Mingəçevir Turizm Kollecinin bir qrup tələbəsi bu günlərdə Göygöl Milli Parkına ekskursiya edib. Kollecin səyahət və ekskursiya şöbəsinin müdiri Bəhruz Kərimov, pedaqoqlardan Aydın Rəhimov və Samir Tağızadənin müşaiyəti ilə baş tutan gəzintiyə Turizm və onun təşkili, Turist, mehmanxana təsərrüffatının təşkili və idarə olunması, eləcə də Bələdçilik işi ixtisasları üzrə təhsil alan tələblər qatılıb. Ekskursantlara Göygöl və Maralgölün yaranma traixi, ətrafdakı ərazilərdə istirahət turizminin inkişaf mərhələləri barədə məlumat verilib. Tələbə və müəllimlər Ağsu çayının sahilində yerləşən “Laçın” istirahət mərkəzində dincəlmək fürsətindən də yararlanıblar.
BDU-nun jurnalistika fakültəsini bitirib. 20 yaşından mətbuatda çalışır. 1999-cu ildən 2026-cı ilin mart ayına kimi "Mingəçevir işıqları" qəzetinin təsisçisi və baş redaktoru olub. Hazırda Mingəçevir Valideynlər Assosiasiyasına, Mingəçevir Resurs Mərkəzinə, data.org.az və iya.az səhifələrinə rəhbərlik edir. Əməkdar jurnalist fəxri adına, Azərbaycan mətbuatının 150 illik yubiley medalına, "Qızıl Qələm", H.B.Zərdabi, Ali Media mükafatlarına layiq görülüb.
Əvvəlki yazı
Şərhlər bağlıdır.