Mingəçevirin ilk data-jurnalistika platforması!

Şirkət anbarından oğurluq

10 min manatlıq tikinti materiallarını hissə-hissə satmaqda şübhəli bilinən iki nəfər saxlanıldı

10. 873

Paytaxtın Yasamal rayonu ərazisində fəaliyyət göstərən özəl müəssisələrdən birində iri məbləğdə oğurluq faktı aşkarlanıb. Şirkətə məxsus anbardan ümumi dəyəri 10 min manat olan təmir və tikinti materiallarının mənimsənildiyi müəyyən edilib.

Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayəti əvvəlcədən əlbir olaraq törətməkdə şübhəli bilinən 26 yaşlı N. Məmmədov və 23 yaşlı E. Allahverdiyev saxlanılıblar.

Araşdırma zamanı məlum olub ki, həmin şəxslər işlədikləri müəssisənin anbarından bir neçə ay ərzində mərhələli şəkildə tikinti materiallarını çıxararaq satışını həyata keçiriblər.

Faktla bağlı istintaq hərəkətləri davam etdirilir.

Şərhlər bağlıdır.