunması və zərflərin açılışı yanvarın 14-də baş tutacaq.

Şərhlər bağlıdır.