Beyt-Şemeşdə raket zərbəsi: Ölən və yaralananlar var
İranın ballistik raketi şəhərə düşərək 4 nəfərin ölümünə və 20-yə yaxın insanın xəsarət almasına səbəb olub; İsrail xilasediciləri hadisə yerində əməliyyat aparır.
İsrailin Beyt-Şemeş şəhəri raket hücumuna məruz qalıb, nəticədə ölən və yaralananlar var.
Məlumata görə, İran tərəfindən atıldığı bildirilən ballistik raket şəhərə düşüb. Hadisə nəticəsində 4 nəfər həyatını itirib, 20-yə yaxın şəxs müxtəlif dərəcəli xəsarətlər alıb.
İsrailin “Magen David Adom” milli təcili tibbi yardım xidməti açıqlayıb ki, yaralılardan ən azı ikisinin vəziyyəti ağırdır.
İsrail ordusu (SAXAL) bildirib ki, axtarış-xilasetmə qrupları və hərbi tibb heyəti dərhal hadisə yerinə göndərilib. Ağır yaralıların operativ şəkildə xəstəxanaya çatdırılması üçün xüsusi xilasetmə helikopteri də cəlb olunub.
Hadisənin təfərrüatları araşdırılır.
Şərhlər bağlıdır.