Data.org.az “Mingəçevir Resurs Mərkəzi” MMC-nin (VÖEN: 2701868241) məlumat və təhlil platformasıdır. Burada şəhərin və ölkənin ən aktual məlumatları təhlil edərək, interaktiv qrafiklər yaradır və sizə açıq datasetlər təqdim edirik. Məqsədimiz — məlumatı hər kəs üçün əlçatan etməkdir.
Sual edə bilərsiniz: internet resurslarının bol olduğu indiki şəraitdə data.org.az-da nələr olacaq? Səhifəmiz əsasən aşağıdakıları əhatə edəcək:
- Hesabat, açıq məlumatlar, infografika, araşdırmalar;
- Mingəçevir və Azərbaycan üçün açıq data mərkəzi (bələdiyyə, iqtisadiyyat, demoqrafiya, enerji, təhsil, səhiyyə dataları);
- Data hekayələri və araşdırmalar.
Veb səhifənin əsas menyusu:
- Ana Səhifə (Home)
- Data Hekayələri (Data Stories) — əsas məzmun buradadır
- Açıq Məlumatlar (Datasets) — CSV, Excel yükləmələr
- Vizuallaşdırmalar (İnfografika & İnt. Qrafiklər)
- Hesabat (Mingəçevir + Azərbaycan)
- Araşdırmalar (Investigations)
- Alətlər (Data Tools & Metodlar)
- Arxiv (Mingəçevir xəbərləri — köhnə mi-news məzmunu)
- Haqqımızda
- Əlaqə
Səhifə ilk dəfə 2016-cı ildə yaradılıb. Onun təsisçisinin təşəbbüsü ilə 2016-2018-ci illərdə Avropa Şurası və BMT İnkişaf Proqramının layihəsi çərçivəsində hökumət, qeyri-hökumət və media qurumlarının nümayəndələri üçün açıq məlumatlara dair Mingəçevirdə davamlı təlim və konfranslar, Praqa (Çexiya) və Sarayevoda (Bosniya-Hersoqovina) təcrübə kursları təşkil olunub.
Bizim data ilə həyatınız və yolunuz həmişə işıqlı olacaq!
Data.org.az-ın sahibi Nəbiyev Fərman Bəhram oğludur. O, Azərbaycan Dövlət Universitetini (hazırda BDU) 1986-cı ildə jurnalistika ixtisası üzrə bitirib.
“Mingəçevir işıqları” qəzetində korrektor (1980), müxbir (1983-1991), baş redaktor (1999-2026), “Səda” qəzetində şöbə redaktoru (1991), “Ülfət qəzetində bölgə müxbiri (1991-1992), Mingəçevir şəhər İcra Hakimiyyətində mətbuat xidmətinin rəhbəri (1992-1993), “Həyat” qəzetində bölgə müxbiri (1997-1998) vəzifələrində çalışıb. Azərbaycan, ABŞ, Almaniya, İsveç, Polşa, Rumıniya, Litva, Ukrayna, Gürcüstan, Moldova və digər ölkələrdə keçirilən yerli və beynəlxalq tədbirlərdə, peşəkarlığı artırma kurslarında iştirak edib və zəngin təcrübə qazanıb.
“Əməkdar jurnalist” (Azərbaycan Prezidenti, 2010-cu il) fəxri adına, “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” yubiley medalına (Azərbaycan Media Agentliyi, 2025-ci il), “Ali Media” (Azərbaycan Mətbuat Şurası”, 2018-ci il), “Həsən bəy Zərdabi” (Azərbaycan Jurnalistlər Birliyi, 2002-ci il) və “Qızıl qələm” (Azərbaycan Jurnalistlər İttifaqı, 1989-cu il) mükafatlarına layiq görülüb.
Ünvan: Rəsul Rza küçəsi, 23, Mingəçevir şəhəri
Email: press@data.org.az
Mobil: +994703759986
VÖEN: 2701868241