Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“TikTok”un ABŞ taleyi həll olundu

Tramp platformanın Amerika bölməsinin “Oracle” və “Silver Lake”ə satılacağını açıqladı

142

ABŞ Prezidenti Donald Tramp “TikTok”un ABŞ-dakı fəaliyyətinin yeni sahiblərə keçəcəyini açıqlayıb. Onun sözlərinə görə, platformanın Amerika seqmenti “Oracle” və “Silver Lake” şirkətləri tərəfindən satın alınacaq.

Tramp bu barədə “Truth Social” hesabında paylaşım edib. O qeyd edib ki, prezident seçkiləri dövründə gənclər arasında dəstəyin artmasında “TikTok”un rolu xüsusi olub. Dövlət başçısı razılaşmanın reallaşmasında iştirak edən vitse-prezident Cey Di Vensə və administrasiya üzvlərinə təşəkkürünü bildirib.

Eyni zamanda Tramp Çin lideri Si Cinpinə də qərarın qəbulunda nümayiş etdirdiyi təmkinə görə minnətdarlığını ifadə edib.

Şərhlər bağlıdır.