Mingəçevirdə elektrik xətlərində texniki təmir aparılır
Qarabağ kanal ətrafı, İncilli yaşayış massivi və Koroğlu küçəsində 09:00-dan 12:00-dək elektrik enerjisində fasilə olacaq
Mingəçevir şəhərində elektrik xətlərində yenidənqurma işləri aparılacaq. “Azərişıq” ASC-dən verilən məlumata görə, 110/6 kV-luq yarımstansiyadan çıxan 6 kV-luq hava xəttində texniki təmir və modernləşdirmə işləri görüləcək.
İşlərin icrası zamanı, yəni saat 12:00-dək Qarabağ kanal ətrafı, İncilli yaşayış massivi və Koroğlu küçəsi sakinləri müvəqqəti elektrik kəsintisi ilə üzləşəcək. Təmir başa çatdıqdan sonra həmin ərazilərdə elektrik enerjisinin keyfiyyəti artırılacaq.
Şərhlər bağlıdır.